• SSP (Service Switchinq Point
  • SCP (Service Control Point
  • SDP (Service Data Point).
  • IP (Intellekt Peripheral
  • SN (Service Noda
  • SSCP (Service Switcinq Andcontrol Point
  • SMP (Service Manaqement Point
  • SCEP (Service Creation Environment Point
  • SMAP (Service Manaqement ACCeSS Point
  • İntellektual şəbəkələrin funksional strukturu




    Download 1,13 Mb.
    bet22/51
    Sana16.06.2021
    Hajmi1,13 Mb.
    #15072
    TuriMühazirə
    1   ...   18   19   20   21   22   23   24   25   ...   51
    2.3.7 İntellektual şəbəkələrin funksional strukturu .

    Əvvəlcədən yazılmış proqramlar əsasında, xidmətlərin kommutasiyası funksiyasını həyata keçirilməsi üçün, intellektual şəbəkələrin tərkibində aşağıdakı qovşaqlardan istifadə edilir:

    1. SSP (Service Switchinq Point).Xidmətləri kommutasiya edən qovşaq olub, istifadəçiləri şəbəkəyə qoşmaq və istənilın vaxt tələb edilən funksiyaları yerinə yetirməkdən savayı, bu qovşağ eyni vaxtda istifadəçilərin intellektual şəbəkəyə qoşulmağını təmin edir. SSP qovşağı ilə xidmətləri idarə edən funksiyaları(SCF) həyata keçirən (SCP) qovşağı öz aralarında birləşmə yaratmaq üçün Eİ xətt dəstəsindən istifadə edilir. SSP qovçağının servis avadanlığı çox vaxt əraziyə xidmət edən ATS – in inzibatı bimasında yerləşdirilir .

    2. SCP (Service Control Point). Xidmətləri idarə edən qovşaq olub, xidmətləri əvvəlcədən yazılmış proqramlar əsasında idarə edir və istifadəçilərdən daxil olan sorğular selini emal etmək qabiliyyətinə malikdir . SCP qovşağı xidmətləri idarə etmək (ingilis dilində SCF funksiyası belə adlanır ) əməliyyatı həyata keçirilir və imkan vardır ki, SDFqovşağı kimi sorğular çoxluğunu birbaşa qəbul edə bilsin. SSP qovşağı sorğuları qəbul edən SDP qovşaqlarına qoşulmaq imkanına malikdir. Onlar siqnallaşma şəbəkəsi ilə birlikdə şəbəkələrin tərkibində xidmətlərim kommutasiyası prosesində iştirak edə bilər.

    3. SDP (Service Data Point). İstifadəçilərdən daxil olan sorğular selini qəbul edən qovşaq olub, fərdi xidmət növlərini təşkil etmək üçün tələb edilən məlumatlar selini yadda saxlayır. SDD qovşağı ilə rabitə ya siqnallaşma şəbəkəsi, ya SCP qovşağı ,ya da xidmətləri təmin edən SMP qovşaqlarının köməyi ilə həyata keçirilir .Müxtəlif SDP qovşaqlarının bir-biri ilə birbaşa və ya dolayı marştutla əlaqəsi ola bilər.

    4. IP (Intellekt Peripheral). İntellektual perferiya qovşağı olub, istifadəçilər üçün xidmətləri təmin edən müxtəlif təyinatlı texniki vasitələrə malikdir. Məsələn, istifadəçinin danışığının mətninin yazılması və ya danışıq müddətinin qeyd edilməsi, danışığın tanınması, danışığın sintezatorla təhlili və c göstərmək olar. IP-adlı qovşaqda imkanların təyini funksiyası ( ingilis dilində SRF adlanır), xidmətlərin kommutasiyası ( ingilis dilində SSF adlanır ) və çağırış sellərinin idarə olunması (ingilis dilində CCF adlanır) funksiyaları həyata keçirilir. Sonuncu iki funksiya IP-paket səbəkəsinə aid olan texniki vasitələr ilə səbəkəyə qoşulmaq üçün istifadə edilir. Bu isə SSP qovşağından daxil olan istifadəçi sorğular seli əsasında aparılır. Köməkçi idarəolunma qovşağı ilə xidmətlərin kommutasiya qovşağı arasında rabitənin təşkili yüksək veriliş sürətli SDH optik kabelli kanallar ilə həyata keçirilir.

    5. SN (Service Noda). Xidmətlər göstərən qovşaq olub, həmişə bir və ya bir neçə SSP qovşağı ilə birbaşa qoşulmuş vəziyyətdə olur. Bu qovşaq xidmətlərin idarə olunması (SCF), SDT sorğuları bazasında yadda saxlanılması,xidmətlərin kommutasiyası (SSF) və nəhayət çağırış sellərinin idarə olunması (CCF) funksiyalarını yerinə yetirir. Bütün hallarda bu qovşaqlar ilə xidmətlərin idarə olunması qovşağı (Bunlar SSF/CCF funksiyaları adlanır) ilə sərt sürətdə əlaqəsi vardır və xidmətləri idarə edən funksiyaların yerinə yetirən qovşaqlara qoşulmaq imkanına malik deyildir. SN qovşağı hər üç qovşağın imkanlarına malikdir.

    6. SSCP (Service Switcinq Andcontrol Point). Universal kommutasiya qovşağı və xidmətlərin idarə olunma qovşağı olub, rabitə qovşaqları ilə xidmətlərin kommuytasiya qovşağını az aralarında birləşdirmək funksiyasını yerinə yetirir. Birləşmiş qovşaq xidmətlərin kommutasiyası (SSF), çağırış sellərinin idarə olunması(CCF),xidmətlərin idarə olunması (SCF), verilənlər selinin yaddaşda saxlanılması (SDF), çağırış sellərinin ünvanlara çatdırılması, idarə olunması (CCAF) və çox güman ki, xüsusi imkanlardan istifadə olunması (SRF) funksiyalarını yerinə yetirir.

    7. SMP (Service Manaqement Point). Xidmətlərin təminatı qovşağı olub, SMAF və xidmətlərin yaradılması (SCEFI) funksiyalarını yerinə yetirir. Bu qovşaq intellektual şəbəkənin ixtiyarı qovşağı ilə istənilən vaxt rabitə yarada bilər.SMP qovşağı ilə verilənlər bazası, şəbəkənin testləşdirilməsi, trafikin dinamiq surətdə idarə edilməsi və şəbəkənin müxtəlif keyfiyyət xarakteristikalarının ölçülməsi funksiyası yerinə yetirilir.

    8. SCEP (Service Creation Environment Point).Xidmətlərin yaradılma mühütini yaradan qovşaq olub,onların təşkili mühütini yaratmaq funksiyasını yerinə yetirir. Bu funksiyanın icrasını yerinə yetirən intellektual məntəqələrdə (SMP) xidmətlərin işlənilməsi, formalaşdırılması, testləşdirilməsi və tətbiqi kimi funksiyalar yerinə yetirir.

    9. SMAP (Service Manaqement ACCeSS Point). Texniki istismarın təşkili və inzibatı xidmətlərdən istifadə etmə qovşağı hesab edilir. İntellektual şəbəkənin fiziki mühütində funksional obyektlərin təsvir olunmasının mümkün olan variantlarından biri cədvəl 2-da təsvir edilmişdir.

    Cədvəl 2.6



    PE

    SCF

    SSF/CCF

    CDF

    SRF

    SCP

    0



    0



    SN

    0

    0

    0

    0

    AD

    0



    0



    SSP

    B

    0

    B

    B

    IP







    0

    SDP





    0



    SSCP

    0

    0

    0

    B
















    SS7 siqnallaşma sistemi telefon və qeyri- telefon paket sellərinə xidmət edən xüsusui şəbəkə diskret məlumat şəbəkəsi olub, məntiqi olaraq danışıq kanallarından asılı deyildir və xidmətlərdən istifadə etmək üçün xidməti -siqnallaşma kanallarından istifadə etməyi nəzərdə tutur.O xüsusi diskret şəbəkə tipi olub, danışıq tipli kanallı ümümi istifadəli şəbəkələrdən siqnallaşma aparaturası ilə ayrılır. Bu şəbəkəni təşkil edən qovşaqlar SP(Siqnalinq Point “Siqnallaşma məntəqəsi”), onları birləşdiriən xətlər isə SL (Siqnalinq Link “siqnallaşma manqası”) adlanır. Baxılan halda ATS-in yeganə vəzifəsi adi standart zəngləri (çağırış sellərini) adi qayda ilə qəbul etmək və onları məsələn Call Routinq sisteminə yönəltməkdir. Artıq fərq göz qabağındadır, yəni ya baza stansiyası əvəz edilməli ya da şəbəkədə heç bir təkmilləşdirmə işlərini aparmadan Call Routinq sistemini qurmaq lazım gələcəkdir. Bu halda rabitə operatoruna qoşulmaq üçün müəyyən sayda portlar ayırmaqla sadəcə olaraq öz ATS-ni, müəyyən tip çağırış selinin kompüter telefonu ilə işləyəcək komandalar toplusu əsasında proqramlaşdırmaqdır. Öz növbəsində Call Routinq sistemi konkret xidmətlər toplusunu qəbul etmək məqsədi ilə intellektual avadanlıqla təmin edilir və proqramlaşdırılır. Məsələnin iqtisadi tərəfi də maraq kəsb edir. Bunun səbəbi odur ki, Call Routinq avadanlığı bazası əsasında məsələnin həlli iqtisadi cəhətdən kifayət qədər ucuz başa gəlir, çünki tərkibində intellektual xidmətlər təşkil etməyə imkan verən aparat modulları və proqram təminatlı xüsusi imkanlı ATS-lərin qurulması iqtisadi cəhətdən həddən artıq baha başa gəlir. Məsələ burasındadır ki, intellektual xidmətlərlə əlaqəli əməliyyatları yerinə yetirmək (bir neçə dildə abunəçi ilə danışmaq, PİN kodlarının yoxlanılması, istifadəçinin sifarişi əsasında birləşmənin təşkili,idarə edilməsi, kanalın məşğulluq müddəti üçün abunəçinin hesabından dinamik sürətdə pul vəsaitlərinin silinməsi və s.) kompüter telefonu üçün doğma tanış və sevimli bir əməliyyatdır. Bunlar proqram vasitələri ilə və ən sadə Call Routinq sistemi əsasında asanlıqla həyata keçirilir. Proqram təminatı əsasında fərdi tarifləşdirmə və marşrutlaşdırma IP telefon elementləri, əks çağırış funksiyası (Call Back) və çoxsaylı digər əməliyyatlar ilə həyata keçirilir. Aşağıdakı şəkildə ən sadə halda intellektual şəbəkələrin struktur sxemi təsvir edilmişdir.

    Şəkil2.5 İntellektual şəbəkələrin sadə struktur sxemi




    Download 1,13 Mb.
    1   ...   18   19   20   21   22   23   24   25   ...   51




    Download 1,13 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    İntellektual şəbəkələrin funksional strukturu

    Download 1,13 Mb.