İntellektual Call Routinq xidmətinin elementləri




Download 1.13 Mb.
bet29/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   25   26   27   28   29   30   31   32   ...   51
3.7 İntellektual Call Routinq xidmətinin elementləri

Call Routinq sisteminin əsas üstün cəhətləri bunlardır:

• Müztəlif tipli xətlərlə işləmək imkanı və kanallara istənilən xətt tipi ilə qoşula bilmək (analoq, rəqəm – T1/E1/ISDN) imkanı;

• Çeviklik. Baza stansiyası ilə ixtiyari protokolla qarşılıqlı əlaqə yaradılır (Loop Ctart, Cas, CCS);

• Əhatə dairəsi. Şəbəkənin imkanlarını istənilən vaxt artırmaq olar, məsələn, kanalların sayı artırıla bilər (bir neçə abunəçi xəttindən tutmuş, nəhəng provayderlərlə təşkil edilən onlarla xətt dəstəsi);

• Genişlənmək imkanının sadəliyi. Mövcud şəbəkənin təkmilləşdirilməsi tələb edilmir, sadəcə olaraq ATS-də rabitə operatorlarını kifayət qədər xətt dəstəsi ilə təmin etmək kifayətdir;

• İqtisadi səmərəlilik. Çox vaxt yeni xidmət növlərini tətbiq etmək və ya artıq köhnəlmiş rabitə şəbəkəsinin imkanlarını artırmaq və səmərəliliyini yüksəltmək kifayət qədər investisiya ayırmalarını tələb edir. Call Routinq müasir rəqəm kommutasiya sistemlərinə xas olan intellektual xidmətləri təşkil etməyə imkan verir. Call Routinq sistemi tərkibinə görə üç hissədən ibarətdir:

• Fərdi standart və ya sənaye cəhətdən işlənilmiş (çox vaxt intel prosessor bazalı) kompüter;

• Çoxkanallı analoq və ya rəqəm kommutasiya platalı kompüter telefonu texnologiyalı avadanlıq kompleksi. Bu platalar fərdi kompüterlərin rəflərinə yerləşdirilir;

• Sistemin tələb edilən vacib funksiyalarını həyata keçirən və onun işini idarə edən proqram təminatlı məmulatlar. Sistemin tərkibindəki çoxkanallı platalar təkcə fiziki olaraq Call Routinq sistemini ATS portlarına qoşulmaq vəzifəsini yerinə yetirmir. O kompüter telefonu üçün ixtiyari tipik məsələni həll etməyə imkan verir (danışıq selinin rəqəm selinə çevrilməsi, danışıq mübadiləsi, DTMF siqnallaşma selini qəbul və ötürmək, xəttin monitoriqinin aparılması). Bu halda kanalların kommutasiyası və çağırış sellərinin marşrutlaşdırılmasını həyata keçirən xüsusi əməliyyatlar təmin edilir. Seriya halında hazırlanan bu tip plataları bir çox kompaniyalar (New Voice, Natural Microsustems, Brook Troot) istehsal edir. Amma bunların içində daha çox tanınmış Dialoqıl (ABŞ) firmasıdır. Məhz Dialoqıl firması tərəfindən hazırlanan platalar bazası əsasında Call Routinq sistemi işlənilmişdir. Bu firmanın məmulatlarından bir çox tanınmış kompaniyalar istifadə edir. Məsələn, WTL (Belçika) təsvir olunan sistem adətən böyük tutumlu şəbəkələrdə tətbiq edilir. Burada eyni vaxtda müxtəlif siqnallaşma protokolu ilə işləyən bir neçə min rəqəm selinə xidmət göstərir. Hətta elə ola bilər ki, bu şəbəkə müxtəlif tipli şəbəkələr üçün konvertor kimi istifadə edilə bilir.

Qlobal telefon şəbəkələrində çox vaxt (Multi-node ) kompüter telefonu bazasında qurulmuş çoxqovşaqlı arxitekturadan istifadə edilir. Onların tərkibinə regional kommutasiya serverləri Call Routinq (onların köməyi ilə regional abunəçilərin çağırış selləri qəbul edilib xidmət göstərilir) və mərkəzi sistem daxildir. Mərkəzi sistem də əsas verilənlər bazasını yadda saxlayır və regional sistemlərin sorğu sellərini emal edir. Bu tip şəbəkə ilə regional şəbəkə qovşaqları səviyyəsində abunəçilər birbaşa intellektual xidmətlərə qoşulur və əsas baza verilənlərinin təkrarına yol verilmir. Lakin onun həyata keçirilməsi üçün mərkəzi və regional qovşaqlar arasında xidməti informasiyasellərinin emalı üçün xüsusi kanalın ayrılması tələb edilir. Volleware Sustems (ABŞ), Telephony Experts (ABŞ) Symefrics Industries (ABŞ) və s. göstərmək olar. Dıaloqis firmasına belə şöhrət gətirilməsinin əsas səbəbi onun az tutumlu analoq (4 və ya 16 xətli) platalarından tutmuş böyük tutumlu plataların hazırlanması hesab edilir. Bu plataların tətbiqi ilə T1/E1/ISDN tipli kanallarla bir neçə rəqəm selinə eyni vaxtda xidmət edilir. Firmanın kompüter telefonu üçün istehsal etdiyi rəqəm seli, şini eyni vaxtda min ədəd analoq və ya rəqəm selini kommutasiya etmək və bircins olmayan plataları vahid sistem halında birləşdirməyə imkan verir. Digər tərəfdən, Dialoqıc tipli platalar üçün elə drayverlər ailəsi movcuddur ki, müxtəlif son stansiyaların birgə işini təmin edir və praktiki olaraq telefon şəbəkəsinin bütün siqnallaşma sistemləri ilə birgə işləyə bilir. Məhz bu nailiyyətlər Dialoq kompaniyasına, dünya kompüter telefonunun aparaturası vasitələrinin bazarında lider mövqeyini saxlamağa imkan vermişdir.

Qeyd edək ki, Call Routinq-in ən sadə sistemi bir fərdi kompüter əsasında qurula bilər. Lakin çox vaxt bu sistem informasiya sellərini emal edən lokal və qlobal şəbəkə bazası əsasında qurulur. Baxılan halda kanalların kommutasiyası prosesi bir işçi stansiyası, statistika sellərinin emalı prosesi ilə isə digər stansiya, tarix və ya istifadəçilər haqqında məlumatlar selinin yadda saxlanılması üçün isə üçüncü stansiya məşğul olur.





Download 1.13 Mb.
1   ...   25   26   27   28   29   30   31   32   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual Call Routinq xidmətinin elementləri

Download 1.13 Mb.