Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin




Download 1,28 Mb.
Pdf ko'rish
bet97/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   93   94   95   96   97   98   99   100   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

10.4. Partlayış haqqında məlumat
Yanar qaz və buxar qabaqcadan hava ilə qarışdırılmadan açıq havaya axıdılaraq ona alışma
impulsu yaxınlaşdırılarsa, bu zaman sakit yanma baş verəcəkdir. Belə yanmanın sürəti hava
oksigeninin yanma zonasına diffuziyasından asılı olacaqdır.
Yanar buxar və ya qaz qabaqcadan hava ilə müəyyən nisbətdə qarışdırılıb alışma
impulsuna yaxınlaşdırılarsa, bu zaman partlayışlı yanma baş verəcəkdir ki, bu da böyük sürətə
malik olur.
Partlayış vahid zamanda xeyli miqdarda istilik ayrılması və yanma məhsullarının yüksək
temperatura qədər qızması ilə gedir. Partlayış hadisəsinin əsas xüsusiyyətlərindən biri, onun
qapalı fəzada (aparatlarda, binalarda) qazların qızması nəticəsində təzyiqin kəskin artmasından
ibarətdir.
Buxar, qaz və toz qarışığının partlayışı zamanı yaranan təzyiq, qarışığın miqdarından asılı
olaraq, minimal və ya maksimal qiymətə malik ola bilər. Bu qiymətlər, həmçinin qarışığın
başlanğıc temperaturu və təzyiqindən də asılıdır.
Partlayış zamanı ayrılan istilik yanma məhsullarının və yanacağın yanması üçün tələb
edilən miqdardan artıq olan havanın qızmasına da sərf olunur. Qarışıqda havanın miqdarının
artması təzyiqin minimal qiymətə yaxınlaşmasına səbəb olur.
Qaz-hava qarışıqlarının partlayışı zamanı yaranan təzyiq (
P
n
) aşağıdakı düsturlarla təyin
edilir:
P
n
=
P
0
∙T
n
∙ m
T
0
∙n
∙ k (5)
burada 
T
0
– partlayışdan əvvəl qarışığın temperaturu, K°;
T
n
– partlayış zamanı temperatur, K°;
P
0
– partlayışın başlanğıc təzyiqi, MPa;
m
– partlayışdan sonra yanma məhsullarının molekulların sayı;


n
– partlayışdan əvvəl qarışıqdakı molekulların sayı;
k
– divarların qızmasına sərf olunan istilik itkisini və partlayışdan əvvəl qazın və havanın
dissosiasiyasını nəzərə alan əmsaldır (K 0,86÷0,90).
Download 1,28 Mb.
1   ...   93   94   95   96   97   98   99   100   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Müasir dövrdə istehsalatda hər hansı səviyyədə qəbul edilən qərar və təlimatlar, işçilərin

Download 1,28 Mb.
Pdf ko'rish