Texnoloji marşrutun hazırlanması




Download 1,26 Mb.
bet16/33
Sana27.12.2023
Hajmi1,26 Mb.
#128586
1   ...   12   13   14   15   16   17   18   19   ...   33
Bog'liq
C fakepathMühazir

Texnoloji marşrutun hazırlanması
Texnoloji marşrut- pəstahların emalı və ya yığılması üçün yerinə yetirilmə ardıcıllığı ilə qeydə alınan texnoloji əməliyyatların ardıcıllığıdır. Texnoloji marşrutunun hazırlamasına bir sıra amillər təsir edir. Onlardan bəzilərinə baxaq. Məmulatın forma və ölçüləri səthlərin emalı üçün üsulun və avadanlığın seçiminə təsir göstərir. Yastı səthlər frezləmə, rəndələnmə, cilalanma, dartma, torna-karusel dəzgahlarında yonma yolu ilə emal edilir. Silindrik səthlər torna emalında itilənməyə və yonulmaya məruz qalır.
Beləliklə, səthin hər növü üçün öz üsulu və ya uyğun olan texnoloji təchizatıyla mexaniki emal üsullarının yığımı mövcuddur: dəzgahlar, tərtibatlar və alətlər. Səthin emal marşrutu hissənin işçi cizgisinin tələbləri və qəbul olunmuş pəstahın dəqiqliyi və səthinin keyfiyyətindən asılı olaraq seçilir. Səth üzərində yerinə yetiriləcək son texnoloji keçid bu səthin hissənin işçi cizgisində verilmiş dəqiqliyinə və səthin kələ-kötürlüyünə (daha geniş mənada səthin keyfiyyət göstəricilərinə) görə seçilir. Emal üsullarının texnoloji göstəricilərindən asılı olaraq seçmə dəqiqləşdirilə bilir.
Marşrutun ilk əməliyyatını eyni qayda ilə pəstahın növünə (səthinin dəqiqliyi və keyfiyyətinə) görə seçilir. Pəstahın dəqiqliyi yüksək olmayanda səth əvvəlcə kobud emal edilir, sonra təmiz və çatdırma emalı aparılır. Təmiz pəstahlar birbaşa təmiz, bəzi hallarda isə birbaşa son çatdırma üsulları ilə emal edilir.
Səthin emalı üçün aşağıdakı mərhələlər daxil edilə bilər:
● kobud emalda pəstahın səthindən çıxarılan əsas hissəsinin emal dəqiqliyi 12-14 kvaliteti ilə təmin edilir və Ra üzrə səthin kələ-kötürlüyü 6,3-12,5 mkm təşkil edir;
● yarı təmiz halda buraxılabilən həddə səthin emalı 8-10 kvaliteti üzrə yerinə yetirilir və Ra səthin kələ-kötürlüyü 1,25 – 2,5 mkm təşkil edir;
● təmiz halda səthin emalı 7 kvaliteti üzrə və Ra səthin kələ-kötürlüyü 0,63 – 1,25 mkm təşkil edir;
● çatdırmada isə emal dəqiqliyi 5-6 kvalitet dəqiqliyi qədər yüksəlir və Ra üzrə səthin kələ-kötürlüyü 0,32 mkm-dən azdır.
Marşrutun tərtib olunmasının yuxarıda göstərilmiş prinsipləri müəyyən hallarda gözlənilməyə də bilər. Pəstah sərt və emal olunan səthlərin ölçüləri kiçik olanda ayrı-ayrı səthlərin son emalı texnoloji prosesin əvvəlində də aparıla bilər. Dəqiq səth texnoloji baza kimi qəbul ediləndə bu səth texnoloji prosesin başlanğıcında emal edilir.
Texniki və tədris ədəbiyyatında başqa variantları görmək olar, hansılar ki, dəqiqliyin və nahamarlığın göstəriciləri üzrə fərqlənə bilərlər. Ancaq bu fərqlər, bir qayda olaraq, əhəmiyyətsizlər. Əgər səthin emalı üçün bir metod tətbiq edilirsə, məsələn itilənmə (yonulma), onda bütün mərhələlər eyni qrup dəzgahlarında yerinə yetirir. Verilmiş dəqiqlik və kələ-kötürlükdə kəsmə rejimləri, alətin və tərtibatın həndəsi seçimiylə təmin olunur. Çox vaxt müəyyən bir mərhələdə emal üsulu dəyişdirilir. Məsələn, itilənmədən (yonulmadan) sonra cilalanmanı tətbiq edirlər.
İstehsal proqramının ölçüsü texnoloji marşrutun seçilməsinə əhəmiyyətli təsir göstərən istehsalın növünü və üsullarını müəyyən edir. Tək və xırda seriyalı istehsalda hər bir emal növü tamamilə qrup əsasına görə ayrı-ayrı sahələrdə yerləşən universal dəzgahlarda aparılır. Hər bir əməliyyat üçün dəzgahda yerinə yetirilən çoxlu sayda keçid ola bilər. İri və kütləvi istehsalda axın üsullarından istifadə olunur. Texnoloji marşrut hazırlayarkən əməliyyatların diferensiallaşdırılması və konsentrasiyası tətbiq edilir. Texnoloji marşrutu hazırlayarkən əməliyyatların diferensiallaşdırılması və konsentrasiyası tətbiq edilir. Birinci halda, texnoloji proses xüsusi dəzgahlardan istifadə edərək, az sayda keçidlə, çox vaxt birdən çox olmayan sadə əməliyyatlara bölünür. İkinci halda, əməliyyatlar çox sayda keçiddən ibarət daha mürəkkəb əməliyyatlara birləşdirilir. Emal dəzgah-avtomatlarda,yarımavtomatlarda və aqreqat dəzgahlarda aparırlar.
İstənilən istehsal növündə RPİ dəzgahlarından istifadə effektivdir. Bu dəzgahların tətbiqi yüksək dəqiqliyi və məhsuldarlığı təmin edir. Eyni zamanda, kiçik həcmli istehsalda çevik proqramlaşdırma sistemləri və bu dəzgahların çoxlu sayda kəsici alətlərlə təchiz edilməsi sayəsində yeni məhsulların istehsalı üçün dəzgahların tez və ucuz qurulması mümkündür.Texnoloji marşrutunun hazırlaması vaxtı həmçinin aşağıdakı tövsiyələri nəzərə almaq lazımdır:
1. Texnoloji baza kimi qəbul edilmiş səthləri texnoloji prosesin ilk əməliyyatında emal etmək lazımdır.
2. Hər bir sonrakı keçiddə və ya əməliyyatda səthin işlənməsinin dəqiqliyi artmalı, kələ-kötürlük isə azalmalıdır.
3. Səthlərin müxtəlif dəqiqliklə işlənməsi ardıcıllığı elə qurulur ki, ən az dəqiq olan səthlər birinci, ən dəqiqləri isə sonuncu işlənir.
4. Əgər dəqiq səth digərlərdən daha əvvəl emal edilmişdirsə, daha az dəqiqlərdən, onda onun ölçülərinə nəzarəti həyata keçirmək və zəruri olduqda təkrar emal etmək lazımdır.
5. Müxtəlif buraxılabilən həddlərdə səthlərin emalının ardıcıllığı elə qurulur ki, ilk növbədə maksimum buraxılabilən həddə malik olan səthlər işlənsin. Bu pəstahın materialının daxili qüsurlarını aşkar etməyə icazə verir, məsələn tökmələrdə çanaqlar (çuxurlar).
6. Təmiz (üzü ağardılmış) emal üçün daha dəqiq dəzgahlardan istifadə etmək lazımdır və kobud emal üçün daha az dəqiq dəzgahlar, yəni müxtəlif dəzgahlarda təmiz və kobud emal aparmaq olur.
7. Əgər dəqiq ölçülərlə hissə möhkəmliyə və cilalanmaya məruz qalırsa, onda cilalanma tablamadan sonra yerinə yetirilir.
8. Çox sayda əməliyyat və ya keçid ilə, qusuru istisna etmək üçün aralıq nəzarət tətbiq etmək tövsiyə olunur.
Bu siyahı tam deyil, çünki maşınqayırmada məmulatların mexaniki emalı şərtlərinin bütün müxtəlifliyi əhatə edə bilməz.

Download 1,26 Mb.
1   ...   12   13   14   15   16   17   18   19   ...   33




Download 1,26 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



Texnoloji marşrutun hazırlanması

Download 1,26 Mb.