İntellektual şəbəkədə tətbiq edilən protokolun arxitekturası




Download 1.13 Mb.
bet32/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   51
3.10 İntellektual şəbəkədə tətbiq edilən protokolun arxitekturası

İntellektual şəbəkə arxitekturası INAP adlı protokolla həyata keçirilir. Bu məqsədlə rəqəm şəbəkəsinin əsas elementlərindən biri olan və ITU-T-tərəfindən standartlaşdırılmış 7 saylı siqnallaşma sisteminin (Siqnallinq Sustem N0.7) protokolundan istifadə edilir. Bu sistem Beynəlxalq Telekommunikasiya İttifaqının (ITU-T) Q.700 saylı seriyasının tövsiyyəsinə uyğun hazırlanmışdır. İntellektual şəbəkə interfeysində və protokolunda istifadə edilən siqnallaşma protokolu haqqında aşağıdakıları söyləmək olar.



7 saylı standartlaşdırılmış siqnallaşma protokolu beynəlxalq səviyyədə ümumi məqsədli sistem olub, müxtəlif şəbəkə tiplərindən daxil olan müxtəlif təyinatlı siqnallaşma sellərinə xidmət etmək üçün nəzərdə tutulmuşdur. Sistemin veriliş sürəti ümumi halda 64Kbit/san. olub rəqəm tipli kanallar üçün optimallaşdırılmışdır. Bu sistem mahiyyət etibarı ilə paket kommutasiyalı xüsusiləşdirilmiş diskret məlumat verilişli sistem olub universal arxitekturaya malikdir. Onun protokolunun informasiyalı dəyişən sahəsinin uzunluğu əvvələr 56-560 bit (7- 70 bayt), lakin təkmilləşdirilmə işləırindən sonta isə 274 bayta çatdırılmışdır. Birləşmə və birləşmələrin pozulması proseslərindən başqa, o kommutasiya stansiyaları ilə xüsusi rabitə qovşaqları arasında verilənlər selinin ötürülməsi üçün nəzərdə tutulmuşdur. SS7 sistemi bütün tipdən olan rəqəm sistemli şəbəkələrdə (yerli telefon şəbəkəsi PSTN, genişzolaqlı N(B)- ISDN, diskret veriliş şəbəkəsi PLMN və IN intellektual şəbəkələr) tətbiq edilir. Onun yerli şəbəkələrdə tətbiqi intellektual və GSM standartlı şanvari modelli hərəkətli rabitə şəbəkələrinin fəaliyyəti üçün böyük imkanlar yaratmışdır. SS7 sisteminin arxitekturası və onun 7 səviyyəli açıq sistemlər modeli ilə müqayisəsi şəkildə təsvir dilmişdir.

Şəkil 3.3 7saylı siqnallaşma sisteminin arxitekturası





Download 1.13 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual şəbəkədə tətbiq edilən protokolun arxitekturası

Download 1.13 Mb.