v) xırda çilənmiş yanacaq damcılarının havadan və ya buxar hava qarışığından keçdiyi
zaman (yanacağın çilənməsi).
Dayanıqlı halda isə, yanacaqda statik elektriklənmə aşağıdakı hallarda əmələ gəlir:
a) yanacaqdan bərk asılqan hissəciklər çökdükdə:
b) yanacaqda maye asılqan hissəciklərin, məsələn, su damcılarının və ya digər kimyəvi
maddələrin çökməsi həmçinin maye yanacaq təbəqəsi içərisindən hava qabarcıqlarının, yüngül
karbohidrogenlərinin buxarlarının və s. keçməsi zamanı:
Əgər yanacaqla toxunan material katod xassəsinə malikdirsə, onun səthində elektrokimyəvi
proses baş verir.
Əgər material anoda xas olan xassəyə malikdirsə, onda onun səthində oksidləşmə prosesi
baş verir. Elektrokimyəvi reaksiyalar yanacaqla hidroksil və hidroksonium ionlarının miqdarının
dəyişməsinə, bu isə öz növbəsində yanacağın PH-nin dəyişilməsinə səbəb olur.
Təcrübələr vasitəsi ilə müəyyən olunmuşdur ki, yanacağın bir yerdən başqa yerə
ötürülməsi zamanı statik elektriklənmə yanacağın xüsusi elektrik keçirməsindən asılı
olur (cədvəl 4.7).
Statik elektrik yüklərinin yox olma (azalması) sürəti də yanacağın xüsusi
elektrik
keçiriciliyindən bilavasitə asılıdır. Elektrik keçiriciliyi nə qədər aşağı olursa,
statik elektrik
yüklərinin yox olması da bir o qədər ləng gedir.
Müxtəlif növ reaktiv və aviasiya yanacaqları müxtəlif statik elektriklənmə qabiliyyətinə
malikdir.
Statik elektriklənmə sürətinə bir neçə istismar faktorları, məsələn, vurulma sürəti,
yanacaqda mexaniki qarışıqların, suyun, havanın olması və temperatur təsir edir.
Bütün bərabər şəraitlərdə, yanacağın ötürülmə və tökülmə sürəti nə qədər çox olarsa statik
elektrik yükləri bir o qədər çox əmələ gələr. Yanacaqda mexaniki qarışıqların olması, statik
elektriklənmənin əmələgəlmə sürətinə hiss olunacaq dərəcədə təsir edir. Yanacaq nə qədər təmiz
olarsa, statik elektrik boşalması da bir o qədər az olar.
Cədvəl 2.
Statik elektriklənmənin yanacağın xüsusi elektrik keçirməsindən asılılığı
Yanacağın xüsusi
elektrik
keçiriciliyipSm/m
(piko
Simens/metr)
Keçiricilik 7kv olduqda 10dəq
müddətində yanacaq vurulması
zamanı statik elektrik boşalmasının
miqdarı,V (Volt)
1
10
−
1
1
5
10
−
1
35
1,0
1100
5,0
500
1
2
10
600
50
550
1
10
2
250
5
10
2
2,0
1
10
3
0,0
Müəyyən olunmuşdur ki, yanacaqda həll olmuş və ya disperslənmiş su iştirak etdikdə,
onda statik elektrik boşalmaları hiss olunacaq dərəcədə artır.
Əksər
hallarda, yanacaq 10°C-dən 40°C-ə qədər qızdırıldıqda yanacağın statik
elektriklənməyə meyli zəifləyir.
Yanacaq saxlandıqda, oksidləşmə nəticəsində onda potensial qətranın miqdarı artır və
yanacaq vurulması zamanı onun statik elektriklənməyə meyli kəskin şəkildə artır.