uğrayır, belə mühərriklərdə balansir istifadəsinə ciddi ehtiyac olmur.
Qazpylaama-mexanizmi.
Qazpaylama mexanizmi-vəzifəsi mühərrikin silindrlərində gedən işçi prosesə uyğun-
olaraq-silindrlərə-yanıcı-qarışığı(karbüratorlu və bir nöqtəli püskürmə sistemli benzin
mühərriklərində) və ya havanı (dizel və birbaşa püskürmə sistemli benzin
mühərriklərində) vaxtında buraxmaq və işlənmiş qazları xaric etməkdir.Avt-bil
mühərriklərində
əsasən
klapanlı
qazpaylama-mexanizmlərindən(QPM)istifadə-
edilir.Qazpaylama mexanizminə aşağıdakılar aiddir----paylayıcı val.Linglər.yaylarla
birlikdə daxilolma və xaricetmə klapanlatı. Klapanların vəzifəsi qaz mübadiləsi
zamanı daxilolma və xaricetmə yuvalarını acmaq, sıxma-genişlənmə taktlarında
isə bağlamaqdır.Klapanlar yüksək termik yüklənməyə məruz qalır.Daxilolma klapanı,
silindrə daxil olan hava ilə soyudulmasına baxmayaraq 500
0
C-yə qədər qızır.
Xaricetmə klapanı işlənmiş qazlarla qızdığı üçün onun temprtaturu 800
0
C-yə qədər
çatır. Klapan nimçə 3 və mildən 6(şə kil 2.24) ibarətdir.
Nimçədə konik kəmərcik hazırlanır. Klapan bağlandıqda bu səth güclü yaylar vasitəsi
ilə silindrin başlığındakı konik saxlayir sıxılır.Silindrlərin lazımi kipliyini təmin etmək
üçün konik səthlər bir-birinə dəqiq sürtülüb uyğunlaşdırılır. Silindrin dolmasını
yaxşılaşdırmaq üçün, adətən, daxilolma klapanlarının ölçüsü xaricetmə klapanlarından
böyük götürülür. Hazırda mühərriklərin əksəriyyətində çox klapanlı sistem istifadə
edilir, silindrlərdə bir-üç daxilolma və bir-iki xaricetmə klapanı yerləşdirilir. Daxilolma və
xaricetmədə enerji itkilərini azaltmağa, mühırrikin daha yaxşı dolmasına və tez
boşalmasına imkan verir,xaric qazlarının zəhərliliyinin azalmasına müsbət təsir göstərir.
Xaricetmə klapanı daha gərgin istilik şəraitində işlədiyi üçün o,adətən,bimetalik (iki
metal ərintisindən) hazırlanır. Mühərrik işlədikdə klapanın daxilində olan doldurucu
metal,natrium əriyir. Ərimiş natrium istiliyi nimçədən milə istiqamətləndirir. İstilik
mildən silindrlər blokunun başlığına ötürülür və klapanın daha yaxşı soyuması
təmin edilir. Klapan milinin sonunda çağanları fiksə etmək üçün xüsusi oyuqlar,bir
və ya bir neçə dairəvi qanovcuqlar hazırlanır.Klapan yayından ötürülən qüvvənin təsiri
ilə çağanlar klapan milində olan oyuqlara və ya dairəvi qanovcuqlara sıxılır.Silindrlər
blokunun başlığında klapanın yəhəri (şəkil 2.25)elə yonulur və ya cilalanır ki,klapan
nimçəsi ilə kontakt səthinin eni 1.5-2.0mm etsin. Yəhər bir başa silindrlər blokunun 1
yonulur və ya ayrı detal kimi hazırlanar. preslənir.Bu yumruqcuqlar paylayıcı valın
fırlanması zamanı silindrlərdə porşenlərin vaxtında və əlaqəli hərəkətini və
klapanların açılıb-bağlanmasını təmin edir .Qazpaylama mexanizminin intiqalı- həm
lazımı hava (və ya yanacaq-hava qarışığı) kənarlaşdırılmasının başlanğıcını və
davamiyyətini təmin edir.QPM-nin intiqallarının bir neçə tipi var. Dişli çarxlı,zəncirlı
və dişli qayışlı.Müasir avt-rdə zəncirlərin normal işləməsi üçün o, çox halda
mühərrikin yağlama sistemindəki təzyiqdən istifadə edən hidravlik tarımlayıcının
köməyi ilə dartılır.Titrəyişlərin və səs-küyün azaldılması üçün zəncirin sakitləşdiricisi
istifadə edilir.Liflərlə armaturlaşdırılmış dişli qayış intiqalı (şəkil 2.29), demək olar ki,
səssiz işləyir. Dişli qayışın materialı yağlar və soyuducu maye ilə kontaktda olmaq
üçün nəzərdə tutulmayıb.Mühərrik elə konstruksiya edilir ki,qayış yağlardan və soyuducu
mayedən iziolyasi olunsun.Əgər vizual müşahidə qayışın arxa tərəfində çatların
olmasını və ya dişlərin olmamasını dağılmasını müəyyən edərsə, nəzərdə tutulmuş
dəyişmə anı hələ çatmasa belə qayışı dəyişmək lazımdır. Müasir avt-rdə dişlərinin
profili müxtəlif formalı olan qayışlar istifadə edilir(şəkil 2.30).
Yeni qayış yerləşdirdikdə onun dişlərinin profilinin dişli qasnaqların profili ilə eyni
olduğuna əmin olmaq lazımdır.İTƏLƏYİCİ.--- İtələyicinin əsas vəzifəsi
yumruqcuqdan klapana oxboyu qüvvəni ötürməkdir. Mühərrikin kohstruksiyasından asılı
olaraq o, qüvvəni birbaşa özü ötürür və ya ötürmə klapan lingi və ya ştanq – çiyinli
ling ilə baş verir. İtələyicinin digər vəzifəsi yumruqcuqdan yan qüvvəni qəbul
etməkdir( yəni klapan bu ya qevvədən ”qorumaqdır”). Mexaniki(sadə) hidravlik
itələyicilər mövcuddur.Klapanın istilik araboşluğu.-Mühərrikin işləyən zamanı
temperaturun artması və hazırlanan materiallarının xüsusiyyətindən asılı olaraq
daxilolma və xaricetmə klapanlarının uzunluqları dəyişir. Bununla bərabər, vaxr
keçdikcə yeyimə nəticəsində klapan intiqalının detallarının ölçüsüdə dəyişir.Buna
görə də, mühərrikin istənilən vəziyyətində və iş rejimində klapanın etibarlı
bağlanmasını təmin ermək üçün klapanın intiqal mexanizmi detalları arasında
araboşluğu nəzərdə tutulur(şəkil 2.31)
Bir qayda olaraq soyuq mühərrikdə araboşluğu qızıdırılmış mühərrikdəkindən
çoxdur.Xaricetmə klapanlarının araboşluğu isə, adətən , daxilolma klapanlarınkından
çoxdur. Bu xaricetmə klapanlarının temperaturunun daha yüksək olması ilə bağlıdır.
|