3.5 ABŞ-da istifadə edilən intellektual “800” saylı xidmətin təhlili
İntellektual xidmətlərin mahiyyətini başa düşmək üşün ABŞ –da geniş yayılmış “800” xidmətinin nümunəsinə istinad etmək olar .
“800” servic xidməti ABŞ-da ilk dəfə1967-ci ildə “800” və ya “Free prone” adlanan intellektual xidmət növü kimi yaranmışdır.Bu xidmət yarandıqdan az sonra müxtəlif təşkilatlar, idarə, birlik, müəssisələr, kompaniyalar,şirkətlər və bir çox ciddi dövlər strukturları böyük bir ərazidə xidmətin nömrələrini icarəyə götürmək imkanı əladə etmişlər. Bu xidmət “800” xidməti adlandırılmaqla, bütün giriş danışıqlarının haqqını əvvəlcədən kompaniyanın hesabına ödənilməsini öz üzərinə götürmüşdür.
Kompüter telefonunun imkanlarına aid çoxsaylı ədəbiyyat mənbələri məlumdur. Burada iki müxtəlif cinsli trafiklərə xidmətlər göstərilir və onun texniki vasitələrinə- intellektual sistemlərinə az diqqət verilmişdir. İntellektual sistemin texniki vasitələri dedikdə, klassiq telefon şəbəkəsi iləbirləşmə yaratmaq üçün tələb edilən kommutasiya və marşrutlaşdırma vasitələri başa düşülür. Burada danışıq (bir cins)və faksimil (bir cins olmayan) trafiklər formalaşdırılır. Onunla, ənənvi olmayan rabitə xidmətlərini istifadəçilərinə təqdim edən texniki imkanlar yaradılır, zəng sellərinin qeyri-ənənəvi emalı əməliyyatı,birləşmələrin təşkili, danışıq haqlarının çeklərinin abunəçilərə çatdırmaq vəzifəsini öz üzərinə götürmüşdür. Beləliklə əvvəli “800” kodu ilə başlanan uxtiyari nömrə ilə danışacaq çağıran abunəçi üçün xidmət haqqı havayı olub, ölkə ərazisində biznesin inkişafında, ödənişli xidmətlərin təşkilində və yeni - yeni müştərilərin aşkar edilməsində misilsiz rol oynamışdır. İntellektual xidmətlərin təşkilində, milli telefon şəbəkəsi çərçivəsində marşrutlaşdırma və çağırışları tarifləşdirən (billinq xidmət) xüsusi texniki vasitələr tələb edilir. Belə ki, şəhərlərarası telefon stansiyası zəngi qəbul edən istifadəçinin çoğrafi cəhətdən olduğu yerin koordinatları haqqında bitkin informasiyaya malik olmalıdr. Bu məqsədlə “şəbəkə verilənlər bazasına” malik olub, “800”-ci zonaya aid nömrələri bufer yaddaşında saxlamalıdır. Baza stansiyası, yığılan nömrəyə uyğun olaraq, ixtiyari yaşayış məntəqəsinin abunəçisinə intellektual xidmətlər şəbəkəsinə qoşulmaq(daxil olmaq) imkanına malik olmalıdır. Lakin bu tip informasiya növü tez-tez dəyişdiyi üçün, onu sadəcə olaraq ölkə ərazisində fəaliyyət göstərən hər bir ATS – tərkibində təkrar etməyə entiyac yoxdur.1982-ci ildə “Şəbəkə verilənlər bazası” keçid sonasına çatdı və o Expander “800 service” (genişləndirilmiş “800 xidməti”) adını aldı. Bu ildən etibarən ABŞ-ın milli şəbəkəsi nəinki abunəçilər arasında danışıq seli ötürmək, həmçinin xüsusi idarəetmə verilənlər selinin ötürülməsi ilə məşğul olmağa başladı. Bununla, tarixdə ilk dəfə olaraq, intellektual şəbəkənin konsepsiyasının nümunəsi yarandı. Şəkil 3.1-də intellektual “800 xidməti”nin funksional sxemi, şəkil 3.2-də isə xidmətlərin kommutasiyası sxemi təsvir edilmişdir.
Şəkil3.1 intellektual 800 nömrəli servis xidmətnin təşlili sxemi
İntellektual şəbəkədə intellektual xidmətlərin təşkili sxematik olaraq aşağıdakı kimidir. Abunəçi mikrotelefon dəstəyini qaldırır və əvvəlcədən məlum olan xidmətin nömrəsini yığır. Bundan sonra intellektual şəbəkənin son manqası olan xidmətlərin kommutasiya qovşağı ( SSP qovşağı) zəngi (çağırış selini) qəbul edib onu emal edir. Zəngi qəbul edən SSP qovşağı çağırışa xidmət olunma əməliyyatini dayandırıb, təlimat üçün mərkəzi xidmətləri idarə edən qovşağına ( SCP qovşağı) müraciət edir. SCP qovşağından lazımi sorğu informasiyası alındıqdan sonra (məsələn çağırışların marşrutlaşdırılması haqqında informasiya) SSP qovşağı çağırış başa çatana qədər, tələb edilən sorğunu yerinə yetirməyə çalışır. Birləşmənin təşkili, onun idarə edilməsi və nəhayət birləşmənin pozulması prosesləri bir neçə mərhələdən və ya vəziyyətdən asılıdr. Bunlar Points in Call, PIS adlanır və tərcümədə “Azaddır”, “mikrotelefon dəstəyi qaldırılmışdır”, “nömrə yığılmışdır”, “nömrə informasiyasının təhlili”, “çağırışların marşrutlaşdırılması” və s. deməkdir. Xidmətlər üçün verilən sorğular (ingilis dilində triqqer və ya hook adlanır), belə demək mümkündürsə, imitasiya edilir. (Triqqer Detection Point TDP).
Məlumdur ki, intellektual şəbəkə sorğuları ümumi halda üç növə bölünür; fərdi (subscribed) soğular, qrup formasında göndərilənsorğular (qroup-baced) və ümumi (office-baced) sorğular. Fərdi sorğu növü konkret abunəçiyə aiddir. Qrup formasında göndərilən sorğular əvvəlcədən məlum olan müəyyən abunəçi qrupu üçün istifadə edilir, məsələn konkret bir kompaniyanın işçiləri üçün bu növ sorğu növü tətbiq edilə bilər. Telefon kommutatoruna (ATS-ə) qoşulan abunəçilər üçün ümumi sorğu növü tətbiq edilir. Məsələn, “Narahat etməyin” xidmət növü üçün çağırış göndərmə prosesini nəzərdən keçirək. Abunəçinin sorğusuna əsasən SCP kommutatoru birləşmənin sonunda SCP qovşağına müraciət edir və bu çağırışla (zənglə) nə etməlidir sualı ilə müraciət edir. SCP qovşağı ilkin verilənlər bazası əsasında təyin edir ki, bu nömrə reklam agentinin nömrəsidir və əvvəlcədən icazə verilən nömrələrin içində bu nömrə mövcud deyildir. SCP qovşağı bu halda SSP qovşağına təlimat göndərir ki, yazılan bu məlumat yenidən təkrar edilsin. Bundan sonra isə reklam agenti “Sizin soruşduğunuz nömrəyə qoşulmaq mümkün deyildir və bir azdan zəng edin” cavabını göndərir. Kompüter texnologiyası əsasında kommutasiya sistemlərinə qoşulmuş abunəçilərə, yeni – yeni xidmətləri təklif etməyə imkan verir. Bununla bərabər telefon şəbəkəsinin ixtiyari abunəçisinə bəzi xidmət növlərini təqdim edilə bilir. Lakin bu halda şəbəkə xidməti ərazisində proqramla idarə olunmanı tələb edir. Beləliklə məlum olur ki, intellektual şəbəkə müəyyən mənada kompüter telefonunun müstəqil bir sahəsidir və bu şəbəkə xidmətlərin təşkili ilə məşğul olur. Ümumiyyətlə, intellektual şəbəkə ayrı-ayrı ATS-lərdə qurulan fərdi SSP (xidmətlərin kommutasiya qovşağı) və qovşaq səviyyəsində qurulan ümumi SCP (xidmətlərin idarəolunma qovşağı) qovşağından ibarətdir. Son SSP qovşağına həm çağırılan stansiyasının daimi abunəçiləri həm də daimi olmayan istifadəçilər qoşula bilər. İntellektual şəbəkədə xidmətlərin kommutasiyasını təşkil etmək üçün 7 saylı siqnallaşma sistemin istifadə edilir Şəkil 3.2 İntellektual şəbəkənin struktur sxemi təsvir edilmişdir. İntellektual şəbəkə konsepsiyasını təklif edən istehsalçılarının fikrinə görə intellektual şəbəkənin təşkili üçün məsələ belə qoyulmuşdur:
Şəkil 3.2 İntellektual şəbəkədə xidmətlərin kommutasiyası sxemi
• o, xidmətlərdən asılı deyildir ;
• o, səbəkə strukturundan asılı deyildir;
• o, avadanlıq istehsalçılarından asılı deyildir
SS7 sistemi əsasında işləyən və paket sellərinə xidmət edən intellektual şəbəkə diskret məlumat şəbəkəsi olub, məntiqi olaraq danışıq kanallarından asılı deyildir. Bu xüsusi siqnallaşma şəbəkə modeli olub danışıq kanallı şəbəkələrdən siqnallaşma aparaturası ilə ayrılır. Bu şəbəkənin qovşaqları SP(Siqnalinq Point “Siqnallaşma məntəqəsi”) onları birləşdiriən xətlər isə SL (Siqnalinq Link “siqnallaşma manqası”) adlanır. Şəbəkənin etibarlılığını yüksəltmək üçün avadanlıqlar ehtiyat komplektlərə malik formada hazırlanır. İki siqnallaşma manqası arasında ən azı bir-biri ilə kəsişməyən iki müstəqil rabitə marşrutu fəaliyyət göstərməlidir. SS7 protokolu əsasında fəaliyyət ğöstərən ümumi kanal siqnallaşma şəbəkəsində( ÜKS ) intellektual xidmətlərin təminatı üçün aşağıdakı qovşaq tipləri tətbiq edilir:
. Tranzit siqnallaşma STP (Siqnalinq transfer point) qovşağı. Bu şəbəkə elementi ilə digər siqnallaşma qovşaqları arasında paketlərin marşrutlaşdırılması prosesini təmin edilir.
. Xidmətləri kommutasiya edən SSP (Service Switchinq point) qovşağı. SSP mahiyyətcə proqramla idarə edilən ATS deməkdir.
. İntellektual periferiya qovşağı İP (İntelliqent peripheral). İP qovşağı ancaq danışıq növlü kanalların kommutasiyasına cavabdehdir. IN şəbəkəsi isə abunəçi ilə interaktiv dialoqu təmin edir.Bu qovşaq səs növlü komandaları təkrar edir, telefonun nömrəyığanından daxil olan DTMF (iki tonallı siqnallaşma sistemi) siqnallaşma selini qəbul edir və ya nömrəni tanıyır. IP modulu SSP-nin tərkibində ayrıca avadanlıq formasında fəaliyyət göstərə bilir.
. Xidmətləri idarə edən SCP (Service control point) qovşağı.
SCP qovşağı mahiyyətcə xidmətlərinin yerinə yetirilməsində istifadə edilən proqram məntiq əməliyyatlatını yerinə yetirən kompüter avadanlığıdır. SCP qovşağınin idarə etdiyi SSP qovşağı və İP –dən ATS –dən 1000 kilometrlərlə uzaqda ola bilər. SCP qovşağı SSP qovşaqlarına ya birbaşa şəbəkədən və ya yüksək veriliş sürətli optik tipli kanalların köməyi ilə komandalar göndərir. Sonuncu halda AD (adjunct) adlanır. SSP və SCP funksiyaları vahid SSCP qovşağı tərəfindən yerinə yerinə yetirilir ( ingilis dilində bu proses setvise switchind and control point adlanır).
. Xidmətlər üçün verilənləri qoruyan SDP (Servıca data point)qovşağı. SDP qovşağı mahiyyətcə ilkin verilənlər bazası olub müxtəlif xidmətləri təşkil etmək üçün şəbəkənin digər qovşaqları tərəfindən istifadə edilir. Məsələn, ilkin verilənlər bazası əsasında “800” servisindən istifadə edən abunəçilərin(istifadəçilərin) fərdi hesab nömrəsi üçün marşrutlaşdırma istiqamətlərini yadda saxlaya bilər.
. Xidmətlərin yaradılma SCEP (Service Switchinq credtion envıronment point) qovşağı. SCEP qovşağı kompüter olub xidmətləri təşkil edən mühüt vəzifəsini yerinə yetirən SCE (Servicecreation cnvironment) proqramlı kompüterdir. SCE qovşağı xidmətləri istismara verməmişdən əvvəl onları proqramlarla təmin edən, modernləşdirən və testləşdirən vasitədir. Servislər standartlaşdırılmış iniversal servis bloklarından SİB (service-inderendend blok) istifadə edilir SS7 sistemi intellektual şəbəkənin qovşaqları arasında qarşılıqlı rabitə yaratmaq üçün protokollar toplusuna malikdir. Belə ki, nəqliyyat səviyyəsində birləşmə mühiti yaratmaq üçün baza protokolları MTP (Messaqe transfer pact) və SCCP (Siqnalinq Connection Control Pact) adlanır. Çağırış (zəng) siqnallaşma sellərini idarə edən protokol ISUP (İSDN Ucer Pact) adlanıtr. Uzaq yük mənbələrindən daxil olan çağırış sellərini idarə edən protokol TCAP (Transaction Capabilities Application Pact) adlanır. Məhz bu protokolların köməyi ilə SCP qovşaqları (kompüterləri) uzaqlarda yerləşmiş SSP (ATS-i), onların “İntellektul periferiya”-nı idarə edir və verilənlər bazası (SDP) ilə əlaqəyə girir. SCP, SMP və SCEP arasında qarşılıqlı əlaqə yaradan protokollar hələlik işlənilməmişdir, çünki bu məqsədlə hələlik müstəqil sürətdə TCP/İP və X.25 tövsiyyələri (ptotokolları) istifadə edilir .
. Xidmətlərin idarə olunması qovşağı SMP (Service manaqement point) qovşağı. SMP qovşağı operator konsolu olub, vəzifəsi servislərin parametrlərini və şəbəkənin konfiqurasiyasını idarə etməkdir.
|