MÜHAZİRƏ 11 11.1. Statik elektriklənməninin yaranma səbəbləri və onun yaratdığı yanğın təhlükəsi




Download 1,28 Mb.
Pdf ko'rish
bet102/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   98   99   100   101   102   103   104   105   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

MÜHAZİRƏ 11
11.1. Statik elektriklənməninin yaranma səbəbləri və onun yaratdığı yanğın təhlükəsi
Statik elektriklənmə nəticəsində qığılcım əmələ gəlməsi, bir sıra hallarda, yanğın və
partlayışa gətirib çıxarır. Bu da bir tərəfdən küllü miqdarda maddi itkiyə səbəb olur, digər
tərəfdən isə həmin sahələrdə işləyən işçilərin həyatı üçün təhlükə yaradır.
Tez alışa bilən mayelərin (karbohidrogenlərin, karbohidrogen yanacaqlarının və s.)
elektriklənməsi daha təhlükəlidir. Bu zaman baş verən yanğın və partlayış daha geniş sahə əhatə
edir və ona qarşı mübarizə çətinləşir.
Statik elektrik yükləri dedikdə, dielektrikin səthində və ya daxilində, yaxud izolə olunmuş
keçiricinin səthində yayılmış və nisbi sakitlik vəziyyətində olan elektrik yükləri başa düşülür. 
Bütün maddələr, fiziki-kimyəvi xassələrinə görə elektroneytraldır, başqa sözlə desək,
onlarda mənfi və müsbət yüklərin sayı bərabərdir. Əgər əks yüklərdən birinin sayı digərindən
çox olarsa, deməli maddə elektriklənmişdir. Elektriklənmə ona görə baş verir ki, bir cisim
digərinə, əksər hallarda, eyni işarəli yükləri verir və ya ondan qəbul edir. Yüklərin cisimdən
digərinə ötürülməsi onların toxunma sərhədində baş verir. 
Emal olunan materiallarda yüklərin əmələ gəlməsi və yığılması iki şərtlə əlaqədardır.
Bunun üçün, birincisi, səthlərin bir-birinə toxunması tələb olunur ki, onun nəticəsində ikiqat
elektrik şəbəkəsi əmələ gəlir. Materialların səthinin elektrik qohumluğunun müxtəlif olması
yükün işarəsini müəyyən edir. İkincisi, heç olmazsa toxunan səthlərdən biri dielektrik
materialdan olmalıdır. Yüklər səthlərdə o vaxt qalır ki, səthlərin bir-birindən ayrılma müddəti
yüklərin relaksasiya müddətindən az olsun. 


Ayrılan səthlərdə yükləri tamamilə yox etmək mümkün deyil, ancaq onu əvvəlcədən
nəzərdə tutulmuş miqdara qədər azaltmaq olar. Bunun üçün kontaktın hər iki elektrik
keçiriciliyini və ya səthlərin ayrılma sürətini azaltmaq lazımdır. 
Avtomobil quru asfalt üzərində hərəkət edərkən, şinlər üzərində əmələ gələn yüklər şinlə
asfalt arasındakı boşluqda gücü 
1⋅10
9
N/m-ə qədər olan elektrik sahəsi yaradır. Fasiləsiz baş
verən qığılcım boşalması özünün qatılığını kəskin sürətdə artırır və nəticədə rezinin strukturu
hiss olunacaq dərəcədə dəyişir, köhnəlir və vaxtından qabaq dağılır.
Üzvü maddələrdə hər hansı istənilən əməliyyat aparılan zaman alışma və partlayış
müşahidə olunur. Məsələn, yerüstü çənlərin, neft məhsulları daşıyan gəmilərin
doldurulması və boşaldılması, həmçinin təyyarələrin və avtoçənlərin surətlə karbohidrogen
yanacağı ilə doldurulması zamanı partlayış əmələ gəlir. Bu zaman partlayış, adətən, texnoloji
əməliyyatın başlamasından bir az keçəndən sonra baş verir. Avtoçənlərin doldurulması və
boşaldılması zamanı yanğın və partlayış hadisəsi daha çox müşahidə olunur. 
Amerika Neft İnstitutunun məlumatına görə, neft məhsullarının elektriklənməsindən baş
verən qəzaların 71%-i avtoçənlərin doldurulması və boşaldılması zamanı baş verir. Müşahidə
zamanı müəyyən edilmişdir ki, əksər hallarda, yanğın və partlayış neft məhsulu axınına su və
kerosin vurularkən hava sovrulması başlandıqdan sonra partlayış baş verir.
Karbohidrogen yanacağında suyun olması elektriklənmənin güclənməsinə səbəb olur ki,
nəticədə partlayış təhlükəsi artır. Belə ki, tərkibində su olan aviasiya yanacaqlarını qarışdırarkən
elektriklənmə o qədər yüksəlmişdir ki, yerlə əlaqələndirmə üzərində elektrik boşalması partlayışa
səbəb olmuşdur. Digər hadisədə, partlayış kerosinə su qatılması başladığı ilk dəqiqələrdə baş
vermişdir. Müəyyən edilmişdir ki, su və ya turşu əsas məhsulla xırda disperslənmiş şəkildə
paylandıqda partlayış təhlükəsi daha da yüksək olur. 
Mayenin axma sürətinin və digər fazanın – suyun, bərk hissəciklərin və havanın qatılığının
artması elektriklənməni gücləndirir və alışma təhlükəsini artırır. 
Əksər hallarda, yana bilən və tez alışan mayelərin metal borularla qeyri metal çənə
vurulması, onların bu çənlərdə qarışdırılması və keramik filtrlərdən keçirilməsi zamanı alışma
baş verir. Mayenin şüşə qablara və ya digər laboratoriya qablarına tökülməsi zamanı alışma daha
təhlükəlidir. Çünki, bu əməliyyat, bir qayda olaraq, əllə həyata keçirilir və əldə yanıq əmələ
gəlməsinə səbəb olur.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, dielektrik mayelərdə əməliyyat zamanı statik
elektriklənmə və onun əsasında da, yanğın və partlayış təhlükəsi yaranır ki, bunun da qarşısını
almaq mühüm əhəmiyyət kəsb edir. 
Statik elektrik yükləri ciddi yanğın təhlükəsi törətməklə bərabər zay məhsul buraxılmasına,
işçilərə xoşagəlməz bioloji təsir göstərməsinə və əmək şəraitinin pisləşdirilməsinə səbəb olur.
Statik elektriklənmə hər 100 hadisədən otuz doqquzunda partlayış və yanğına, otuz səkkizində
adamlara elektrik zərbəsi, iyirmi üçündə isə texnoloji defektə səbəb olur. 
Kley hazırlanması, kauçukun emalı, parçaların kəsilməsi, səpilən inqrediyentlərin və qeyri
polyar həlledicilərin nəql edilməsi zamanı statik elektriklənmə daha tez-tez baş verir. 
Yerlə əlaqələndirilməmiş keçirici materialların səthində elektriklənmə daha böyük təhlükə
törədir. Həmin cisimlər elektriklənmiş materiallardan kontakt və ya induktiv yolla yüklənə bilər.
İnsan da keçirici obyekt ola bilər. İzoləedici ayaqqabı ilə və ya örtüklü döşəmə üzərində işləyən
adam bu və ya digər texnoloji prosesi həyata keçirərkən daim yerlə əlaqələndirilməmiş halda
statik elektriklə yüklənə bilər.


Yüksək elektrik keçiriciliyinə və yerə nisbətən daha yüksək elektrik tutuma malik olan
səthlərdə boşalma böyük gücə malik olur. Belə halda bir qığılcım boşalmasının enerjisi aşağıdakı
ifadə ilə hesablana bilər:

Download 1,28 Mb.
1   ...   98   99   100   101   102   103   104   105   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



MÜHAZİRƏ 11 11.1. Statik elektriklənməninin yaranma səbəbləri və onun yaratdığı yanğın təhlükəsi

Download 1,28 Mb.
Pdf ko'rish