İntellektual Callinq xidməti




Download 1.13 Mb.
bet30/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   26   27   28   29   30   31   32   33   ...   51
3.8 İntellektual Callinq xidməti

İntellektual xidmətlər ailəsində Prepaid Callinq xidməti daha çox maraq kəsb edir. Bu məsələnin mahiyyətini araşdıraq. Məlumdur ki, ənənvi rabitə xidmətlərində xidmət haqqı kredit üsulla ödənilir, yəni əvvəlcə xidmət göstərilir. Sonra isə (ayda bir dəfə abunə haqqı ödənilir) xidmət haqqı üçün abunəçiyə hesab vərəqi göndərilir. Abunə haqqının kredit üsulla ödənilməsi kompaniya – operatorlar üçün bir çox problemlər yaradır. Bunlardan birincisi isə vaxtında aylıq abunə haqqının yığılması prosesidir. Ona görə də provayderlər çox vaxt özlərini bu növ hadisələrdən, abunəçilərdən əvvəlcədən avans almaqla sığortalayırlar. Lakin heç kim abunəçiyə böyük həcmdə pul vəsaitini ödəməyi qadağan etmir və ya abunəçi əvvəlcədən ödənilmiş haqq səviyyəsindən danışandan sonra kompaniya ilə müqaviləni pozur. Bu isə kifayət qədər geniş yayılmış praktika olduğu üçün telekommunikasiya kompaniyaları məcburən böyük sayda işçi ştatını saxlamağa vadar edir. Eyni hadisə nəticəsində bir çox özəl rabitə operatorları fərdi istifadəçilərə xidmət göstərməkdən imtina edir. Ona görə də Prepaid Callinq xidmət növündə abunəçilərlə xidmət haqqının ödənilməsində əvvəlcədən danışıq haqqının müəyyən bir hissəsinin (avans ödənilmə üsulu) ödənilməsi nəzərdə tutulur. Prepaid sözünün mənası da dinamik sürətdə hesabların silinməsi deməkdir. Beləliklə istifadəçi operatorun hesabına əvvəlcədən avans kimi müəyyən qədər pul vəsaiti köçürtməklə, o xidmətlərə ya fərdi ya da qrup porolu ilə qoşulma imkanı (şansı) qazanır. Prepaid Callinq xidmət operatoru yanında qurulmuş xüsusi aparat və proqram təminatl ilə avtomatik üsulla abunəçinin pul balansını yoxlayır və əvvəlcədən ödədiyi vəsaitdən çox xidmət göstərməyə imkan vermir. Baxılan halda abunəçi Prepaid Callinq xidmətini şəhər telefon şəbəkəsinin istənilən nömrəsi ilə əldə edə bilər (yəni abunəçinin birbaşa qovşağa çıxışı vacib deyildir). Beləliklə operaor ixtiyari abunəçiyə Prepaid Callinq xidmətini təqdim etməklə abunə haqqının ödənilmə prosesindən daha ehtiyat etmir, çünki onun əhatə dairəsi bu operatorun şəbəkəsinə birbaşa qoşulan abunəçilərin sayı ilə məhdudlanmır. Abunəçi isə öz növbəsində rabitə xətti ilə ona yaxın keyfiyyəti, tarif modelini və əlavə servislərdən istifadə edir.

Prepaid Callinq xidmətləri üçün fiziki olaraq müəyyən nominallı Prepaid Callinq Capr adlanan plastik maqnit kartları istifadə edilir. Həmin kartlar abunəçiyə lazım olan bütün informasiyanı yaddaışında saxlayır (operatorun loqotipi, kartın inikal nömrəsi- pin nömrəsi və s.). Bu kartlar bir dəfəli və çox dəfəli formada hazırlana bilər.

Prepaid Callinq xidmətini göstərmək üçün operator standart ATS-lər tərəfindən mümkün olmayan aşağıdakı əməliyyatları təmin etməlidir:

• Abunəçi ilə danışıq üsulu ilə mübadilə (çoxsəviyyəli səs menyusu);

• Müxtəlif kateqoriyalı parollarla abunəçinin tanınması (fərdi, qrup, güzəşt kartı bərpa edilən və s.);

• Danışıq prosesində dinamik sürətdə əvvəlcədən ödənilmiş pul vəsaitinin silinməsi;

• Xüsusi verilənlər bazasının daxil edilməsi.

Bu əməliyyatlar xüsusi aparat və proqram təminatı ilə həyata keçirilir. Ümumi halda Prepaid Callinq xidmətinin alqoritmi belədir:

– Prepaid Callinq abunəçisi şəbəkənin ümumi istifadəli ixtiyari nömrəsi ilə bu xidmətə qoşulmaq üçün operator tərəfindən ayrılmış nömrəyə zəng edir;

– ATS operatoru ayrılmış nömrələrə qoşulması üçün göndərilən giriş çağırışlarını marşrutlayır və onları analoq və ya rəqəm kanalları ilə ATS-ə qoşulmuş Call Routinq sisteminə qoşur;

– Sistem tərəfindən verilən mexaniki səs əsasında abunəçi parolu daxil edib xidmətə sifariş verir. Sistem avtomatik olaraq verilən bazası əsasında bu parolun olmasını yoxlayır, onun pul vəsaitini, məbləğini sayır və seçilən istifadəyə qoşulmaq üçün onun kifayət etməsini (etməməsini) yoxlayır. Əgər bu şərtlər ödənilərsə Call Routinq sistemi birləşməni təşkil edir.

– Danışıq prosesi vaxtı abunəçinin hesabından pul vəsaiti dinamik olaraq silinir və bu qiymət sıfıra bərabər olan kimi abunəçiyə (istifadəçiyə) mexaniki səslə xəbərdarlıq edildikdən sonra birləşmə avtomatik olaraq pozulur və bu parolla hesab bərpa edilənə qədər xidmətlərə birləşmə bərpa edilmir;

– Bu xidməti tələb edən abunəçi (istifadəçi) xüsusi imkanlı telefon aparatı ilə təmin edilməlidir (məsələn, SİP telefonu).





Download 1.13 Mb.
1   ...   26   27   28   29   30   31   32   33   ...   51




Download 1.13 Mb.