Sənayedə statik elektriklənmə təhlükəsinin aradan qaldırılması yolları




Download 1,28 Mb.
Pdf ko'rish
bet104/113
Sana01.12.2023
Hajmi1,28 Mb.
#109072
1   ...   100   101   102   103   104   105   106   107   ...   113
Bog'liq
M asir d vrd istehsalatda h r hans s viyy d q bul edil n q ra

11.2. Sənayedə statik elektriklənmə təhlükəsinin aradan qaldırılması yolları
Statik elektriklənmə sənayedə bir sıra problemlərə səbəb olmuşdur ki, onların da əsas
hissəsi yanğın və partlayışdan mühafizə, texnoloji prosesin pozulmasının qarşısının alınması,
insan orqanizminə fizioloji təsirdən mühafizə məsələləridir.
Statik elektriklənmə nəticəsində baş verən yanğın və partlayış aşağıdakı şəraitlərdə əmələ
gəlir:
a) statik elektrik yükləri və elektrik sahəsi gərginliyi yarandığı zaman qığılcım əmələ
gəldikdə;
b) statik elektrik boşalmasının enerjisi yanar qarışığın alınması üçün kifayət qədər olduqda.
Boşalma mümkün olan elektrik sahəsinin orta gərginliyi kəskin qeyri-bircinsli elektrik
sahəsi üçün 4·10
2
– 5·10
2
kV/m, zəif qeyri-bircinsli sahə üçün 15·10

– 20·10
2
kV/m və bircinsli
elektrik sahəsi üçün 30·10

kV/m təşkil edir.
Qığılcımla alışma təhlükəsi buxar hava qarışığının maksimum alışma enerjisinin artması
ilə azalır. 
Statik elektrik boşalması minimum alışma enerjisi 100Mqcoul və daha çox olan qarışıqları
alışdırmaq qabiliyyətinə malik olmur.
Statik elektriklənmədən mühafizə üsullarını iki qrupa ayırmaq olar. Birinci qrupa, qarşılıqlı
təsirdə olan materiallarda statik elektrik yükləri toplanmasının qarşısını alan üsullar daxildir. Bu
üsullara qurğuların metal və elektriki keçirən qeyri-metal elementlərinin yerlə əlaqələndirilməsi,
dielektriklərin səthi və həcmi elektrik keçirməsinin artırılması, həmçinin digər üsullar, o
cümlədən kontakt cütlərinin seçilməsi daxildir. İkinci qrup üsullara, yüklərin artırılması,
həmçinin digər üsullar, o cümlədən kontakt cütlərinin seçilməsi daxildir. İkinci qrup üsullar,
yüklərin yığılması imkanını aradan götürmür, lakin, onların təhlükəli təsirini aradan qaldırır. Bu
halda, ya texnoloji qurğular üzərində statik elektriklənmə neytrallaşdırıcıları qoyulur və yaxud da
texnoloji proseslər elə mühitdə aparılır ki, statik elektrik boşalması yanğın və partlayış ehtimalı
yaratmasın. 
Qeyd etmək lazımdır ki, bütün keçirici qurğular və elektriki keçirən qeyri-metal əşyalar
statik elektriklənməyə qarşı başqa üsulların tətbiq olunub-olunmamasından asılı olmayaraq,
mütləq yerlə əlaqələndirilməlidir. 
Qeyri – metal qurğular o vaxt elektrostatik yerlə əlaqələndirilmiş hesab edilir ki, onların
daxili və xarici səthlərinin istənilən nöqtəsində cərəyanın yerə axmasına qarşı müqavimət,
havanın nisbi nəmliyi 60%-dan çox olmadığı şəraitdə,10
7
Om-dan yüksək olmasın. Belə
müqavimət partlayış təhlükəsi olmayan mühitdə 10
-1
saniyə həddində, partlayış təhlükəsi olan
mühitdə 10
-3
saniyə həddində olan sabit relaksasiya müddətini təmin edir.
Relaksasiya müddəti sabiti τ əşyanın və ya qurğunun yerlə əlaqələndirmə müqaviməti R və
onun tutumu C ilə aşağıdakı asılılıq üzrə əlaqədardır:


τ =R (2)
Əgər tutum (C) azdırsa, cərəyanın axmasına müqavimət
10
7
Omdan yüksək ola bilər.
Yalnız statik elektriklənmədən mühafizə üçün nəzərdə tutulmuş yerlə əlaqələndirmə qurğularının
müqaviməti 100 Om-dan çox olmamalıdır.
Boruları, aparatları, dəzgahları özündə birləşdirən texnoloji xətt fasiləsiz elektrik zənciri
təşkil edir və o, sex daxilində yerlə əlaqələndirmə konturuna ən azı iki yerdən birləşdirilməlidir.
Tez alışan mayelərlə və ya sıxılmış qazlarla doldurularkən avtoçənlər, təyyarələr, gəmilər
yerlə əlaqələndirilirlər. Dielektrik səthlərlə intensiv qarışılıqlı təsirdə olan maşın və alətlərin
hissələri yerlə əlaqələndirilməlidir. Lakin, yerlə əlaqələndirmə heç də həmişə statik
elektriklənmədən mühafizə problemini həll etmir. Məsələn, elektriklənmiş maye ilə doldurulan
çəni yerlə əlaqələndirdikdə yalnız mayenin daxilindən onun divarlarına axan yüklərin yığılması
aradan qaldırılır. Lakin, bu heç də mayedə yüklərin yox olması prosesini sürətləndirmir. Buna
baxmayaraq, çənin yerlə əlaqələndirilməsi böyük rol oynayır. O, divarlarla potensialın
əmələgəlmə imkanını və çəndən yerə elektrik boşalmaların inkişafını aradan qaldırır.
Elektriklənmiş maye axınından yüklərin kənar edilməsinin daha çox yayılmış üsulu
doldurulan çənin girişində qoyulmuş relaksatorların istifadə olunmasıdır.
Relaksatorların fəaliyyəti ona əsaslanır ki, boruda hiss olunacaq sürətlə hərəkət edən və
elektriklənən maye relaksasiya tutumuna düşərək öz hərəkət sürətini kəskin azaldır. Nəticədə,
elektriklənmə prosesi praktiki olaraq kəsilir, həm də mayenin elektrik keçirməsi hesabına
yüklərin tutumun yerlə əlaqələndirilmiş divarına axması baş verir. Yəqindir ki, səmərəli iş üçün
relaksasiya tutumu elə formaya malik olmalıdır ki, burulğanların əmələ gəlməsi minimuma
ensin. Bu tələbi, borunun böyük diametri, həm giriş, həm də çıxış hissələri konusvari olan sahəsi
daha yaxşı ödəyir.
Elektrik yüklərinin tam kənar edilməsi üçün iynəli neytrallaşdırıcılardan istifadə edilir.
Burada, qalın dielektrik divar rolunu silindrik metal gövdəni dolduran, nəql olunan maye
təbəqəsi yerinə yetirir.
Gövdənin divarlarında iynəvarı elektrodlar elə bərkidilməlidir ki, onların iti ucu axın
nüvəsinə çatsın.
İynəvarı elektrodların uzunluğu neytrallaşdırıcının gövdəsinin radiusuna bərabər elə
hazırlanır ki, onların iti ucları neytrallaşdırıcının oxu üzərində yerləşsin. Bir kəsikdə bir elektrod
yerləşdirilir. Elektrodlu kəsiklər arasındakı məsafə 0,25 – 0,40 m olur. Sonrakı hər kəsikdə
elektrod elə istiqamətdə yerləşdirilir ki, o əvvəlki elektroda nəzərən 120° bucaq altında olsun.
Elektrodlu kəsiklərin sayı 3-4-dən çox, gövdənin uzunluğu isə 1-2 m olur. 
Yanacaqlar çox vaxt tutumlara doldurulmamışdan əvvəl filtrdən keçirilir. Filtrin
hazırlandığı materialların təbiətindən, yanacağın nəql olunma sürətindən asılı olaraq
elektriklənmə baş verir. Yanacağın filtrdən keçərkən mümkün qədər az elektriklənməsinin
mühüm əhəmiyyəti vardır.
Filtrləmə zamanı yanacaqda əmələ gələn elektrostatik yüklərin azalması üçün müxtəlif
materiallardan olan filtrdən istifadə olunmalıdır. Bu zaman filtr özü elektrostatik yüklərin
neytrallaşdırıcısına çevrilə bilər. Buna, yanacağın iki paralel və ya ardıcıl yerləşdirilmiş əks
işarəli yüklərlə yüklənən filtrlərdən keçməsi ilə nail olmaq olar. Bu üsulun köməyi ilə müxtəlif
filtrlərdən keçən yanacaq axınını elə nizamlamaq olar ki, yanacaqda elektrostatik yüklərin
maksimum azalması təmin olunsun.
Axınların qarışdırılması və əks işarəli yüklərin qarşılıqlı neytrallaşması çıxış borusunda baş
verir.


Kombinələşdirilmiş filtr paket müxtəlif materiallardan hazırlanmış eyni miqdarda
elementlərə malikdir.
Filtrləyici materialların məsamələrinin çirklənməsi zamanı sistemin tarazlığı pozula bilir.
Bundan başqa, filtrləyici arakəsmələr üçün materiallar seçilməsi də çətinlik törədir. Həmin
arakəsmələr təxminən eyni filtrləyici xassəyə malik olmalı və yanacaqda əks polyarlıqlı
elektrostatik yüklərin əmələ gəlməsinə şərait yaratmalıdır.
Sənayedə statik elektrik təhlükəsini aradan qaldırmaq üçün müxtəlif mühafizə üsulları
vardır. Lakin, onların ən əlverişlisi antistatik aşqarların tətbiqidir.
Digər mühafizə üsullarından fərqli olaraq antistaik aşqarların tətbiqi, həm sənaye
xammalları və məhsullarının elektrik keçiriciliyinin artmasına səbəb olur, həm də statik
elektriklənmə təhlükəsinin, demək olar ki, tamamilə aradan qaldırılmasını təmin edir.
Qeyd etmək lazımdır ki, əgər bərk maddələrin statik elektriklənməsi, əsasən, əmək şəraitini
pisləşdirirsə, insan orqanizmində gedən fizioloji proseslərə mənfi təsir edirsə, məmulatın həddən
artıq çirklənməsinə səbəb olursa, mayelərin statik elektriklənməsi daha kəskin təhlükə törədir.
Onlar statik elektrikləndikdə partlayış və yanğın təhlükəsi baş verir. Əgər bu cür hadisə neft
məhsulları istehsal edən zavodlarda, onların saxlandığı sahələrdə baş verərsə, bunun nəticəsi
daha ağır olar. Bu onunla izah edilə bilər ki, elektriklənən maye üzərində olan hava-buxar
qarışığının alışması üçün lazım olan enerji hava-toz qarışığının alışmasına lazım olan enerjidən
100 dəfələrlə az olur.
Beləliklə, mayelərin statik elektriklənmədən mühafizə üsullarını müqayisə edərək belə bir
nəticəyə gəlmək olar ki, digər üsullarla müqayisədə antistatik aşqarların tətbiqi üsulu daha
əlverişli sayılmalıdır.
Çoxsaylı təcrübələrlə müəyyən olunmuşdur ki, karbohidrogen yanacaqlarının elektrik
keçiriciliyi müəyyən qədər artırıldıqda, əmələ gələn statik elektrik yükləri çox sürətlə yox olur,
elektrik boşalması və partlayış təhlükəsi praktik olaraq aradan qalxır. Axın nəticəsində yüklərin
yox olmasını relaksasiya adlandırmaq qəbul olunmuşdur. Relaksasiya müddətini miqdarca
qiymətləndirmək üçün yarım yoxolma müddəti anlayışı qəbul edilmişdir. Bu, yüklərin yarısının
yox olmasına kifayət edən müddəti ifadə edir. Yarım yox olma müddəti

Download 1,28 Mb.
1   ...   100   101   102   103   104   105   106   107   ...   113




Download 1,28 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Sənayedə statik elektriklənmə təhlükəsinin aradan qaldırılması yolları

Download 1,28 Mb.
Pdf ko'rish