|
Minimum oturtmaları müəyyən edən amillər
|
bet | 20/33 | Sana | 27.12.2023 | Hajmi | 1,26 Mb. | | #128586 |
Bog'liq C fakepathMühazir Minimum oturtmaları müəyyən edən amillər
Minimum aralıq otrurtmanın dəyəri aşağıdakı amillərlə müəyyən edilir:
1. Rzi-1 - emal edilən səthin (i-1)-ci keçiddə alınmış kələ- kötürlüyü hündürlüyü. Bu keçid (kəsmənin rejimi, kəsmə üsulu və s.) şərtlərindən asılıdır (şək. 5.4,a).
2. Ti-1 – emal edilən səthin (i-1)- ci keçiddə alınmış qüsurlu üst qatı qalınlığı. Tökmələr üçün tökmə qumu və s. daxil olan perlit qabığından ibarətdir. Polad döymələr üçün bu, karbonsuzlaşdırılmış təbəqədir (şək. 5.4, a).
3. ρi−1 - emal edilən səthin (i-1)-ci bazaya nisbətən yeri. Məsələn: xarici (baza) səthin və yonma deşiyinin uyğunsuzluğu; baza silindrik səthin oxunun son müstəvisinin qeyri-perpendikulyarlığı; baza oxuna nisbətən emal edilmiş səthin silindrik olmaması (şək. 5.4, b).
4. εi – quraşdırma xətası yerinə yetirilən keçiddə, yerdəyişməsi səbəbindən emal edilmiş səthin vəziyyətinin qeyri-sabitliyi səbəbindən yaranır. Bu yerdəyişmə tərtibatın quraşdırma elementlərindəki qeyri-dəqiqliklər və digər səbəblərə görə pəstahın bərkidilməsində baş verir (şək. 5.4, b). Minimal otutrmaların ümumi ölçüsü yuxarıda göstərilmiş ölçülərinin Rzi-1, Ti-1, ρi−1, εi cəmlənməsiylə təyin edilir. Nəzərə alsaq ki, ρi−1, εi vektorial kəmiyətdir, onda silindrik pəstahlar üçün onların cəmlənməsi kvadrat kök qaydasına uyğun aparılır.
Beləliklə, Zmin təyini üçün aşağıdakı asılılıqlar alınmışdır:
yastı səthlərin emalı
b) fırlanan səthlərin emalı
Şəkil 5.4. Əməliyyat payların əsas elementləri
Bu asılılıqlar əsasında konkret hallar üçün düsturlar əldə etmək olar. Fırlanma ilə səthlərin emalı
Superfinişdə və pardaxlama:
Qeyd etmək lazımdır ki, mərkəzlərdə silindrik pəstahın emalı vaxtı εi nəzərə alınmır.
|
| |