• Karterin altlığı , yağ nasosu , yağqəbuledici ilə birlikdə ,yağ süzgəci ,yağın təzyiq
  • Yağ nasosdan
  • Yağ radiatoru
  • T texniki kolleci




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet9/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   5   6   7   8   9   10   11   12   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    YAĞLAMA SİSTEMİ.
    Yağlama sisteminin vəzifəsi mühərrikin sürtünən səthlərinə uyğun verilməsidir. 
    Sürtünmə səthlərə verilən yağ sürtünmə itkilərini azaldır. Detalların yeyilməsini
    ləngidir,səthləri qismət soyudur ,onları yeyilmə məhsullarından tam və detalların
    kipliyini təmin edir.Yağlama sistemlərinin 2 əsas tipi istifadə olunur:Yaş karterli məcburi 
    yağlama sistemi.Belə sistemdə nasos torlu süzgəcli qəbul edici vasitəsi ilə yağı 
    altlıqdan sovurur və kanalları vasitəsi ilə ona təzyiq altında mühərrikin uyğun
    nöqtələrinə verir.Avtomobil mühərriklərində əksər hallarda yaş karterli məcburi
    yağlama sistemi istifadə olunur.Quru karterli məcburli yağlama sistemi Belə
    yağlama sistemində karterə axan yağ nasosla xüsusi dövretmə bakına vurulur. 
    Oradan yağ verici nasosla qəbul edilir və təzyiq altında süzgəcdən keçməklə, zəruri
    olduqda isə yağ radiatoru vasitəsilə mühərrikin qovşaqına verir Quru karterli
    yağlama sistemi əsasən idman və yolsuzluq avtomobillərində və motosikərdə tətbiq
    edilir. Yağlama sisteminə (şəkil 2.50) aşağıdakılar daxildir. Karterin altlığıyağ
    nasosu, yağqəbuledici ilə birlikdə,yağ süzgəci,yağın təzyiq altında verilməsi
    üçün silindr blokunda, blok başlığındamühərrikin digər detallarında 
    açılmış.Daha çox yüklənmiş sürtünmə səthlərinə yağ təzyiq altında verilir, 
    mühərrikin mexanizmlərinin digər detalları yağ çilənməsi və yağ dumanı ilə 
    yağlanır.Yağ dirsəkli və qazpaylama vallarının yastıqlarına sistemin kanalları ilə təzyiq 
    altında verilir.Yastıqları yağlayıb,qismən soyudub və yeyilmə məhsullarını özü ilə 
    görürərək, yağ yenidən getiyə mühərrikin karterinə axıb tökülür. Dirsəkli val 
    fırlandıqda onun dirsəkləri karter yağ səthinə çırpılaraq yağ damcıları və yağ
    dumanı əmələ gətirir ki, bu da silindrlərin səthinin, porşen və porşen barmaqlarının
    yağlanmasına imkan verir. Çarxqolu- sürgüqolu və qazpaylama mexanizmlərinin 
    bütün hərəkət edən detalları tamamilə yağ içində olurlar.Bununla müasir 


    mühərriklərin qovşaqlarının yüksək yeyilmə davamlığına nail olunur.Şəkil 2.50-də
    yaş (a) və quru (b) karterli yağlama sistemlərinin konturu təsvir edilmişdir. 
    Yaş karterli- yağlama sistemində yağ ehtiyatı silindrlərin blokunun altında 
    altlıqdadır.Nasos torlu süzgəclə qəbuledici vasitəsi ilə yağı çəkir və onu süzgəcə
    verir.Təmizlənmiş yağ süzgəcdən silindrlər başlığında və blokunda yağlama
    nöqtələrinə daxil olur.Quru karterli yağlama sistemi bəzi yüksək sürətli idman
    avt-rdə sitifadə edilir.Belə sistemlərdə kəskin manevrlərdə və ya nəqliyyat
    vasitəsi maili olduqda yağ divarlardan birinə tərəf hərəkət etməyəcək və
    yağqəbuledici yağın səviyyəsindən yuxarıda olmayacaq.Quru karterli yağlama
    sistemlərində karterə süzülən yağ əlavə yağ nasosu ilə daim xüsusi çənə vurulur. 
    Yağ bu çəndən təzyiq altında mühərrikin yağlama sisteminə verilir. Tipik yağlama 
    sistemində yağ müəyyən səviyyəyə qədər doldurma boğazlığından karter altlığına
    tökülür.Yağın səviyyəsinə yağölçən şupla nəzarət olunur.Şupda iki nişan- maksimal
    və minimal səviyyə qeyd olunar.Mühərrik işlədikdə yağ altlıqdan yağ nasosunun 
    köməyi ilə torlu süzgəcli yağqəbuledicidən keçməklə sorulur.Yağ nasosdan -- təzyiq
    altında yağ süzgəcinə verilir,orada mexaniki qarışıqlardan təmizlənir və silindrlər
    blokunda açılmış kanala –baş yağ magistralına daxil olur.Baş yağ magistralından 
    ayrılan yağ kanalları ilə yağ dirsəkli valın əsas boyunlarına ,paylayıcı valın
    dayaqlarına və digər detallara daxil olur.Sürgüqolu boyunlarına dirsəkli valda 
    açılmış deşiklərdən daxil olur. Bəzi mühərriklərdə sürgüqolununun aşağı başlığında
    kanal olur,bu kanalla yağ porşen barmağını yaratmaq üçün verilir.Yağın silindrin
    işçi səthinə verilməsi üçün bəzi hallarda sürgüqolunun aşağı başlığında deşik
    açılır .Sürgüqolu boynunda və dirsəkli valdakı deşiklər üst-üstə düşdükdə yağ bu
    deşikdən təzyiq altında püskürdülür və silindrin güzgüsü üzərinə düşür .Bəzi
    hallarda bu məqsədlə xüsusi forsunkalardan istifadə olunur.Yastıqlarda olan 
    araboşluqlarından süzülən yağ çarxqolu-sürgüqolu və qazpaylama mexanizmlərinin
    hərəkət edən detallarına çilənir və damcı və yağ dumanı şəklində mühərrikin


    digər detallarına düşür.Silindrlər bloku başlığı sahəsindən yağ ağırlıq qüvvəsinin
    təsiri ilə geri altlığa axır və bu zaman qazpaylama mexanizminin detallarını 
    yağlayır.Karterin altlığı yağın saxlanması revervuardır. Yağ doldurma başlığından
    süzüldükdə ,o, mühərrikin daxilindəki boşluqlardan keçərək karter altlığına yığılır. 
    Altlıqda olan yağın səviyyəsini mühərrikin karterindəki deşikdən yağ şupu ilə ölçmək
    olur.Yağ nasosu yağı təzyiq altında (süzgəc və kanallardan keçməklə) çarxqolu –
    sürgüqolu və qazpaylama mexanizmlərinin sürtünən detallarını vurur.Yağ nasosunun
    ən geniş yayılmış növləri dişli çarxqlı və rotorlu nasoslardır.Yağ nasosu mühərrikin
    dirsəkli valından ,paylayıcı valdan və ya əlavə ötürücü valdan hərəkətə gətirilə
    bilər.Adətən xarici və ya daxili dişli çarxlı yağ nasosları tətbiq edilir.Dişli ilişməli
    nasoslar daha yığcamdır və vasitə dirsəkli valdan hərəkətə gətirilir,buna görə onlar 
    minik avt-rinin mühərriklərində isə tətbiq edilirlər. Nasosun yaratdığı təzyiq yağ
    magistralının davimətindən, yağın özlülüyündən və dişli çarxların fırlanma tezliyindən
    asılıdır.Fırlanma tezliyinin artmasıyla dişli çarxlı yağ nasosları çox yüksək təzyiq
    yarada və mühərrikin işi üçün lazım olandan daha çox yağ verə bilir. Buna görə
    nasosdan çıxışda reduksiya klapanı quraşdırılır,təzyiq verilmiş həddən böyük
    olduqda o açılır və yağı nasosun giriş boşluğuna qaytarır. Yağlama sistemində
    yağın təzyiqinin aşağı düşməsi mühərrikin ani anda sıradan çıxmasına səbəb ola 
    bilər,buna görə ona yağ magistralında vurulmuş xüsusi verici ilə nəzarət edilir. 
    Vericidən elektrik siqnalı cihazlar panelində yerləşdirilmiş yağın təzyiq göstəricisinə
    və ya qəza təzyiqi nəzarət lampasına daxil olur.Bəzi mühərriklərdə təzyiqin
    vericisinin siqnalı elektron idarə bloku tərəfindən istifadə olunur.o,yağın təzyiqi 
    təhlükəli nasazlığı halda mühərriki söndürə bilir.Əksər yük avt-bili mühərriklərində yağ
    axınlarının bölünməsi üçün ikiseksiyalı yağ nasosları istifadə olunur.Yağın
    soyudulması üçün yağ radiatorları və ya su-yağ istilik mübadiləsi qurğuları istifadə
    oluna bilər.Yağ radiatoru- hava ilə üfürülür,ondan axan yağı soyudur, istilik
    mübadiləsi qurğusu yağdan istiliyi soyuducu mayeyə verir.Yağ radiatoru qoşulduqda 
    yağlama sisteminin əsas magistrallarında təzyiq azala bilər. Bu olmasın deyə, 
    radiatora girişdən qabaq qoruyucu klapan yerləşdirilir. Reduksiya klapanı mühərrikin 
    yağlama sistemində təzyiqində məhdudlaşdırılması üçündür.İzafi təzyiqində klapanın 
    yayı sıxılır və yağın bir hissəsi geri qayıdır.Yağ süzgəci- yağı yeyilmə məhsullarının 
    bərk hissəciklərindən ,mexaniki qarışıqlardan və s.təmizləmək üçündür. Çirklənmiş yağ
    detalların yeyilməsini sürətləndirir və magistralları tutur. Yağ süzgəcləri təsir prinsipinə 
    görə arakəsməli və mərkəzdənqaçma tipli olur.Arakəsməli süzgəclərdə tutulan
    hissəciklərin ölçüsü deşiklərin (arakəsmələrin ) ölçüsü ilə müəyyən olunur.Tutulan
    hissəciklərin ölçüsünə görə süzgəclər kobud (tutulan hissəciklərin ölçüsü 40 mkm-
    ə qədər olduqda ) və zərif (tutulan hissəciklərin ölçüsü 1- 2 mkm-ə qədər olduqda) 
    olmaqla bölünür.Yağ süzgəcləri aşağıdakı tələblərə cavab verməlidir: lazımi qədər


    çirktutma qaliyyətinə malik olmaq; çirkləndirici qatışıqların optimal zərif ələnməsini
    təmin etmək; hidravlik müqavimətin kiçik olması; gövdəsinin lazımi möhkəmliyinin
    olması və mühərriklə birləşməsinin kipliyinin etibarlı olması.Mühərrikin yağlama 
    sistemə yağ iki əsas sxem üzrə təmizlənir: Tam axınlı –yağ nasosu ilə vurulan
    yağın tam keçdiyi bir yağ süzgəci olan sxem; Kombinəedilmiş –tam axınlı süzgəcdən
    başqa natamam axınlı süzgəc və ya bəzi hallarda mərkəzdənqaçma süzgəci olan 
    sxem.Yağ çirkləndirən qatışıqlar mənşəyinə görə aşağıdakı kimi bölünür: Üzvi- 
    yanacağın natamam yanma məhsulları və istər-istəməz yanma kamerasına düşən 
    az miqdarda yağ;Qeyri-üzvi –toz və mühərrikin işi zamanı əmələ gələn, detalların
    metalların metal yeyilmə hissəcikləri.Mühərrikin yağının çirklənmə intensivliyi
    mühərrikin konstruksiyasından ,istifadə olunan yağın keyfiyyətindən,istismar
    şəraitindən və digər çoxsaylı amillərdən asılıdır.Yağ süzgəci gövdədən(şəkil 2.55) və 
    onun içində yerləşdirilmiş süzgəc elementindən və lazım gəldikdə tədrici buraxma, 
    qarşı və axmaya qarşı klapanlardan ibarət ola bilər. 
    .Gövdənin konstruksiyasından asılı olaraq süzgəclər iki tipdə ola bilər: Sökülməyən (spin-
    on),son zamanlar öz kompaktlığına,qiymətinin ucuzluğuna və dəyişdirilməsinin əlverişli 
    olmasına görə daha çox istifadə olunur; Sökülən (replaceable cartidge) süzgəc elementi
    dəyişdirilən ,bu tip süzgəclər ölçülərinin böyüklüyünə,xidmət zamanı daha əlverişsiz 
    olduqlarına görə az istifadə olunur.Taxma -süzgəc elementi daha yaxşı həldir.Onun
    əsas üstünlüyü analoji süzmə keyfiyyətində nisbətən ucuz olmasıdır. Bu onunla 
    bağlıdır ki,onun yalnız süzgəc elementi dəyişdirilir.Bu süzgəclərin digər üstünlüyü
    onları utilləşdirilməsinin asan olmasıdır.Bu üstünlük onların daha geniş istifadəsini
    şərtləndirir.Süzgəc elementi əksər hallarda hopdurulmuş buzümlənmiş kağızdan. Belə 
    kağız yüksək məsaməli olur,hopdurulma nəticəsində isə- möhkəm və yağa dözümlü 
    olur.Süzmə səthinin böyük olması üçün süzgəc elementi xüsusi -adətən, çoxşüalı “ulduz 
    “şəklində yığılır.Pambıq parça,sintetik və ya süni süzgəc elementləri az hallarda istifadə 


    edilir.Tədrici buraxma klapanı (by-pass valve) bəzi hallarda qoruyucu klapan da 
    adlandırılır.Yağ çox və ya aşağı tempuraturlarda özülüyü yüksək olduqda süzgəc
    elementindən keçə bilmədiyi hallarda mühərrik yağının mühərrik yağlama
    sistemində verilməsinə əlavə şərait yaradır.Tədrici buraxma klapanının işədüşmə 
    təzyiqi mühərrikin konstruksiyasından asılı olaraq 0,55-2,6 kq/sm
    2
    müəyyən olunur. 
    Drenaja qarşı klapan(anti-darain valve),adətən,sökülməyən süzgəclərdə yerləşdirilir, 
    mühərrik dayandırıldıqdan sonra yağın süzgəcdən və yağ kanallarından karterə axıb 
    tökülməsinin qarşısını alır. qarşı klapanın ən geniş yayılmış konstruksiya növü 
    daxildən giriş deşiklərini örtən yaylaşdırılmış elastik rezin diskdir. Axmaya qarşı
    klapan (anti- syphon valve ),adətən, sökülməyən süzgəclərdə tədrici buraxma və
    drenaja qarşı klapanlarla bir kombinasiyada yerləşdirilir və istifadə edilmiş
    süzgəcin dəyişdiriməsi zamanı yağın gövdədən -xaricetmə deşiklərindən axıb
    tökülməsinin qarşısını alır.Süzgəcdə bəzi klapanların olmaması aşağıdakı hallarda 
    mümükündür: Süzgəc mühərrikdə elə yerləşdirilib ki,yağ gövdədən axa bilməz, buna 
    görə də drenaja qarşı və axmaya qarşısüzgəcə ehtiyac yoxdur; Tədrici buraxma 
    klapanı süzgəcdən kənarda,mühərrikdə yerləşdirilib.karter qazları adlanır.Karter
    qazları yanıcı qarışıq və tam və ya natamam yanmış yanma məhsullarının
    qarışığından ibarətdir.Karterə keçən qazlar mühərrikə düşən yük artdıqca və
    mühərrikin detalları daha çox yeyildikcə artır.Karter qazlarının tərkibində olan 
    yanacaq yağın keyfiyyətini pisləşdirir və onu durulaşdırır.Karter qazlarının
    tərkibində olan yanacaq yağın keyfiyyətini pisləşdirir və onu durulaşdırır. Karter
    qazlarının digər komponetləri yağı parçalayır,qatranlı maddələr və turşu əmələ
    gətirir, sürtünən səthləri paslandırır.Bu qazlar çarxqollu-sürgüqollu mexanizminin 
    detallarına qarşı çox aqressivdir,karter qazları zərərlidir. Buna görə də karterin
    ventilyasiyası nəzərdə tutulur.Karterin ventilyasiyası mühərrikin işi zamanı yaranan 
    seyrəkləşmə hesabına məcburi olaraq aparılır.Karter qazları sorucu şlanqla
    yağayırıcıya verilir.Yağ ayrılaraq yağ altlığına axıdılır.Yağ ayrılmış karter qazları
    mühərrikin qida sistemində yanıcı qarışığa və havaya qarışdırılır, sona qədər 
    yanma üçün mühərrikin silindrlərinə verilir. 

    Download 4,76 Mb.
    1   ...   5   6   7   8   9   10   11   12   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish