QİDA SİSTEMİ.
Daxili yanma mühərriklərinin ən vacib cəhətlərindən biri də avtomobilin bir dəfə
yanacaqla doldurulma ilə 500-600 kilometr və ya daha çox məsafə qət etməsidir.
Bu məsafə avt-bilin ehtiyat gedişi adlanır,“bir çənlə”maksimal yürüş bir çox amillərdən
asılıdır.Mühərrikin qida sisteminin vəzifəsi—yanacağın saxlanılması, təmizlənməsi və
verilməsi, havanın təmizlənməsi, yanıcı qarışığın hazırlanması və mühərrikin
silindrlərinə verilməsi,işlənmiş qazların mühərrikindən kənar edilməsidir. Mühərrikin
müxtəlif iş rejimlərində yanıcı qarışığın miqdarı və keyfiyyəti müxtəlif olmalıdır,bu
da öz növbəsində qida sistemi ilə təmin edilir.Ilkin olaraq karbüratorlu benzin
mühərrikinin işini nəzərdən keçirək.Karbüratorlu mühərrikin qida sisteminin vəzifəsi-
yanacaq buxarları və havadan ibarət olan yanıcı qarışığın hazırlanması, mühərrikin
silindrlərinə verilməsi və silindrlərdən işlənmiş qazların xaric edilməsidir. Karbüratorlu
mühərrikin qida sisteminə vəzifəsi yanacaq buxarları və havadan ibarət olan yanıcı
qarışığın hazırlanması,mühərrikin silindrlərinə verilməsi və silindrlərdən işlənmiş
qazların xaric edilməsidir.Karbüratorlu mühərrikin qida sisteminə yanacağın saxlanması
və onun miqdarına nəzarət edilməsi,yanacağın təmizlənməsi və verilməsi,havanın
təmizlənməsi və verilməsi, həmçinin yanıcı qarışığın hazırlanması və onun mühərrikin
silindrlərinə verilməsi, xaricetmə qazların silindrdən kənar edilməsi və onların
səsinin udulması və həmçinin xaric olunan qazların netrallaşması üçün cihaz və
quruluşlar daxildir.Karbüratorlu mühərrikin qida sisteminin prinsipial sxemi
verilmişdir.
Qida sisteminə daxildir: Yanacaq çəni; Yanacaq xətləri; Yanacağın
təmizlənmə süzgəcləri;Hava filtri;Yanacaq nasosu; Karbüratorlu.Bu sxemdə
yanacaq tıxacla bağlanmış çəndən 2 nasos 7 vasitəsilə sorularaq,yanacaq
süzgəcində 6 təmizləndikdən sonra boru xətləri ilə 5 yanıcı qarışıq hazırlanma
cihazına-karbüratora 8 verilir.Çəndə yanacağın miqdarına vericinin göstəricisinə
əsasən nəzarət edilir.Hava karbüratora hava filtrindən 9 daxil olur.Karbüratorda
hazırlanan yanıcı qarışıq silindrlərə daxilolma boru xətləri ilə daxil olur. İşlənmiş
qazlar silindrlərdən xaricetmə sistemi ilə kənar edilir.Xaricetmə sisteminin quruluşu
bütün yanıcı qarışıq hazırlama sistemləri üçün eynidir. Yanıcı qarışıq.Yanıcı qarışıq
hazırlanması üçün yanacaq benzindir.Nəzəri cəhətdən məlumdur ki, 1 kq benzinin
yanması üçün 14,7 kq hava (daha doğrusu bu miqdarda havada olan oksigen)
lazımdır.Yanıcı qarışığın tərkibi hava artıqlıq əmsalı ilə xarakterizə edilir.
/\=L
h/
L
n,
Burada L
h-
verilən havanın miqdarı.L
n-
qarışıqda olan yanacağın tam yanması üçün
nəzəri cəhətdən tələb olunan havanın miqdarıdır.Hava və yanacağın nisbəti
mühərrikin işçi xarakteristikalarına ciddi təsir edir. Hava çox olduqda (
/\ > 1) yanıcı
qarışıq kasıb adlanır, hava çatışmadıqda isə (
/\ < 1) yanıcı qarışıq zəngin adlanır.
Yanıcı qarışıq həddən artıq çox kasıblaşdırılarsa və ya zənginləşdirilərsə o alışma
qabiliyyətini itirə bilər
./\=0,8-0,9 olduqda yanıcı qarışıq daha sürətlə yanır və mühərrik
daha böyük güc yaradır.Belə qarışıq güc qarışığı adlanır.
/\ =1,1 olduqda
mühərrikdə yanacaq daha tam yanır və mühərrikdə yanacaq daha tam yanır və
mühərrikin yanacaq qənaətliyi daha yüksək olur (qənaətli rejim).
/\ > 1,1 olduqda
mühərrikin gücü çox aşağı düşür və yanacaq sərfi artır.Karbürator--- yanıcı qarışığı
hazırlamaq və mühərrikin silindrlərinə vermək üçündür.Mühərrikin iş rejimlərindən
asılı olaraq karbürator bu qarışığın keyfiyyğtini (benzin və havanın nisbətini)və
miqdarını dəyişir.Hər bir karbüratorda mühərrikin fasiləsiz işini təmin etmək üçün
yanıcı qarışıq hazırlanmasında iştirak edən bir neçə dozalaşdırıcı sistem olur.Sadə
sxemdə karbüratorun quruluşu və iş prinsipi ilə tanış olaq.Yanacaq çəndən boru xətti
1 ilə karbüratorun gövdəsində olan xüsusi həcmə -üzgəcli kameraya 11 daxil olur.
Kamerada olan üzgəc 10 iynəli klapana 2 təsir edir. Karbüratanorun normal işi üçün
yanacağın lazım olan səviyyəsi üzgəcli kamerada üzgəc və bağlayıcı iynəli klapanın
köməyi ilə təxminən sabit saxlanır.Yanacaq üzgəcli kamerada buraxılan həddə
çatdıqda üzgəc iynəni yəhərinə sıxır və yanacaq verlişinin dayandırır. Yanacağın
səviyyəsi aşağı düşdükdə üzgəc aşağı düşür və yanacaq verlişini dayandırır.
Yanacağın səviyyəsi aşağı düşdükdə üzgəc aşağı və yanacaq kameraya daxil
olur.Yanacaq sərfi nə qədər çox olarsa onun səviyyəsi bir o qədər aşağı olur və
iynə ilə yəhəri arasında keçid sahəsi daha böyük olur. Üzgəcli kamera
balanslaşdırıcı deşik 3 vasitəsi ilə atmosferlə birləşir.Üzgəcli kamerada ən yüksək
səviyyə tozlandırıcının 4 çıxış deşiyindən bir neçə millimetr aşağı olur,bununla da
mühərrik işləmədikdə yanacağın axmasının qarşısını alınır.Hava borusunda orta
hissədə konusşəkilli daramalar -diffuzorlar 6 var, tozlandırıcının sonu diffuzorun ən dar
hissəsinə çıxarılıb.Diffuzor karbüratordan keçən havanın sürətini artırmaq və
tozlandırıcının yaxınlığında seyrəkliyi artıraraq karbüratorun üzgəcli kamerasından
11 yanacağın sorulmasını təmin edən seyrəkliyi yaratmaq üçündür.Hava borusunda
diffuzordan sonra pedalla oynaqlı birləşmiş drossel qapağı 7 yerləşir. Sürücü
pedalı basaraq drossel qapağının vəziyyətini dəyişə və silindrlərə verilən yanıcı
qarışığın miqdarını nizamlaya bilər. Drossel qapağı nə qədər çox açıq olarsa
silindrə bir o qədər çox yanıcı qarışıq daxil olur. Hava borusunun diffuzorun
boğazından drossel qapağının oxuna qədər olan hissəsi qarışdırıcı kamera
adlanır.Qarışdırıcı kamerada yanacağın əksər hissəsi buxarlanır və yanıcı qarışıq əmələ
gətirir. Tozlandırıcıya daxil olan yanacağın miqdarına yalnız təzyiqlər fərqi deyil,
həmçinin də jiklyorun 9 (kalibrlənmiş tıxacın) deşiyinin ölçüsü təsir göstərir. Drossel
qapağı açıldıqda karbüratordan keçən havanın miqdarı artır və diffuzorda
havanın sürəti və seyrəklik yüksəlir, yanacaq sərfi çoxalır.Lakin havanın və
yanacağın artımı arasında tələb olunan uyğunluq saxlanılmır,buna görə də sadə
karbüratorun hazırlandığı yanıcı qarışıq drossel qapağı açıldıqca zənginləşir.Sadə
karbüratorlu mühərrikin müxtəlif iş rejimlərində tələb olunan yanıcı qarışığı
hazırlaya bilmir.Vəziyyəti düzəltmək üçün sadə karbürator bir çox quruluşlarla
təchiz edilir: baş dozalaşdırıcı sistem,işəsalma quruluşu, ekonomayzer, ekonostat , boş
işləmə və sürətləndirici nasos.Baş dozalaşdırıcı sistem- natamam dövrlər sayının
bütün diapozununda qənaətli qarışığa yaxın yanıcı qarışıq hazırlayır.O sadə
karbüratordan hava jiklyoru və qurucuğu olan kompensəedici quruluşunun
olması ilə fərqlənir.Kompensəedici quruluş havanın sərfi artdıqca yanıcı qarışığı
tələb olunan həddə qədər kasıblaşdırmaq üçündür.Boş işləmə sistemi – mühərrik
boş işləmə rejimində işlədikdə yanıcı qarışıq hazırlayır.Boş işləmə rejimində
diffuzorda yaranan seyrəklik çox kiçik olur və baş dozalaşdırıcı sistem işləmir.Bu
zaman drossel qapağı örtülür,mühərrik işlədikdə drossel qapağı altında yaranan
böyük seyrəklik baş yanacaq jiklyorundan 9 keçməklə üzgəcli kameradan
yanacağı sorur. Yanacaq kanalında 6 yanacaq hava jiklyorundan 5 daxil olan hava
ilə qarışaraq emulsiya yaradır və emulsiya boş işləmə sisteminin deşiklərindən
drosselaltı sahəyə,daha sonra isə daxilolma boru kəməri vasitəsilə silindrlərə daxil
olur. Şəkil 2.64-də 7-ci mövqe ilə karbüratorun iki nizamlama vintindən biri
göstərilmişdir.
Bu vintin köməyi ilə qarışığın keyfiyyəti nizamlanır.Karbüratordan keçən havanın
həcmi drossel qapağının vəziyyətindən asılı olur.Ekonomayzer və ekonostat—
maksimal yük rejimlərində baş dozalaşdırıcı sistemin hazırladığı yanıcı qarışığı
zənginləşdirən quruluşlardır.Drossel qapağı dönərək 80---85% açıldıqda diffuzorda
seyrəklik artır və ekonomayzerin membranını itələyir, üzgəcli kameradan əlavə
yanacaq daxil olmağa başlayır—yanıcı qarışıq zənginləşir .Sürətləndirici nasos—
mühərrikin iş rejimi kəskin dəyişdikdə və keçid rejimlər mühərrikin işinin
uyğunlaşmasını yaxşılaşdırır.Drossel qapağı kəskin açıldıqda karbüratora olan hava
sürətlə artır, yanacaq kasıblaşır.Bu qarşısını almaq üçün sürətləndirici nasos
membranı altında olan yanacaq porsi karbüratorun borusuna püskürdülür, yanıcı
zənginləşir. Uyğunlaşmanın yaxşı getməsi üçün püskürmə 2-3 saniye davam edir.
Drossel səlis basıldıqda yanacaq üzgəcli kameraya qaydaya-yanacağın zənginləşməsi
baş vermir. İşəsalma quruluşu- soyuq mühərrikin işə salınması üçündür. İşəsalma
zamanı mühərrikin dirsəkli valı 50-100 dövr/dəq.sürətlə fırladılır.Buna görə də
havanın sürəti və seyrəklik kiçik --yanacağın sorulması və buraxlanma laz səviyyədə
olmur.Bu zaman karbüratorun qapağı bağlanır, karbüratordan keçən hava az o
diffuzordakı seyrəklik isə o qədər artır ki,dozalaşdırıcı sistemin tozlandırıcısından yanacaq
sorulur.Bu kameraların sayı iki olduğu və yanacaq pedalı basıldıqda əvvəlcə
bir,sonra isə digər dorssel qapağı açıldığı üçün bu tip karbüratorlar adlandırılır.
Drossel qapağı əvvəl açılan kamera ilkin 3, digəri isə -ikinci 4 kamera adlandırılır.
“Soleks” karbüratoru aşağıdakı əsas hissədən ibarətdir: yuxarı –gövdənin qapağı 7,
aşağı gövdə 8,diffuzorlar 5, üzgəcli kamera 6 və drossel qapaqları 2.Gövdənin
qapağında hava filtrinin bərkidilməsi üçün sancaqlar var Qapaq gövdəyə beş vint
vasitəsi ilə karton araqatı qoyulmaqla bərkidilir. Yanacaq çəni- yanacağın saxlanması
və avt-bilin avtonom şəkildə 500-600 km məsafəni təkrar doldurulmadan qət edə
bilməsi üçün rezervuardır. Adətən, o avt-bilin arxa tərəfində,daha təhlükəsiz
hissədə yerləşdirilir.Benzin yanacaq çənindən avt-bilin bütün uzunluğu boyu,
adətən, kuzovun dibi ilə uzanan yanacaq xətləri ilə karbüratora daxil olur.Yanacağın
təmizlənməsinin ilk mərhələsi onu çənə tökəndə baş verir.Bunun üçün doldurma
boğazlığına torlu və ya başqasüzgəc yerləşdirmək lazımdır. Yanacağın təmizlənməsinin
ikinci mərhələsi -çənin içərisində, yanacaq qəbuledicinin toru vasitəsilə baş tutur.
O, yanacağın tərkibində qalan qatışıqların və suyun mühərrikin qida sisteminə
düşməsinin qarşısını alır.Çəndə benzinin olmasına və onun miqdarına cihazlar
panelində yerləşdirilmiş yanacağın səviyyə göstəricisi ilə nəzarət etmək olar. Orta
statistik minik avt-bilinin çəninin həcmi adətən 50-60 litr təşkil edir. Çəndə
benzinin səviyyəsi azalaraq 5-9 litrə çatdıqda cihazlar panelində uyğun sarı (və
ya qırmızı) lampa yanır.Bu yanacaq doldurmaq vaxtının çatdığını sürücüyə bildirən
işarədir. Yanacaq nasosu- yanacağın çəndən karbüratora məcburi verilməsi
üçündür.Karbüratorlu mühərriklərdə əsasən diafraqmalı, yanacaq püskürməli
mühərriklərdə isə elektrik nasosları istifadə edilir. Nasosun yaratdığı təzyiq
karbüratorlu mühərriklərdə 0,15- 0,35 bar, benzin püskürmə sistemlərində 3- 6 bar
aralığında dəyişir.Diafraqmalı nasos –Diafraqmalı nasos yuxarı 6 və aşağı 16
gövdələrdən ibarətdir. Diafraqmanın kənarları nasosun yuxarı və aşağı gövdələri
arasında sıxılır.Yuxarı gövdəyə mərkəzi boltla 2 qapaq bərkidilir). Nasosun başlığında
daxilolma 5 və vurma 14 klapanları quraşdırılıb. Daxilolma klapanının üstündə torlu
süzgəc 15 yerləşdirilib. Aşağı gövdədə 16 yerləşdirilən itələyici mil 12 yayla 11
mühərrikin paylayıcı valının ekssentrikinə 13 sıxılır.Mil digər sonluğu ilə balansirə
10 sıxılır. Diafraqmanın mərkəzi hissəsinə dartqı 9 bərkidilib,dartqı yayla 11 yuxarı
sıxılır. Milin sonluğu balansirin dəliyinə yerləşdirilir.Klapanlar yaylarla yəhərlərinə
sıxılır.Yuxarı gövdədə qovucu 1 və sorucu borular 4 var. Mühərrik işlədikdə elssentrik
fırlanır, mili itələyir və balansiri öz oxu ətrafında döndərərək dartqını və diafraqmanı
aşağı çəkir.Bu halda seyrəklik yaranır, daxilolma klapanı açılır, vurma klapanı 14
bağlanır, yanacaq sorulur və işçi həcm yanacaqla dolur. Ekssentrikin sonrakı
dönməsi ilə milin balansiri sıxması sona çatır, sıxılmış yay 11 diafraqmanı yuxarı
qaldırır,işçi həcmdə yanacağın təzyiqi artır, daxilolma klapanı bağlanır, vurma klapanı
açılır – yanacaq qovucu karbüratorun üzgəcli kamerasına yanacağın mexaniki
vurulması baş verir. Sərfi az olduqda diafraqmanın gedişi tam zaman dartqının gedişi
qismən boş olur. Yanacağın əl ilə vurulması üçün lingi 8 basılır, ling dönür və
balansirə 10 dartqı və diafraqmanı 7 dartır.İşçi həcmə sorulması baş verir.Ling 8
buraxıldıqda təsiri ilə öz ilkin vəziyyətinə qayıdır,diafraq yanacağı karbüratora
qovur. Yanacaq nasosu yağ nasosunun intiqal valından (VAZ-2105 avt-bili ) və ya
mühərrikin paylayıcı valından (VAZ -2108) hərəkətə gətirir.Yuxarıda göstərilmiş
valların fırlanması onlarda yayın olan ekssentrik yanacaq nasos intiqalının
|