|
Mühazirə V
Superpozisiya prinsipi. Dalğaların interferensiyası. Qrup sürəti. Durğun dalğalar. Səs dalğaları. Doppler effekti
|
bet | 10/36 | Sana | 14.12.2023 | Hajmi | 12,54 Mb. | | #118604 | Turi | Mühazirə |
Bog'liq M hazir I harmonik r qsl r v onlar n xarakteristikalar . Yayl Mühazirə V
Superpozisiya prinsipi. Dalğaların interferensiyası. Qrup sürəti. Durğun dalğalar. Səs dalğaları. Doppler effekti.
Superpozisiya prinsipi
Əgər xətti mühitdə bir neçə dalğa eyni zamanda yayılarsa, onda bu dalğalara superpozisiya prinsipini (toplanmasını) tətbiq etmək olar: Xətti mühitdə bir neçə mexaniki dalğa yayılarkən onların hər biri elə yayılır ki, sanki başqa dalğalar yoxdur və ixtiyari zaman anında mühitin hər bir hissəciyinin yekun yerdəyişməsi dalğavari prosesdə iştirak edən dalğaların yaratdığı yerdəyişmələrin həndəsi cəminə bərabərdir.
+....+
Dalğaların interferensiyası
Bir neçə dalğavari prosesin zamana görə və fəzanın baxılan hissəsində uzlaşmış şəkildə baş verə bilməsi yayılan dalğaların koherentliyi ilə əlaqədardır. Zaman keçdikcə fazalar fərqi sabit qalan eyni tezlikili dalğalar koherent dalğalar adlanır. Eyni tezlikli harmonik dalğalar həmişə koherentdirlər. Fəzada iki və daha çox koherent dalğa toplandıqda fazalar fərqindən asılı olaraq yekun dalğanın bəzi nöqtələrində güclənmə və ya zəifləmə müşahidə olunur. Bu hadisə dalğaların interferensiyası adlanır.
Beləliklə,dalğaların fazaları arasındakı münasibətdən asılı olaraq onların toplanması zamanı fəzanın bəzi nöqtələrində dalğaların zaman keçdikcə dəyişməyən bir-birini gücləndirməsi və ya zəiflətməsi hadisəsi interferensiya adlanır.
Nöqtəvi mənbələrdən həyəcanlanan ıki koherent sferik dalğanın toplanmasına baxaq. Hesab edək ki, bu dalğaların A0 rəqs amplitudları, tezlikləri eynidir və fazalar fərqi sabitdir:
Burada r1 və r2 mənbədən baxılan nöqtəyə qədər olan məsafədir, k – dalğa ədədi və və başlanğıc fazalardır. Yekun dalğanın amplitudu:
Koherent dalğalar üçün fazalar fərqi sabit olduğu üçün
interferensiyanın nəticəsi yollar fərqindən asılıdır. Bu kəmiyyət yollar fərqi adlanır.
İnterferensiyanın maksimum şərti :
Tutaq ki, iki dalğa baxılan nöqtəyə çatanda onların təpələri və çökəkləri üst-üstə düşür. Bu nöqtədə rəqsin amplitudu maxsimum olur və interferensiyanın maksimumu müsahidə olunur.
|
|
Bosh sahifa
Aloqalar
Bosh sahifa
Mühazirə V
Superpozisiya prinsipi. Dalğaların interferensiyası. Qrup sürəti. Durğun dalğalar. Səs dalğaları. Doppler effekti
|