III Fəsil. İntellektual xidmətlərin təşkili
3.1 Ümumi məlumat
Hal-hazırda yüksək səviyyədə inkişaf etmiş telekommunikasiya xidmətlər bazarında,aktiv surətdə fəaliyyət göstərən rabitə operatorlarınin gündəlik işi kommutasiya riskləri ilə birbaşa əlaqədardır. Rabitə operatorları arasında yaranan güclü rəqabət, müştərilərinə müasir xidmət növlərini təklif etmək üçün, yeni-yeni informasiya texnologiyalarından istifadə etməyə məcbur edir. Hal-hazırki dövrdə bu məqsədlə təklif edilən olduqca səmərəli həll yollarından biri intellektual rabitə şəbəkəsi texnologiyasının tədbiqi ola bilər. Məlumdur ki, intellektual xidmət şəbəkəsi (İRŞ) elə bir arxitekturaya malikdir ki,onun tətbiqi ilə istifadəçilərə yeni-yeni xidmət növlərini təklif edilir.
İntellektual şəbəkəsinin spesefiq xüsusiyyəti ondan ibarətdir ki, burada kommutasiya funksiyası ilə xidmət funksiyaları bir-birindən ayrılmışdır. Belə ki, mövcud telefon şəbəkə bazası əsasında kommutasiya prosesi yerinə yetirildiyi halda, müxtəlif təyinatlı xidmət növlərini təşkil etmək, onları istifadəçilərə təklif etmək və xidmət növlərini idarə etmək İTS-də proqram vasitələri ilə həyata keçirilir. Bu halda standart tətbiqli protokoldan- İNAP (İntelligent Network Application Protokol) adlanan protokolundan istifadə edilir. Yeni funksiyaların realizə edilib xidmət növlərinin istifadəçilərə təqdim edilməsi və onların idarə edilməsi, hesablama texnikası və standart interfeyslərin tədbiqi ilə həyata keçirilir. Nəticədə, operatorlara vaxtında xidmət növlərini təkmilləşdirməklə yanaşı, onların tərkibini (spektrini) genişləndirmək prosesləri də həyata keçirtmək imkanı verilir. Bu halda mövcud kommutasiya avadanlığında ciddi olmayan cüzi dəyişiklər etməklə bərabər, yeni proqram təminatından da istifadə edilir. Aydın məsələdir ki, mövcud şəbəkə bazası əsasında İRS-ni tətbiq etmək üçün xidmət növlərini təqdim etmə prosesinin strategiyası düzgün seçilməli, yəni vacib olan və tələb edilən xidmət növləri önə çəkilməlidir. Təcrübələr onu göstərmişdir ki, ilkin vaxtda istifadəçilərə elə xidmət növlərini təklif etmək lazımdır ki, kommersiya cəhətdən həmin xidmət növləri cəzbedici olsun. Digər tərəfdən bu xidmət növləri mərhələ-mərhələ yeni funksional imkan ilə zənginləşdirilməlidir. Məsələn Rusiya Federasiya nümunəsində, ilkin vaxtda, aşağıdakı intellektual xidmət növləri istifadəçilərə təqdim edilmişdir.
• “Universal nömrə” (Universal Number UAN);
• “Pulsuz çağırış” (Freeptione - FRH);
• Haqqı kənardan ödənilməklə kart üsulu xidmətlərin təşkili (Sorğu xidməti – Premium Rate-PRM);
• Müxtəlif təyinatlı və müddətli, pulu əvvəlcıdən ödənilən, maqnit kartlarla xidmətlərin təşkili (Account-Card Callinq-ACC, PRE-Raid, Card Callinq- PCC).
Adları sadalanan intellektual xidmət növlərini qısaca xarakterizə edək:
– “Universal nömrə” xidməti. Bu xidmət mövcud ATS- lərdə tətbiq edilən məlum “Seriya nömrəsi” xidmətinin analoqudur. Bu xidmət mövü, ilk növbədə elə dövlət və qeyri-dövlət kompaniyalarına təqdim edilir ki, ölkənin müxtəlif regionlarında çoxlu sayda filalları olsun. Məsələn, Banklar, Reklam və Ticarət firmaları, Tele-radio kompaniyaları, Müştərək kompaniya, şirkətlər və s.
– “Pulsuz çağırış” xidməti. Bu xidmət növündə cağırışın qiymətinin ödənilməsi çağırılan istifadəçinin hesabına aparılır. Sözsüz ki, bu xidmət növü yerli səviyyədə müvəffəqiyyət qazanacaqdır,çunki vaxta görə danışıq haqqının ödənilməsi üsulunun əsasını təşkil edir. Hesab etmək olar ki, nəhəng firma, şirkət və kompaniyalarda bu xidmət növü böyük maraq yaradacaqdır, çünki onlar çoxsaylı potensial müştəriləri cəlb etmək iqtidarında olur. Məsələn, avia kompaniyalar, banklar, sığorta kompaniyaları və s.
– “Haqqı kənardan ödənilən” xidmət (sorğu xidməti). Bu xidmət növündən müxtəlif təyinatlı informasiya-sorğu xidmətlərində istifadə edilir. Bu hal-hazırda mövcud olan “pullu sorğu xidməti”-nin analoqudur. Həmin xidmətlərdən, özlərinə məxsus sorğu xidmətinin olmasını arzulayan, ixtiyari təşkilat istifadə edə bilər.
– “Kartlarla xidmət”. Bu xidmət növü bir çox fiziki şəxslərə təklif edilə bilər. Bu o tip insanlara aiddir ki, banklarda özlərinin ayrıca hesabı, xüsusi telefon kartları (Azərsel, Sim-sim, Baksel, Çin kart və s.) ya da öz işçilərinin xidməti danışıqlarını ödəyə bilən firmalar, turist təşkilatları və s. ola bilər.
Sonuncu xidmətin çox güclü sosial-iqtisadi əhəmiyyəti vardır, çünki cibində pulu olmayan ixtiyari istifadəçi istənilən telefon aparatından (ev telefonu, taksafon və s.) zəng edib danışa bilər. Stasionar telefonu olmayan şəraitdə bu xidmətin tayı-bərabəri olmur. Lakin bütün hallarda telefon aparatları tonal yığım moduluna (çoxtezlikli üsul) malik olmalıdır.
|