Mühərriklərin parametrləri
Güc- mühərrikin məhsuldarlığını qiymətləndirmək üçün əsas parametrdir. Mühərrikin
gücü onun lahiyələndirilməsi zamanı hesablanır və praktiki sınaqla, son dəqiqələşmə
ilə müəyyəm olunur.Mühərrikin gücü görülən işin,bu işin görülmə vaxtına
nisbətini bildirir.Mühərrikin gücü at qüvvəsi –a.q. və kilovatla –kVt ölçülür.Xüsusi
(litrlik) güc -mühərrikin işçi həcminin hər litrinə düşən gücüdür,
(kVt/litr).Xüsusi
yanacaq sərfi mühərrikin əldə etdiyi güc və yükləmə rejimi ilə əlaqədar göstəricisidir
və mühərrikin bir saatlıq işi zamanı sərf etdiyi yanacağın kütləsinin, onun effektiv
gücünə nisbəti ilə ölçülür ,
q/(kVt
.
saat).Orta indikator təzyiqi-orta xüsusi gücün
hesablanması və mühərriklərin müqayisəsi üçün istifadə olunur.Orta indikator təzyiqi –
sikl ərzində porşenin bir gedişində qazların işinə bərabər şərti təzyiqdir.
Çarxqolu-sürgüqolu mexanizmi.
Çarxqolu-sürgüqolu mexanizmi vəzifəsi silidrdə yanan qazların təzyiqi qəbul
edib,porşenin irəli –geri hərəkətini dirsəkli valın fırlama hərəkətinə çevirməkdir.Dörd
silindrli mühərrikdə çarxqolu -sürgüqolu mexanizmi aşağıdakı hissələrdən ibarətdir:
karterlə birlikdə silindrlər bloku;silindrlər blokunun başlığı;mühərrikin katerinin
altlığı; porşenlər, üzüklər və porşen barmaqları; sürgüqolular; dirsək val; nazimçarx.
Çarxqolu-sürgüqolu mexanizminin detalları hərəkətlsiz və hərəkətli olmaqla iki
qrupa bölünür.Hərəkətsiz detallara .silindr,silindr başlığı və karter,hərəkətli detallara.
üzüklırə birlikdə porşen, sürgüqolu, dirsəkəsli val və nazimçarx aiddir. Əvvəlki
bölmədə işçi proseslərin aşağı düşülməsi məqsədilə bir silindrli mühərriki
nəzərdən keçirilmişdir.Əksər avtomobildə dörd çox silindrli mühərriklər quraşdırılır.
Silindrlərin sayı on ikiyə çatan variant mövcuddur.Çarxqolu-sürgüqolu mexanizmi
silindrin yerləşməsinə görə mühərrikin tipini müəyyən olub. Mühərriklərdə müxtəlif
tipli çarxqolu-sürgüqolu mexanizmləri istifadə olunur. Bir cərgəli çarxqolu-sürgüqolu
mexanizmləri porşenləri şaquli vəziyyətdə hərəkət edən cərgəli mühərriklər bir cərgəli
şarxqolu-sürgüqolu mexanizm porşenləri bucaq altında hərəkət edən mühərriklərdə
istifadə olunur, mühərrikin ölçüləri hündürlük üzrə məhdudlaşdırıldıqda porşenləri
üfüqi hərəkət edən bir və iki çarxqolu-sürgüqolu mexanizmlərindən olunur.Avt-bil
mühərrikində silindrlətin yerləşmə sxemləri silindrlərin sayından və avt-bilin
tərtibat sxemindən asılı olaraq müxtəlif şəkildə ola bilər.Cərgəli mühərrik(şəkil 2.9,a)-
bütün silindrlərin bir müstəvidə yerləşdiyi tərtibatdır.Silindrlərin sayı az olanda
(2,3,4,5və6)istifadə edilir.
Altı silindrli mühərrik daha asa müvazinətləşdirilir (titrəyişlərin azaldılması), lakin
uzunluğu çox olur.V-şəkilli mühərrik (şəkil 2.9,b)-bu mühərrikdə silindrlər iki
müstəvidə latın əlifbasının V hərfini yaradan şəkildə yerləşdirilir.Bu müstəvilər
arasında bucaq çəplik bucağı adlanır. Belə yerləşmə daha çox altı və səkkiz
silindrli mühərriklər üçün istifadə edilir və uyğun olaraq V6 və V8 kimi işarə edilir.
Belə yerləşmə mühərrikin uzunliğunu azaldır,lakin enini artırır. VR-mühərrik(şəkil
2.9,c)-kiçik çəpliyə malik olur ( təqribən 15
0
), bu isə aqreqatın həm uzunluğunu və
həm də enini azaltmağa imkan verir.Oppozit mühərrik (şəkil2.9,d)-çəplik bucağı 180
0
olan iki cərgəli yerləşmə, müxtəlif cərgələrdə yerləşmiş silindrlərdə hərəkət bir-
birinin əksinə baş verir. Buna görə də bütün tərtibatlar arasında belə mühərrikin
hündürlüyü ən azdır.Şəhər daxili avtobuslarda doşəmənin hündürlüyü azaltmaq
üçün belə yerləşmədən geniş istifadə olunur.W–mühərrikin iki tərtibat variantı olur-
silindrlərin üç cərgədə böyük çəplik bucağı ilə və ya iki VR-tərtibat kimi yerləşməsi.
Silindrlərin sayı hətta çox olduqda belə bu tərtibat yığcamlığı yaxşı təmin edir.
Hazırda seriya ilə W8 и W12 mühərrikləri buraxılır.Silindrlər bloku –yalnız,artıq bizə
məlum olan silindr və porşen qrupu deyil,həmçinin də mühərrikin digər sistemlərini
özündə birləşdirir. O, mühərrikin -içərisində tökmə kanallar ,oyuqlar ,yastıqlar və
tıxaclar olan özülüdür.Həmin silindrlər blokunda dirsəkli val (yastıqlarda) fırlanır.
Blokun daxili boşluqlarında soyutma sisteminin mayesi dövran edir, blokdan,həmçinin
də mühərrikin yağlama sisteminin yağ kanalları keçir. Mühərrikin asılmış
avadanlıqlarının əksəriyyəti silindrlər blokunda montaj olunur.Blokun aşağı hissəsi
karter adlanır.Silindrlər bloku - alüminiumdan və ya çuqundan hazırlanır.
Alüminium blok çuquna nəzərən 2 dəfəyə yüngüldür. Hazırda blokun daha
yüngülləşməsi üçün maqnezium ərintisi istifadə edilməsi barədə işlər görülür.
Silindrlər blokuna çuqun gilizlər yerləşir. Gilizin daxili səthi yüksək dəqiqliklə emalı
və silindrin güzgüsü adlanır. Silindrlər blok aşağı hissəsinə xüsusi materialdan içlik
şəkli hazırlanmış yastıqlar yerləşdirilir. Möhkəm olan polad əsas üzərinə qurğuşun ,
bürünc və digər nadir əlvan metallar hazırlanır. İki cərgəli
V- şəkilli mühərriklərin
silindrləri sağ yarım blokdan başlanır( bu moment götürülən tərəfdən baxdıqda)ş
Mayeli soyutma sistemli mühərriklərdə mühərrikin bloku ikiqat divar yaradır və bu
soyuducu maye doldurulur.Soyududcu maye birbaşa təmasda olan gilizlər “yaş”gil
soyuducu maye ilə birbaşa təmasda olması gilizlər isə “quru” giliz adlanır.“Yaş “ gilizli
blokların təmirini gilizləri dəyişdirməklər sadə yolla aparmaq olar. Beləliklər, silindrlər
blokunun yonulmasına ehtiyac aradan qalxır,təmir porşenlərinin yerləşdirilməsi tələb
olunmur. Belə konstruksiyanın çatışmamazlığı koroziyaya meyli olması və silindrlər
blokunun sərtliyinin az olmasıdır.“Quru” gilizlər preslənir və ya istilik genişlənməsi/
sıxılması zamanı həndəsi ölçülər dəyişdikdə yerləşdirilir.Bu halda soyudulmuş/qızdırılmış
detalın istilik genişlənməs sıxılması effektindən istifadə edilir.Gilizi soyudur,silindrlər
blokunu isə qızdırırlar. ”Quru” gilizlər zədələnmə olmadan silindrlər blokundan
çıxarıla bilmir. SİLİNDRLƏR blokunun - başlığı(şəkil 2.13) əhəmiyyətlinə və ölçüsünə
görə ikinci yerdə durur.
Başlıqda yanma kamerası, klapanlar və alışdırma şamları yerləri,burada yastıqlarda
yumruqcuqlu paylayıcı val fırlanır. Silindrlər blokunda olduğu kimi onun başlığında da
su və yağ kanalları və boşluqları var.Başlıq silindrlər blokuna bərkidilir və onunla
bütöv tam təşkil edir. PORŞEN-yanan yanacaq-hava qarışığı qazlarının
genişlənməsində yaranan təzyiq qüvvəsini qəbul edir, porşen barmağı və sürgüqolu
vasitəsi ilə bu qüvvəni dirsəkli vala ötürür.
Buna görə də porşen lazımı qədər möhkəm olmalədır.Mühərrikin işi zamanı yaranan
ətalət qüvvələrini minimallaşdırmaq üçün o mümkün qədər yüngül olmalıdır.
O,işlənmiş, çox qızmaq qazların təsiri ilə şərtlənən termik yüklənmələrə dözümlü
olmalı və istiliyin bir hissəsini kənarlaşdırmalıdır. Bununla bərabər,silindrdə
pərçimlənmənin(çızılmanın) qarşısını almaq üçün onun istilik genişlənməsi minimal
olmalıdır.Porşenin konstruksiyasının əsas elementləri.Qızmar qurşaq—porşenin
yuxarı kənarından porşen üzüklərinə qədər zona xüsusən yüksək termik yüklənmələrə
məruz qalır və buna ğörə də qızmar qurşaq adlanır.Porşenin dibi—genişlənən qazların
təzyiq qüvvəsini qəbul edən, təzyiqdən və temperaturdan ən çox yüklənmiş porşen
hissəsidir. Porşen üzükləri zonası- silindrin yaxşı hermentikləşdirilməsi üçün bu
zonada müxtəlif porşen üzükləri yerləşdirir.Bu tərəfdən onlar işlənmiş qazların karterə
keçməsinin ,digər tərəfdən isə motor yağının yanma kamerasına düşməsinin qarşısını
alır.Porşendə yuxarıdan aşağı istiqamətdə kompressiya üzükləri,daha sonra yağsıyırıcı
üzüklər yerləşdirlir.Üzüklər təyinatından asılı olaraq xüsusi konstruksiyalı olub,bir neçə
konstruktiv elementdən ibarətdir. ƏTƏK-porşenin silindrdə hərəkəti zamanı
istiqamətləndirici rolunu oynayır. Porşen barmaqları üçün qabartılar-porşen sürgüqolu
ilə birləşdirilməsi üçün qabartılı deşiklərinə porşen barmaqları yerləşdirilir.Porşen
barmaqları içiboş hazırlanır.Porşen-barmaq porşendə stopor halqaları ilə fiksə
olunur və sürgüqolunda gərilmə ilə yerləşdirilir. Porşen kütləsinin azaldılması
məqsədilə alüminium qarışığından səmərəli fiksə hazırlanır. Müasir avt-rin
porşenlərin keçmiş analoqları ilə müqayisə olduqda görünür.Porşen ətəyi qısaldılır--
barmağından aşağıda qalan hissə hər iki tərəfdən kəsilir və saxlanılan iki kiçik hissə
porşenin ətrafında fırlanmasının qarşısını almaq məqsəd daşıyır.Kostruksiyanın
mükəmmməlləşdirən hesabına porşenə təsir edən qüvvəni balanslaşdırılır və dönməyə
meyl salınır. Porşenin iki növü var. Bir xəlitədən hazır bütöv ətəkli porşen, eninə
kəsiyi termonizamlanan porşen ( şəkil2.16).Bir xəlitə hazırlanmış bütöv ətəkli
porşen əsasən metalların ərintisindən hazırlanır. Porşenlər və ştamplama üsulu ilə
hazırlanır.Temperatur genişlənmələrini azaltmaq üçün termonizamlanan porşenlərə
temperatur genişlənməsi fərdi polad lövhə yerləşdirilir.Temperatur genişlənmələrinə
porşenin kəsiyi də təsir genişlənir. Porşenin çox yüklənmiş zonaları xüsusi çuqun
hissələrdə gücləndirilə bilər. Dibinində soyutma kanalları olan porşrnlər də var, bu
kanallara yağ forsunkalarla verilir.Porşenə təsir edən qüvvələr.İşçi gedişdə benzin
mühərrikinin yanma kamerasında təzyiq 75 bar, dövrlər sayı 6000dövr/dəq təşkil
etdikdə porşenə saniyədə 50 dəfə tezliklə təxminən 5 ton qüvvə təsir edir. Bu
yüklənmənin təsiri ilə porşen, sürgüqolu boyununun əks tərəfi istiqamətdə
silindrin divarlarına sıxılır,buna görədə silindrin divarlarına sıxılır, buna görə də
silindrin bu tərəfi daha böyük yeyilməyə məruz qalır.Bu effekti neytrallaşdırmaq
üçün porşen barmağının oxu porşenin kənar divara doğru bir qədər
sürüşdürülür (sürüşmə porşenin diametrinin 1-2%-i qədər olur).Bu kəmiyyət(şəkil
2.17, ∆t) porşen barmağının yerdəyişməsi adlanır.
Belə konstruksiya porşen xarici divara daha tez, artıq sıxma taktında yapışır.
Beləliklə,sonradan yanacaq-hava qarışığının alışması zamanı qazların təzyiqi ilə
porşen silindrin divarına çırpılmır.Porşenin temperatur yüklənməsi. Mühərrik işlədikdə
porşenin ətəyi 150
o
C,dibi isə 350
o
C-yə qədər qızır.Belə qeyri-bərabər qızma porşenin
qeyri-bərabər istilik deformasiyasına səbəb olur,bu isə silindrin daxilində onun
pərçimlənməsinə səbəb ola bilər.Porşenin konstruksiyası elə olmalıdır ki, o işçi
temperatura çatdıqda silindrik forma alsın.Qeyri-bərabər istilik deformasiyasını
kompensasiya etmək və qeyd olunan şərti təmin etmək üçün porşen ellipsoid
kəsikli (ellipsin böyük ölçüsü, porşen barmağının oxuna perpendikulyar ox
üzrə)olmalıdır.Bununla yanaşı ,porşenin yuxarı hissəsi aşağı hissəsindən daha dar
olmalıdır ki, porşenin dib hissəsində daha böyük istilik genişlənməsini
kompensasiya etsin.Porşen üzükləri elastiki olmalı,porşenə yerləşdirildikdə öz
formasını dəyişməməlidir.Onlar yanma kamerasını mühərrikin karterindən hermetik
ayırır,işlənmiş qazların karterə keçməsinin qarşısını alır və porşendən istiliyi silindrin
divarlarına ötürür. Üzüklərin silindrin divarlarına sıxılma qüvvəsi,üzüklərin daxili
diametri üzrə tətbiq olunan qazların təzyiq qüvvəsi hesabına artır.Porşen üzükləri
çuqundan və ya yüksək legirlənmiş polladan hazırlanır.Korroziyaya və yeyilmə
davamlılığı gücləndirmək üçün onlar bərk xorlamaya uğradıla bilər.İki növ porşen
üzükləri var: kompressiya və yağsıyırıcı. Kompressiya üzükləri üstdə, porşenin
dibinə yaxin yerləşdirilir.Onlar yanma kamerasını lazımi dərəcədə hermetikləşdirmək
üçün nəzərdə tutulur. Kompressiya üzükləri əsasən daxili haşiyəsi olan silindrik
(maya dəyəri azdır) və konik şəkildə hazırlanır.Hər iki üzük silindrin səthinə malik olur.
Trapesiya şəkilli kəsikli (qanovcuğa sərt yerləşdirilmir),L-şəkilli kəsikli (qazların
təzyiqi hesabına silindrin divarlarına da güclü sıxılan) və pilləsi aşağı yönəlmiş
(yağsıyrcı təsirli) kompressiya üzükləri də mövcudur. Yağsıyırıcı üzüklər kompressiya
üzüklərin aşağıda yerləşdirilir və yağın yanma kamerasına düşməsinin qarşısını.
Porşenin səthinin xüsusi formada olması yanıcı qarışığın daha yaxşı hazırlanmasına
xidmət edir. Sürgüqolu-- (şəkil2.19)-norşeni dirsəkli valla birləşdirir.
Sürgüqolu yuxarı başllqdan,aşağı başlıqdan və mildən ibarətdir. Sürgüqoluna isə
dəyişən güclü dartıcı və sıxıcı, həmçinin də əks yüklənmə təsir edir. Sürgüqolunun
yuxarı başlığına porşen barmağı yerləşdirilir. Sürgüqolunun aşağı başlığı,onun
qapağı və hər içlik dirsəkli valın sürgüqolu boynuna yerləşdirilir.Sürgüqolu ştamplama
və ya döymə üsulu yüksək keyfiyyğtli poladdan hazırlanır və sonra tablama yolu ilə
möhkəmlədilir.Kiçik mühərriklərdə alüminium ərinrili sürgüqoldan istifadə olunur.
|