Paylanmış funksional səviyyə




Download 1.13 Mb.
bet21/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   17   18   19   20   21   22   23   24   ...   51
2.3.6 Paylanmış funksional səviyyə

Üçüncü səviyyədə (INCM) ümumi şəbəkə funksiyaları DPF alt səviyyəsində ayrı-ayrı funksional obyektlər kimi (FE) təyin edilir. GFD müstəvisində istifadə edilən SIB blokları DFP alt səviyyədə bir-birinə ardıcıl qoşulmuş funksional obyektlər formasında qurulur və bunların qarşılıqlı fəaliyyəti nəticəsində IF informasiya selləri (ınformation flows) formalaşır. CSI-də 60 ədəd müxtəlif IF-lər təyin edilmiş və onların hamısının tətbiqi INAP adlanan protokolda nəzərdə tutulmuş əməliyyatlata uyğun həyata keçirilir.

İntellektual qovşaqlar adətən bir və ya bir neçə funksiya yerinə yetirirlər. Bu qovşaqlarda əsas üç funksiya yerinə yetirilir :

• Çağırış sellərinin idarə edilmə funksiyası;

• Xidmətlərin idarə edilmə funksiyası;

• Xidmətləri təmin edilməsi funksiyası (texniki istismar işlərinin təşkili, inzibatı- idarəetmə funksiyası, billinq xidməti, geniş zolaqlı xidmətlərin təşkili və s.). Cədvəl 2.5-də həmin funksiyalar təsfir edilmişdir.

Qovşaqların funksiyası cədvəli

Cədvəl 2.5



Yazılış

Oxunuş

Funksiya




Çağırış sellərinin idarə edilməsi funksiyaları

SSF

Service Switchinq Function (xidmətlərin kommutasiya funksiyası)

SCF ilə CCFqovşaqları arasında qurulmuş interfeyslərlə yerinə yetirir

SRF

Speccalıred Resourees Function (xüsusiləşdirilmiş xidmətlər funksiyası)

Şəbəkəyə aid obyektlərin müxtəlif şəbəkə vasitələrinə əlavə qoşulmaq funksiyasını təmin edir (danışıq avtoinformatoru, konfrans-rabitə və s.)

CCF

CALL Control function (çağırış sellərinin idarə edilməsi)

Ənənəvi üsullarla çağırış sellərinə xidmətləri təmin edir.

CCAF

CALL Control Agent Function (Birləşmələrin idarə edilmə funksiyası)

İstifadəçinin abunəçi xətt şəbəkəsinə qoşulmasını təmin edir, yəni istifadəçi ilə CCF arasında interfeys vəzifəsini yerinə yetirir.




Xidmətlərin idarə edilməsi funksiyaları

SCF

Service Control Function (xidmətlərin idarə edilmə funksiyaları)

Prosesslər ilə əlaqəli xidmətlər idarə

edilir.


SDF

Service Control Function (xidmətlərin həyata keçirilməsi funksiyası)

Xidmətlərin verilənlər şəbəkəsinə qoşulmasını idarə etməklə, verilənlərə nəzarəti təmin edir. SCT-ilə verilənlər bazası arasında məntiqi rabitə təmin edilir.




Xidmətlərin təminatı funksiyaları

SCEF

Service Control Environment Function (xidmətlərin təminatə mühitini yaradır).

İN-nin şəbəkə xidmətlərinin məntiqi proqramlarının yüklənməsi, testləşdirilməsi və onların tanınması üçün istifadə edilir.

SMAF

Service Management AcceSS Function (texniki istismar və xidmətlərin inzibatçılığı funksiyası)

SMF funksiyaları interfeys vəzifəsini yerinə yetirir “Şəbəkənin işçi stansiyasının funksiyasını yerinə yetirir” (WSF=Workstation Function)

SMF

Service Management Function (texniki istismarın təminatı və xidmətlərin inzibatçılığı)

İN şəbəkə xidmətlərinin təminatı və inzibatçılığı təmin edir.

SSF xidmətləri ilə əlaqədar kommutasiya funksiyası, çağırış sellərinin idarə edilməsi CCF funksiyası ilə birbaşa əlaqədardır. Adətən hesab edilir ki, hər iki funksiya vahid SSF/CCF paketini əmələ gətirir. Xidmətlərə aid sorğular adətən mikrotelefon dəstəyinin qaldırılması və çağırılan abunəçinin nömrəsinin yığılması funksiyaları nəzərdə tutulur. Xidmətlərin kommutasiya funksiyası dedikdə çağırışın qeydiyyatı və standart sorğunun formalaşdırılması prosesi nəzərdə tutulur. Çağırışların idarə edilmə funksiyası “İntellektual” deyil, lakin onlar elə proqramlaşdırılmışdır ki, xidmətlərə yönələn ixtiyari sorğu tanınır və onun funksiyası xidmətlərin idarə edilməsi (SCF) blokuna göndərilir.SCF bloku öz növbəsində alınan sorğunu dekodlayır, onu “oxuyur” və standart sorğu formalaşdırılır. SCF blokundan SSF blokuna göndərilən sorğuların təsdiqinin formalaşdırılması prosesi zamanı çağıran və çağırılan istifadəçilərlə SCF bloku arasında dialoqun təmin edilməsi tələb edilə bilər yəni dialoq zamanı istifadəçilərə məxsus nömrələr ardıcıllığının yığılması və sorğuların göndərilməsi tələb edələ bilər. Xidmətlərin idarəolunma funksiyası, bu növ dialoqun aparılması üçün vasitəyə malik deyildir, bu halda həmin proses xüsusiləşdirilmiş SPF blokunun imkanları hesabına həyata keçirilir. Adətən SCF bloku SRF blokuna daxil olan istifadəçi sorğusuna əsasən xidmətedici qovşaqla birləşdirmək haqqında sorğu göndərir (məsələn avtoinformator). Bu halda müəyyən verilənlər geri alına bilər.

İntellektual şəbəkənin konsepsiyasını başa düşmək üçün aşağıdakıları bilmək vacibdir:

1. CCF bloku, yalnız çağırışları idarə edən funksiya əsasında birləşmələri yaratmaq və pozmaq proseslərini nəzərdə saxlamaq səlahiyyətinə malikdir.

2. Xidmətlərin qarşılıqlı kommutasiyası (SSF) və çağırış sellərinə idarəetmə funksiyası (CCF) bir-birindən asılı olmayan xidmətlərdir. Ona görə də SSF və CCF xidmətlərdən asılı olan başqa bir informasiyanı özündə saxlamamalıdır.

3. Xidmətlərin idarəolunma funksiyasının həyata keçirilməsi hər hansı bir səbəbdən baş tutmasa, onda SSF/CCF funksiyasının imkanları o dərəcədə şəffaf olmalıdır ki, çağırış sellərini qəbul edib başa çatdırmaq, çağıran və çağırılan istifadəçiləri xəbərdar etmək üçün kifayətedici olsun.

4. İstənilən vaxt xidmətlərin kommutasiyası (SSF) funksiyası xidmətlərin idarəolunması funksiyası ilə qarşılıqlı əlaqədə olmalıdır.

5. Bir neçə SCF və SSF funksiyaları arasında qarşılıqlı əlaqəyə yalnız o vaxt icazə verilir ki, 4-cü bölmədəki şərt pozulmasın.

6. Xidmətlərin idarəolunma funksiyası (SCF) SRF, SSF və onlardan daxil olan sorğuların emalı kimi çağırışlara cavab vermək vacib komandaları özündə saxlayır.

7. SSF ilə SRF arasındakı qarşılıqlı əlaqələri yalnız SCF ilə həyata keçməsinə icasə verilir.

Xidmətlərin idarəolunma funksiyası (SCF) aşağıdakı imkanlara malik olmalıdır(şəkil2.4).

• Çağırılan və çağıran istifadəçilər arasında xidmətlərin təşkilini həyata keçirtmək;

• İxtiyari vaxtda istifadəçi tərəfindən bu işin yenidən bərpası.



Şəkil 2.4 DFP alt səviyyədə CS1 komandalar funksiyaları arasındakı qarşılıqlı birləşmənin sxemi

SSF, SCF və SRTqovşaqları arasında qarşılıqlı birləşmələrin təsvir olunma qaydasından fərqli olaraq (birləşmələr abunəçi tərəfindən idarə edilir), xidmətlərin təşkili şəbəkə operatoru tərəfindən həyata keçirilir. Bu funksiyalar abunəçinin hər hansı çağırışı ilə və ya konkret xidmətlərin təqdimatı ilə əlaqədar deyildir. SMF, SMAT və SCEF funksiyaları artıq mövcud olan xidmətləri kənarlaşdırmaq və ya onu dəyişmək üçün istifadə edilə bilər. Bu məqsədlə SSF, SCF, SDF və SRF-də olan informasiyaları dəyişməklə həyata keçirtmək olar. Lakin bu formada dəyişiklər hər anda təqdim edilən xidmətlərin keyfiyyətinə təsir etməməlidir.



Download 1.13 Mb.
1   ...   17   18   19   20   21   22   23   24   ...   51




Download 1.13 Mb.