• Mühərrikin karteri
  • T texniki kolleci




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet4/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   2   3   4   5   6   7   8   9   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    Dirsəkli val-porşen tərəfindən ötürülən qüvvıni sürgüqolu vasitəsi ilə qəbul edib,onu 
    burucu momentlə çevirir və transmissiyaya ötürür.Dirsəkli va isti ştamplama yolu ilə
    xromvanadium və molibdenlə legirlənmiş poladdan və ya yüksək möhkəmlikli qrafitli 
    çuqundan tökmə üsulu ilə hazırlanır.Əksər müasir dirsəkli vallar mexaniki emaldan 
    sonra əlavə möhkəmlənməyə uğradılır.Yastıqların yerləşmə sahəsi (sürgüqolu və əsas 
    boyunları)səthi möhkəmlənməyə uğradılır və cilalanır.Dirsəkli val aşağıdakı hissələrdən
    ibarətdir, əsas boyunlar 5,sürgüqolu boyunları,əks-yüklər 2,yanaqlar 3,flanslı arxa uc
    sonluq.Bütün müasir avt-rin dirsəkli valları tam dayaqlı hazırlanır -yəni,silindrlər
    arasında əsas yastıq olur.Dirsəkli val silindrlərin blokunda dayaqlar üzərində
    yerləşdirilir. Mühərrikin tipi və silindrlərin sayı dirsəkli valın dayaqlarının sayını və 
    formasını müəyyən edir.Əsas boyunlar bir ox üzərində yerləşir.Onlar dirsəkli valın 
    silindrlər blokundakı dayaqlarıdır. Sürgüqolu boyunları sürgüqolunu birləşdirmək
    üçündür,onlar müxtəlif bucaqlar altında yerləşir.Xüsusi deşiklərdən dirsəkli valın 
    sürgüqolu və əsas boyunlarına yağ verilir.Dirsəkli vallar sökülə bilməyən və 
    qərarlaşmış konstruksiyalı olur.Minik avtomobillərində əsasən sökülə bilməyən dirsəkli 
    val istifadə edilir.Fırlanma zamanı mərkəzdənqaçma qüvvələrini tarazlaşdırmaq üçün 
    sürgüqolu boyunun əksi istiqamətdə çıxıntılar olur, bunlar əks-yüklər adlanır.“Tam 


    müvazinətləşmiş” dirsəkli valda sürgüqolu boyunun hər çıxıntısının əks tərəfində əks-
    yük olur. Dirsəkli valın hər iki ucu müxtəlif qurğuların hərəkətə gətirilməsi üçün
    xüsusi əhəmiyyətlidir.Arxa ucluqda nazimçarx yerləşdirilir.Ön ucdan qazpaylama 
    mexanizmi,yağ nasosu ,pompa,generator ,hidrogücləndiricinin nasosu, kondisionerin 
    kompressoru vəs.hərəkətə gətirilir (əlbəttə ki,köməkçi aqreqatlar üçün intiqalın 
    başqa variantları da mümkündür).Nazimçarx -–dirsəkli valın səlis fırlanmasını, 
    çarxqolu –sürgüqolu mexanizminin detallarının ölü nöqtələrindən çıxarılmasını 
    ,mühərrikin işə salınmasının asanlaşdırılmasını və avt-bilin yerindən səlis tərpənməsini 
    təmin etmək üçün istifadə edilir. Nazimçarx böyük kütləli balanslaşdırılmış diskdir.İşçi
    gediş ərzind porşen sürgüqolu və çarxqolu vasitəsilə dirsəkli valı fırladır və o da öz 
    növbəsində ehtiyat ətalət qüvvəsini nazimçarxa ötürür. Nazimçarxın kütləsində
    toplanan ətalət ona tərs istiqamətdə -dirsəkli val ,sürgüqolu və porşen vasitəsi ilə 
    mühərrikin iş siklinin köməkçi taktlarını yerinə yetirməyə imkan verir.Porşen
    nazimçarxın verdiyi enerji hesabına yuxarı (xaricetmə və sıxma taktlarında ) və
    aşağı (daxilolma taktı) hərəkət edir. Mühərrikdə müəyyən ardıcıllıqla işləyən bir
    neçə silindr olarsa,bu halda bir silindrdəki köməkçi takt digər silindrlərdə yaranan 
    enerji hesabına yerinə yetirilir, əlbəttə ki,nazimçarxda kömək edir.Mühərrikin starterlə 
    işə salınması üçün əksər nazimçarxlarda dişli çənbər yerləşdirilir (gərilmə ilə oturdulur 
    və ya boltlarla birləşdirilir).Burucu moment nazimçarxdan ilişmə muftasına, oradan isə 
    ötürmələr qutusuna ötürülür. Nazimçarx poladdan və ya xüsusi çuqundan hazırlanır. 
    Nazimçarx dirsəkli valla birlikdə toplum halında dinamiki balanlaşdırılır,bu böyük 
    fırlanma tezliklərində titrəyişlərin meydana çıxmasının qarşısını alır. Mühərrikin 
    karteri --iki hissədən –yuxarı və aşağı hissələrdən ibarətdir.Karterin yuxarı hissəsi
    çox vaxt silindrlər bloku ilə birlikdə hazırlanır.Karterin aşağı hissəsində polad altlıq
    birləşdirilir.Altlıq karteri mümkün zədələrdən qoruyyr və mühərrik yağının
    toplanması üçün rezervuar rolunu oynayır.Mühərrikin karterinin altlığı göstərilmişdir. 
    Porşenli mühərrik işlədikdə titrəyişlər yaranır. 


    Müvazinətləşdirilməmiş güclü titrəyişlər mühərrikin detallarının sıradan çıxmasına
    səbəb ola bilər.Mühərrikdə titrəyişlərin yaranmasının səbəbi aşağıdakılardır.
    Porşenin irəli-geri hərəkətinin qeyri-sabit sürətli olması. Sürgüqolunun mürəkkəb 
    trayektoriyalı hərəkəti. Bəzi tərtibatlı mühərriklərdə alışmanın zamanda baş
    verməməsi.Mühərrikin irəli-geri hərəkət edən periodik təsirli ətalət qüvvələri yaradır. 
    Tərtib müvazinətləşməmiş ətalət qüvvə tezliyi müvazinətləşməmiş ətalət qüvvəsi 
    tezliyi dirsəkli valın fırlanma tezliyi ilə.Uyğun olaraq ikinci,üçüncü və digər tərtib 
    qüvvələri dirsəkli valın fırlanma tezliyində ya üç dəfə yüksək tezliklə təsir göstərir. 
    Mühərrik işləyərkən yaranan titrəyişləri kütləli nazimçarx vasitəsi ilə müvazinətləşdirilə 
    bilər.Avt-bilin tərtibatına qoyulan mühərrikdə disbalans yaradan müvazinətləşdirilməsini
    ikinci plana keçir bu halda mühərrikin müvazinətləşdirilmə alternativ üsul kimi
    balansir vallardan oluna bilər. Hesabalamalarda əks-yüklərin kütləsi dəqiq müəyyən 
    olunarsa, onlar müvazinətləşməmiş kütlələrini tam edə bilər. Praktikada əsasən iki
    balansir val. Hazırda böyük litrajlı,bir cərgəli mühərriklərdə balansir vallar geniş 
    istifadə olunur.Silindrlərin sayı çox olduqda balansir konstruksiyası mürəkkəbləşir və 
    onu çətinləşir.Digər tərəfdən çox silindrli az silindrli mühərriklərə nəzərən daha 

    Download 4,76 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish