İntellektual “Toll-fri” xidmətinin tətbiqində yeni istiqamətlər




Download 1,13 Mb.
bet26/51
Sana16.06.2021
Hajmi1,13 Mb.
#15072
TuriMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   51
3.4 İntellektual “Toll-fri” xidmətinin tətbiqində yeni istiqamətlər.

İntellektual“Toll-frixidməti nömrələri fərdi istifadəçilər arasındaistifadə edilməsi geniş sürətdə istifadə edilir, çünki bu nömrələr asanlıqla yadda saxlanılır və giriş zənglərinin qiyməti şəhərlərarası danışığın qiyməti ilə müqayisə ediləndir. Məsələn, “Toll-fri” nömrələri ilə xaricdə təhsil alan tələbələr valideynləri ilə,banq işçiləri və bəzi dövlət qulluqçuları əlavə xərc çəkmədən, əsas iş yerləri ilə respublikadan kənarda olanda rabitə yarada bilərlər.

İntellektual şəbəkələrdə intellektual marşrutlaşdırma istiqamətlərinin təyin edilməsi, rabitə yaratmaq cəhətdən işlək vəziyyətdə olur. Belə ki, iş vaxtı çağırşlar iş yerinə istiqamətləndirilir, iş vaxtı sona çatandan sonra isə əməkdaşın ev nömrəsinə və ya mobil telefonuna yönəldilə bilir.

ABŞ-ın bu sahədə olan təcrübəsindən məlumdur ki,istifadəçilərə xidmət göstərən provayderlər dəyişəndə belə onlar özlərinin fərdi nömrəsini saxlaya bilirlər, çünki Federal rabitə komissiyası öz işçilərinə bu imkanı verir. Rusiya Federasiyasında bu məsələdə fərqli cəhətlər vardır, çünki hər bir nömrədə “Toll-fri” xidmətlərini göstərən operatorun özünə uyğun daxili nömrəsi olur. Bu gün qərb telekommunikasiya provayderləri istifadəçilərə çoxsaylı xidmətlər təqdim edir. Rusiyada bu məsələdə çox ciddi məhdudiyyətlər nəzərdə tutulur. Məsələn, elə bir “Toll-fri” nömrəsi təqdim edilir ki, kontakt telefonları bütün xidmətlər marşrutlayır (ev telefonu, iş telefonu, mobil telefon, mehmanxana telefonu və s.). Beləliklə, abunəçinin harada olmasından asılı olmayaraq, onunla operativ sürətdə rabitə yaratmağa imkan yaranır.

Rusiya nümunəsində intellektual “Toll-fri” (“800 nömrəsi”) xidmətinin tətbiqi 2001-ci ildə yaranmışdır. Bu gün həmin xidməti bir sıra telekommunikasiya operatorları öz istifadəçilərinə təqdim edir. Əsas etibarı ilə Toll-fri” (“800 nömrəsi”)xidmətinin Moskva şəhərində tətbiqi geniş yayılmışdır. Bu xidmətin əsas provayderləri “Rostelekom” kompaniyasıdır. Həmin kompaniya özünün şəhərlərarası və Beynəlxalq statusuna uyğun olaraq, şəhərlərarası və Beynəlxalq zəngləri “Toll-fri” nömrəsinə havayı istiqamətləndirmək üçün, Rusiya və əcnəbi operatorlarla müqavilə bağlamaq haqqındakı çoxtərəfli formada razılığa gələ bilmişdir. Rusiya nümunəsində bu kompaniya öz nömrələri əsasında nəhəng reklam kompaniyaları və marketinq aksiyaları (“Orifleym”, “Koko-kola”, “Malboro”) aparır. Bu gün Azərbaycan Respublikasının telekommunikasiya məkanında da intellektual şəbəkələr bazası əsasında çoxsaylı xidmətlərin təşkili nümunələri vardır və biz də sosial əhəmiyyət (məna) daşıyan bu xidmətlərdən gündəlik işimizdə bol-bol istifadə edirik. Əslində respublikada “Toll-fri” xidmətinə yaxın xidmət Binə hava limanında, fövqaladə hallar nazirliyində, sərhəd xidmətində, Vergilər nazirliyində, Gömrükkomitəsində və s istifadə edilir. Burada, işləyən hər bir işçi konkret tezlik diapazonunda işləyən mobil telefon ilə təchiz edildiyi üçün, istənilən vaxt operativ surətdə mərkəzi kommutator tərəfindən həmin əməkdaşın nömrəsinə zəng edə bilir.

“Rosttelekom” kompaniyasının kommersiya direktoru X.Xasyanov intellektual xidmət bazarının inkişafının perspektivliyini aşağıdakı kimi qiymətləndirmişdir. Rusiyada intellektual şəbəkə xidmətlərinə olan tələbat ölkədə biznes-mədəniyyət, marketinq əməliyyatlarda iştirak edən müştərilərin, kompaniyalarda biznes fəaliyyətinin nizamlanması və regional biznesin yayılması ilə birbaşa əlaqədardır. Artıq bu gün Rusiya biznesmenləri “Toll-fri” tipli xidmətlərə kifayət qədər ciddi maraq göstərirlər.Rusiya Federasiyası ərazisində özlərinin müştəriləri ilə bu xidmətin bazası əsasında, öz gələcək işgüzar münasibətlərini qurur, intellektual xidmətlərin inkişafı üçün güclü baza yaratmışlar.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə onun tabeliyində olan ali və orta təhsil müəssisələri arasında təşkil edilən “Qaynar xətt” əslində elə Toll-fri” xidmətinin analoqudur. Sadəcə olaraq burada 3 rəqəmli nömrələnmə deyil “7” rəqəmli nömrələnmədən istifadə edilir.Əgər respublikada intellektual şəbəkə modeli olsaydı Toll-fri” xidmətini asanlıqla yerinə yetirmək olardı. Lakin “Kömrük komitəsi, ”Fövqaladə hallar nazirliyi”, Vergilər nazirliyi” və “Sərhəd xidməti “ strukturlarında bu məsələ öz müsbət həllini artıq tapmışdır.


Download 1,13 Mb.
1   ...   22   23   24   25   26   27   28   29   ...   51




Download 1,13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual “Toll-fri” xidmətinin tətbiqində yeni istiqamətlər

Download 1,13 Mb.