I –ci semester.
AVTOMOBIL NƏQLİYYAT VASİTƏLƏRİNİN KONSTRUKSİYASI VƏ NƏZƏRİYYISİ.
I Hissə.
AVTOMOBİL MÜHƏRRİKLƏRİNİN KONSRTUKSİYASI HAQQINDA ÜMUMİ MƏLUMAT.
Daxili yanma mühərriklərinin ümumi quruluşu və iş prinsipi. Avtomobillərdə güc
qurğusu kimi əsasən daxili yanma mühərrikləri istifadə olunur. Porşenli mühərriklərdə
yanacağın yanması zamanı qazların porşenin irəli-geri hərəkəti dirsəkli valın fırlanma
hırəkətinə çevirlir.Konstruksiyasına görə.Porşenli və rotorlu. Yanıcı qarışığın hazırlanma
üsuluna görə.xarici yanıcaq qarışdırma və daxili yanacaq qarışdırma. Işci qarışığın
alışdırılma üsuluna görə.məcburi alışdırma və özüalışan. Istifadə olunan yanacağın
növünə görə.benzin,dizel və qaz mühərrikləri mövcuddur.
Benzin-mühərrikləri—duru
yanacaqla (benzin) işləyir və məcburi alışdırmalıdır Benzin mühərriklərinin karbüratorlu
və püskürmə (injector) tipləti var.Karbüratorlu mühərriklərdə yanacaq karbüraror
adlanan xüsusi qurğuda hava ilə qarışdırılaraq silindrlərə verir.Benzin püskürmə
mühərriklərində yanacaq giriş kollektoruna və ya birbaşa silindrin daxilinə püskürülür.
Dizel mühərrikləri – maye yanacaqla
(dizel yanacağı) işləyir və hava ilə qarışma
silindrin daxilində baş verir,sıxılma nəticəsində bu qarışıq özü alışır.Yanacaq verilişi
forsunka vasitəsi ilə
püskürməklə həyata keçirilir.
Qaz mühərrikləri – mayeləşmiş
və sıxılmış qazla işləyir.Mayeləşmiş qaz propan -butan qarşığından, sıxılmış qaz isə
əsasən təbii metan qazından ibarətdir. Mayeləşmiş qaz neft emalı zavodlarında neftin
emalı prosesində alınır.Qaz mühərrikin silindrlərinə verilməzdən
qabaq qaz
qarışdırıcısında hava ilə qarışdırılır.İş prinsipinə görə belə mühərriklər karbüratorlu
və ya benzin püskürmə mühərriklərinə oxşardır. Qaz –dizel rejimində işləyən
mühərriklər də mövcuddur. Daxili yanma mühərriki işlədikdə istifadə
olunan
yanacağın enerjisinin yalnız bir hissəsi səmərəli işə çevrilir ,qalan hissə ətraf
mühitin “qızdırılmasına” sərf olunur. Hazırda buraxılan mühərriklərin faydalı iş
əmsalı 40 -50 % təşkil edir. Daxili yanma mühərriklərinin f.i.ə.-nın artırılması
sahəsində son zamanlar çox ciddi tədqiqatlar aparılır və yaxşı nailiyyətlər əldə
edilib.bu iş hazırda da davam etdirilir.