3.12 İntellektual şəbəkənin interfeysləri
Q.1215 saylı tövsiyyədə şəbəkənin fiziki obyektləri arasındakı əsas interfeyslərin toplusu təyin edilmişdir. Həmin interfeyslər bunlardır:
SCP . . . . . .. . . SSP AD . . . . . . . . . . . . . . . . IP
AD . . . . . . . . . SSP SCP . . . . . . . . . . . . .. . . SDP
IP . . . . . . . . . . SSP
SN . . . . . . . .. . SSP
SCP-SSP, SCP-IP və SCI-SDP interfeysləri SS7 saylı protokolun köməyi həyata keçirilir. AD-SSP və AD-IP interfeysləri yuxarı səviyyədə TCAP, aşağı səviyyədə isə hələlik dəqiq edilməmiş qalmışdır və bu səviyyədə analoji qayda ilə MTP və SCCP (məsələn X.25 saylı protokol) istifadə edilə bilər. IP-SSP və SN-SSP interfeysləri kimi çox güman ki, genişzolaqlı şəbəkənin 2B+D tipli baza protokolu tətbiq edilə bilər. Adətən istifadəçilər üçün baza interfeysindən istifadə edilir. Siqnallaşma sellərinə xidmət etmək üçün ya standart analoq vasitələri ya D kanalı ilə genişzolaqlı siqnallaşma kanalından istifadə edilir.
|