İntellektual şəbəkənin tətbiqi protokolu




Download 1.13 Mb.
bet33/51
Sana16.06.2021
Hajmi1.13 Mb.
#15072
TuriMühazirə
1   ...   29   30   31   32   33   34   35   36   ...   51
3.11 İntellektual şəbəkənin tətbiqi protokolu

INAP adlı protokolunun arxitekturası ITU-T-nin Q.1218 saylı tövsiyyəsinə əsaslanır. Bu tövsiyyədə protokolun iki əsas variantına baxılır. A adlanan variantda bir-biri ilə qarşılıqlı əlaqədə olan çoxlu sayda qarşılıqlı sürətdə öz aralarında koordinasiya edilən tətbiqi proseslər nəzərdən keçirilmişdir . B adlanan variantda müstəqil fəaliyyət göstərən tətbiqi prosesin digər proseslərlə əlaqəsinə baxılmişdir.

Mərkəzləşdirilmiş 7 saylı siqnallaşma sistemi (ÜKS-7) müxtəlif təyinatlı şəbəkələri (PSTN, ISDN, MAP, PLMN, IN) kökləmək üçün istifadə edilən telefon protokollar ailəsindən ibarətdir. Bu sistem adi halda ümumikanal siqnallaşma sistemi adlandırılır, lakin Avropada ona SS7 (ingiliscə Siqnalinq System # 7), Simali Amerikada CCS7 (ingilis dilində Common Channel Siqlinq System) kimi adlandırırlar. Bəzi Avropa ölkələrində məsələn Böyük Britaniyada C7 (CCITT nömrə 7) və ya nömrə (ITT-M görə) Almaniyada onu № 7 və ya alman dilində Siqnalisie Zonqssystem Nommer 7 kimi deyilir. ÜKS-7-nin protokolları 1975-ci ildə AT&T kompaniyası tərəfindən Q.7 xx seriyalı tövsiyyələr formasında qəbul edilmişdir. Bunu etməkdə məqsəd SS5, SS6 və R2 siqnallaşma sistemlərini daha mütərəqqi mərkəzləşdirilmiş siqnallaşma sistemləri ilə əvəz etmək olmuşdur.

Beləlıiklə, ÜKS 7 əvvəl istifadə edilən ÜKS-6, ÜKS-5 və R2 siqnallaşma sistemlərinin əvəz etmək üçün nəzərdə tutulmuşdur. ÜKS-5 və daha əvvəlki tövsiyyələrdə paylanmış siqnallaşma sistemləri istifadə edilmişdir. Bu halda birləşmə prosesi üçün istifadə edilən siqnallar toplusu DTMF adlı iki tonallı siqnalları yaradıb telefon xəttinə verilirdi (bu sistem B kanal kimi məhşurdur). DTMF siqnallaşma sistemində tətbiq edilən protokollarda təhlükəsizlik məsələsi nəzərə alınmamışdır, çünki telefon oğrusu özünün abunəçi qurğusu ilə bu növ xidməti siqnallarını emulyasiya edə bilirdi.

ÜKS 7 sistemində siqnallaşma selləri müstəqil siqnallaşma kanalı ilə paket rejimində xidmət edilir. Bu isə təhlükəsizlik məsələsində özünü doğruldurdu, çünki abunəçi siqnallaşma kanalına qoşulmaq imkanına malik idi. ÜKS-6 və ÜKS-7 də paket siqnallaşma sistemi(ingilis dilində Common Channel Siqnalinq ) adlanırdı, çünkü burada danışıq və siqnallaşma kanalları sərt sürətdə biri-birindən ayrılır . Beləliklə protokolun köməyi ilə xidmət edilən kanalların sayı artırılırdı, üstəlik daha çoxlu sayda digər informasiya paket sellərinə xidmət etmək imkanı çoxalırdı.

ÜKS-7 universal struktura malik olmaqla yanaşı, siqnallaşma sellərinə şəbəkə ilə qarşılıqlı rabitə və telefon şəbəkəsinin texniki xidmətinin təşkilinə imkan verirdi. Bu protokolla birləşmədən başlamış diskret məlumat selləri ilə informasiya mübadiləsi, zəng (çağırış) sellərinin marşrutlaşdırılması, billinq xidmətindən istifadə edilməsi və nəhayət intellektual xidmətlərin təşkilində çox böyük nailiyyətlər əldə edildi. ÜKS-7 sisteminin çevikliyini artırmaq üçün intellektual telefon şəbəkələrində həyata keçirilən servis səviyyələrinin bölünməsi konsepsiyası yaradılmışdır. İntellektual şəbəkədə təklif edilən servislər bu ilkin olaraq telefon nömrəsinin çevrilməsi xidməti deməkdir. Məsələn, pulsuz nömrə ümumi istifadəli telefon nömrəsinə çevrilməsi xidmətini göstərmək olar (xarcdə buna Toll Fri xidməti deyilir). Digər xidmət növləri, məsələn çağıran abunəçinin nömrəsinin təyin edilməsi, nömrəyə çıxışın və ya giriçin bağlanması, çağırışın avtomatik üsulla digər nömrəyə yönəldilməsi, konfrans-rabitə, qiyməti əvvəlcədən ödənilən zəng və s. göstərmək olar. Ümumiyyətlə, müxtəlif avadanlıq istehsalçıları müxtəlif xidmətlər toplusu təklif edir.

ÜKS-7 sistemində danışıq və siqnallaşma xətt dəstələri bir-birindən ayrılır. və onlardan ötrü müstəqil danışıq və siqnallaşma(xidməti) kanallar ayrılır.

ÜKS-7 bir neçə birləşmə tipindən (A, B, C, E və F) ibarətdir. ÜKS şəbəkəsində üç qovşaqdan istifadə edilir.

• SSP qovşağı – xidmətlərin kommutasiya qovşağı;

• SCP qovşağı – xidmətlərin idrəolunma qovşağı;

• STP qovşağı – siqnallaşma sellərini ötürən tranzit qovşaq.

Burada ixtiyari qovşaq ÜKS-7 şəbəkəsi ilə Pin koda görə identifikasiya (qeydiyyat) edilir. Əlavə servislər verilən bazanın interfeysləri ilə SCP səviyyəsində X.25 protokolu ilə təqdim edilir. Qovşaqlararası E1 tipli traktla verilən siqnallaşma paket selinin veriliş sürəti 56Kbit/san. və ya 64Kbit/saniyədir. Avropada E1 traktı daxilində TS16 Taymslot istifadə edilir. ABŞ-da müstəqil siqnallaşma şəbəkəsi ilə siqnallaşma selləri translyasiya edilir (ingilis dilində non-accola Ted Siqnalinq) ABŞ-dan fərqli olaraq Avropada siqnallaşma kanalları ilə yanaşı danışıq kanalları da istifadə edilir.

ÜKS-7 sistemi ASM modelindən səviyyələrinə görə fərqlənir və 4 səviyyəsi vardır. Burada 1,2,3-cü səviyyələr 7 səviyyəli ASM ilə eynilik təşkil etsə də, 4-cü səviyyə onun 7-ci səviyyəyə uyğun gəlir və istifadəçinin son terminalının nömrəsini göstərir. 4-cü səviyyə bir neçə alt səviyyəsinə malikdir. Məsələn Telephone USPR Part (TUP), ISDN USEP Part (ISUP), Transaction Capabilitses Application part (TCAP) və Sıqnalinq Connection and Control part (SCCP). Adı çəkilən alt səviyyələr uyğun olaraq MTP (ingilis dilində Meccaqe Transfer part), MTP2 və MTP3 adlanır.

MTP nəqliyyat səviyyəsindəki protokoları təsvir edir və bura şəbəkə interfeysləri, verilənlər seli ilə mübadilə, məlumat selinin emalı və onların yuxarı səviyyələrə marşrutlaşdırılması prosesində iştirak edir.

SCCP 4-cü səviyyənin digər protokollarının alt səviyyəsi MTP 3 ilə birlikdə Network Service part (NSP) adlanır. NSP-nin köməyi ilə birləşmə yaratmadan (UDT) ünvanlaşma və marşrutlaşdırma həcminin 4-cü səviyyənin digər hissələri üçün servisləri idarəolunma vəzifəsini yerinə yetirir.

ÜKS-7-nin əsas protokolu USUP adlanır. Onun köməyi ilə zəng çalanda birləşmə, qoşma və birləşmənin sona çatmasından ötrü tələb edilən kanalları yaratmaq üçün istifadə edilənTCAP protokolu istifadə edilir. TCAP-adlı protokol əsasında verilənlər bazasına qoşulmaq üçün sorğu yaranır və şəbəkənin imkanlarının genişləndirilməsi təmin edilir. Həmçinin bundan intellektual (INAP) və mobil (MAP) rabitə yaratmaq üçün əlaqələndirici protokol kimi də istifadə edilir.





Download 1.13 Mb.
1   ...   29   30   31   32   33   34   35   36   ...   51




Download 1.13 Mb.

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



İntellektual şəbəkənin tətbiqi protokolu

Download 1.13 Mb.