• Benzin mühərrikləri üçün yanacaq püskürmə sistemləri
  • kobud və zərif yanacaq süzgəcləri olur.Birincilər yanacaq qəbuledicidə




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet13/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   9   10   11   12   13   14   15   16   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    kobud və zərif yanacaq süzgəcləri olur.Birincilər yanacaq qəbuledicidə, 
    karbüratorda,injektorlu mühərriklərin yanacaq süzgəclərində yerləşdirilir,adətən, torlu
    süzgəc şəkilində olub iri çirk,pas və sairə hissəcikləri tutmaq, zərif yanacaq
    süzgəcləri isə yanacağı mexaniki çirklənmənin kiçik hissəciklərindən və sudan
    təmizləmək üçündür.Onlar yanacaq nasosundan qabaq və ya sonra yerləşdirilir. 
    Zərif yanacaq süzgəclərinə qoyulan tələblər.. Çirk tutumunun lazımi qədər olması; 
    Hissəciklərin müəyyən nominal ələnmə zərifliyi (karbüratorlu mühərriklər üçün -45
    mkm-dən,injektorlu mühərriklər üçün -10 mkm-dən ,dizellər üçün - 15 mkm-dən 
    çox olmamaqla); Hidravlik müqavimətinin kiçik olması; Gövdənin lazımi qədər 
    möhkəm və hermetik olması;Süzgəc elementinin lazımi qədər möhkəm olması.Hazırda 
    sökülə bilən süzgəclərdən istifadə edilmir.Müxtəlif tiplisökülməyən yanacaq süzgəcləri 
    göstərilmişdir. Karbüratorlu mühərriklər üçün nəzərdə tutulan sökülməyən süzgəclər
    içərisində süzgəc elementi (pərdə) yerləşdirilmiş hermetik gövdədən ibarətdir. 
    Süzgəclər əksər halda şəfaf plastik kütləli gövdə içərisinə çoxşüalı ulduz şəklində
    kağız pərdə yerləşdirilmiş formada hazırlanır.Şəffaf gövdə vizual baxışla süzgəc 
    elementinin çirklənməsini müəyyən etməyə imkan verir.Qeyri-şəffaf gövdəli süzgəclər
    də istehsal edilir. Benzin püskürmə sistemi üşün süzgəclər hermetik metal gövdəli
    olur,gövdənin içərisinə çoxşüalı ulduz və ya spiral şəklində kağız süzgəc pərdə
    yerləşdirilir.Bu süzgəclər böyük təzyiq üçün nəzərdə tutulur və onlara daha yüksək
    təmizləmə tələbləri qoyulur. Dizel mühərriklərinin qida sistemində təzyiq yüksək
    olduğu üçün onlarda da metal gövdəli sökülməyənsüzgəclər(şəkil 2.73.c) istifadə
    olunur. Kağız süzgəclər spiral şəklində yerləşdirilir.
    Benzin mühərrikləri üçün yanacaq püskürmə sistemləri
    Elektronikanın 
    inkişafı son zamanlar benzin mühərriklərində yanacaq püskürmə sistemlərinin geniş
    istifadə olunmasına və karbüratorun demək olar ki,aradan çıxmasına səbəb oldu. 
    Elektronika mühərriklərdə uyğunlaşma və yanacağın dəqiq dozalaşdırılması ilə
    bərabər yanacaq sərfinin və ətraf mühitin çirkləndirilməsinin azaldılması üçün
    yanacaqın proqfessiv verilmə üsullarının tətbiqi imkanını yaratdı. Karbüratoru yada


    salaq, işçi qarışıq karbüratorda hazırlandıqdan sonra daxilolma kollektoru ilə
    daxilolma klapanlarına çatdırılır. Çatışmamazlıqları belə ifadə etmək olar :hər bir silindr 
    üçün məsafənin eyni olmaması (eyni olmayan şərait), buxarların divarlarda çökməsi
    və toplanması (xüsusən qış dövründə qızdırılmamış mühərrikin işə salınması 
    zamanı), hər bir silindr üçün fərdi nizamlama şəraitinin olmaması.Yanacaq
    püskürməsi bu problemləri həll etməyə imkan verir. Forsunkaların sayına və
    yanacağın verilmə yerinə görə benzin püskürmə sistemlərini 3 qrupa bölmək
    olar: Bir nöqtəli və ya mono-püskürmə (daxilolma kollektorunda bütün silindrlər
    üçün bir forsunka); Çox nöqtəli və ya paylanmış püskürmə silindrin öz forsunkası
    yanacağı kollektora daxilolma klapanlarının yaxınlığına verir): Birbaşa püskürmə
    (dizel mühərrik olduğu kimi yanacaq biri silindrin daxilinə verilir).Ilk vaxtlar
    yanacağın verilmə əhəmiyyətli dəyişikliyə uğramadı.Yağ karbürator əvəzinə -
    elektron idarəetmə ilə dozalaşdırıcı mexanizm meydana çıxdı.Bir nöqtəli püskürmə 
    (mono-püskürmə )sadə idarəedici elektronika ilə az təmin olunub,həm daha az
    effektivdir.O tətbiq olunduqda mühərrik ciddi dəyişiklik etmək tələb olunmurdu.Ona
    dəqiq dozalaşma ilə püskürmə və karbürator benzinin verilməsi və paylanması 
    nöqtə nəzərindən üstünlüklər eyni zamanda xasdır.Bir nöqtəli püskürmə istifadə 
    edildikdə karbürator olduğu kimi benzinin 30%-ə qədəri kollektro divarlarında çökür. 
    Sonrakı məntiqi inkişaf -hər bir silindr yanacağın fərdi verilməsi oldu.Bu halda
    yanıcı qarışıq hazırlanması birbaşa kamera klapanların qabağında baş verir.Yanacaq
    yüklü təzyiqli boru xətləri ilə verilir və fərdi forsunkalda tozlandırılır, onların hər 
    birinin işi nizamlana bilir.Burada karbüratorun demək olar ki, bu çatışmamazlıqları 
    aradan qaldırılır,irəli atma yalnız bir addım qalır -birbaşa püskürmə. Elektronikanın
    alışdırma və qida sistemləri tətbiqi mühərrikin mərkəzi elektron idarəetmə
    sisteminin yaranmasına səbəb oldu.Birləşdirilmiş elektron quruluş mikro kömpüter, 
    mikroprossor və ya nəzarətçi adlandırılır.Püskürmənin (yanıcı qarışıq hazırlama) və 
    alışdırmanın mərkəzləşdirilmiş idarə edilmə sistemləri aşağıdakı üstünlüklərə malikdir: 
    Aqreqat və vericilərin funksiyalarının uyğunlaşdırılması onların sayının azaldılmasına
    imkan verir; Alışdırma və yanıcı qarışıq hazırlama prosesləri birlikdə optimallaşdırılır,bu
    zaman mühərrikin burucu momenti,yanacaq sərfi,işlənmiş qazların tərkibi 
    xarakteristikaları yaxşılaşır,soyuq mühərrikin işə salınması və qızdırılması asanlaşır; 
    Digər funksiyaların: avtomatik ötürmələr qutusunun,aparan təkərlərin yerində 
    sürüşmə sisteminin,antibloklama sisteminin, kondisionerin, dumana qarşı quruluşun
    və s.-nin idarə edilməsi üçün böyük imkanlar açılır.Yanacağın paylanmış
    püskürdülmə sisteminin (YPPS) hazırda iki növü istifadə edilir:əks rabitəli və əks
    rabitəsiz. Əks rabitəli YPPS istifadə olunan mühərriklərdə xaricetmə sistemində
    neytrallaşdırıcı və oksigen vericisi (lyambda –zond) quraşdırılır, bu da əks rabitə
    yaradır.Verici işlənmiş qazların tərkibində oksigenin konsentrasiyasını izləyir, 


    elektron idarəetmə bloku isə onun siqnalları əsasında neytrallaşdırıcının ən effektiv
    işini təmin edən hava/yanacaq nisbətini saxlayır.Əks rabitəli mühərriklərdə
    yanacaq kimi etilsiz benzin istifadə olunmalıdır.Etilli benzin istifadə olunması
    neytrallaşdırıcının və oksigen vericisinin zədələnməsinə və sistemin imtinasına
    səbəb olur. Əks rabitəsiz püskürmə sistemlərində neyrallaşdırıcı və oksigen verici
    quraşdırılmır,işlənmiş qazların tərkibində CO-nun konsentrasiyası CO-potensionmetr 
    vasitəsi ilə nizamlanır.Bu sistemdə həmçinin benzin buxarlarının idarə olunma
    sistemi də istifadə olunmur. Neytrallaşdırıcı işlənmiş qazların xaricetmə sistemində, 
    əlavə səsbatırıcıdan qabaq yerləşdirilir. Onun tərkibində iki oksidləşdirici və bir 
    bərpaedici katalizator(kimyəvi reaksiyanın sürətləndiricisi) olur.Oksidləşdirici
    katalizator (platin və pelladium) karbohidrogenlərin su buxarına,dəm qazının isə 
    karbon qazına çevrilməsinə, bərpaedici katalizator (radium) azot oksidlərinin təsirsiz
    azota çevrilməsinə kömək edir. Karbohidrogenlərin və dəm qazının neytrallaşdırılması
    üçün katalitik neytrallaşdırıcıya oksigen tələb olunduğu və eyni zamanda azot
    oksidlərinin neytrallaşdırılması üçün isə onlardan oksigen ayrıldığına görə mühərrikə
    daxil olan hava/yanacaq qarışığının balansı çox ciddi (təqribən 14,7:1) saxlanılmalıdır. 
    Bu funksiya elektron idarəetmə bloku ilə yerinə yetirilir. Elektron idarəetmə bloku
    (EİB) yanacaq püskürmə sisteminin idarəetmə mərkəzidir. Bu ixtisaslaşdırılmış 
    kompüterdir.O müxtəlif vericilərdən daxil olan informasiyanı emal edir və işlənmiş 
    qazların zəhərliyinə və avt-bilin istismar göstəricilərinə təsir edən sistemləri idarə
    edir.EİB yanacaq püskürmə sisteminin diaqnostikası funksiyasını da yerinə yetirir. O, 
    sistemdə baş verən pozğunluqları müəyyən edə,sürücünü bu halda “CHECK
    ENGINE” nəzarət lampası ilə məlumatlandıra bilər.Bununla bərabər o,mütəxəsislərin
    təmir aparmasına kömək etmək üçün diaqnostik kodları mühafizə edir. Nümunə 
    kimi mühərriki idarəetmə və yanacaq verilişi sistemlərinə (Engine Management 
    Sistem-EMS) baxaq.Tədrici inkişaf prosesində son otuz ildə elektron komponetlər
    mexaniki vericiləri və nizamlayıcıları əvəz etdilər.Bu gün EMS-sisemini praktiki olaraq 
    hətta ən müasir karbüratorla belə müqayisə etmək olmaz.Onlar prinsipal mahiyyətinə
    və hazırlanmasına görə çox fərqlənir. Mühərriki idarəetmə sistemi üç qrup
    komponetlərdən --məlumat toplama quruluşlarından, onun emalı və icraedici
    mexanizmlərindən təşkil olunur. Birinci qrupa avt-bilin vəziyyəti, onun hərəkət 
    rejimləri və toplamaq mühərrikdə gedən proseslər haqqında maksimal tam
    məlumatları üçün müxtəlif vericilər aiddir.Bir qayda olaraq,onların sırasında daxil 
    olan havanın miqdarının və tempuraturunun və tərkibinin ,yumruqcuqlu valın
    fırlanmas sürətinin və dəqiq yerləşmə vəziyyətinin, drossel qapağının açılma 
    bucağının və mühərrikin detonasiyasının vericiləri olur.Əlavə məlumatlar kimi 
    spidometrin və taxometrin,habelə ABS və ASR-in məlumatları da istifadə oluna
    bilər.Ikinci “qrup ECU (Engine Control Unite “Avropa” adlandırılması) və ya


    ECM(Enginü Control Module -“Amerika” adlandırılması) mikroprosessorunun özüdür. 
    Mikroprossor yuxarıda qeyd olunmuş müxtəlif vericilərdən daxil olan məlumatları 
    analiz edir.Bu məlumatlar yaddaşa yazılmış riyazi modellə, saniyədə yüzlərlə və
    minlərlə dəfə müqayisə olunur.Bu və ya digər parametr arzu olunan göstəricisi ilə
    fərq yarandıqda işçi mexanizmlərə korreksiya üçün komandalar verilir.Görülmüş 
    tədbirlərin səmərəsi yoxlanılır və lazım gələrsə sikl təkrar olunur.Kompüterin 
    komandalarının icraçısı –dəyişən zaman-aralığında, zəruri miqdarda və dəqiq ölçülmüş
    miqdarda yanacaq verən forsunkaları işlədir. Forsunkalar, verilmiş zaman aralığında
    yanıcı qarışığı alışdıran şamlar və başqa mexanizmlər üçüncü qrup komponetlərdir. 
    Elektron sisteminləri mexaniki sistemlərdən iki prinsipal fərqli cəhəti var.Birincilər
    mühərrikin iş rejimlərini fasiləsiz və praktiki olaraq ani zamanda, onun bütün iş 
    müddətində dəyişə bilir.Forsunkaların və şamların iş rejimi uyğunluğunu virtual
    təmin edərək “alışdırmanın qabaqlama bucağını” dinamiki verir və dəyişir.EMS-dən 
    fərqli olaraq karbüratorlu mühərrikli avt-bili onun istismarından qabaq nizamlamaq
    olar, deməli, belə nizamlama da gündə yalnız iki dəfə dəqiq vaxtı göstərən 
    ,dayanmış saatın nizamlanması kimi dəqiq olacaq.Ikinci fərqli cəhət- “əks əlaqənin 
    “ təşkilinin mümkünlüyüdür.Oksigenin miqdarının vericisi (
    /\- lyambda -zond) 
    xaricetmə kollektorunda yerləşdirilir və onun məlumatlarına əsasən qazların tərkibi
    müəyyən edilir,onu da demək lazımdır ki,işlənmiş qazların tərkibində karbohidrogenlərin
    -CH,azot oksidlərinin və sona qədər yanmamış yanacağın miqdarı kirtik hesab edilir. 
    Onlar müxtəlif ölkələrdə çox ciddi reqlamentləşdirilir və müəyyən olunmuş normaları 
    aşdıqda prosessor işçi qarışığı korreksiya edir və onu kasıblaşdırır. Bu zaman sürücünün 
    böyük güc əldə etmək istəyi tam nəzərə alınmır. Məhz işlənmiş qazların tərkibində 
    zərərli maddələrin sərtləşdirilməsinə dövlət nəzarətinin ciddiləşdirilməsi keçən əsrin 90-
    cı illərinin əvvəllərində mühərrikin elektron idarəetmə sistemlərinin çox sürətlə
    yayılmasına səbəb oldu.İş o yerə çatdı ki,90-cı illərin əvvəllərində Avropanın əksər 
    ölkələri karbüratorlu mühərriklərin istismarını praktiki olaraq qadağan etdi.Bununla
    bərabər işlənmiş qazların tərkibi məhdudlaşdırılmasına məhəl qoyulmadığı mövcuddur. 
    Söhbət, mühərrikin işə salınması –xüsusən də qışda,gedir.Burada başqa çıxış yoxdur, 
    xaricetmə borusundan hansı qazların çıxmasından asılı olmayaraq mühərrik salmaq
    lazımdır.Bu məqsədlər üçün mühərriki işə salınma proqramları var. Onlar lyamba 
    vericinin isterik siqnallarını nəzərə almamağa silindrlərə zənginləşdirilmiş qarışıq 
    məcbur edirlər.Avtomobil istehsalçı prosessorları xüsusi rejimlərdə işləmək fakt 
    yanaşı müxtəlif iqlim zonalarında işləməyən nizamlayırlar.Məlumdur ki,mühərrik 
    Azərbaycanda işə salınma Almaniyadakından fərqlənir,bu nəzərə alınmalıdır. Müasir 
    EMS elektron sistemlərin çox xüsusiyyəti onların özünü öyrətmə xüsusiyyətidi. 
    Mikropressorun yaddaşa şərti olaraqüç yerə bölünür.Onlardan birincisi –ROM (Read 
    Memory ) daxil olan siqnalların xarakterindən olaraq əvvəlcədən proqramlaşdırılmış


    komandalar silinməyəndir və avt-bilin qidalanması söndürüldükdə də saxlamalııdır. 
    Mühərrikin işə salınma komandaları məhz blokun tərkibindədir. Prosessorun
    yaddaşının ikinci bölüməsi RAM (Random Access Memory )adlanır və avt-bil
    mühərrikinin dəyişən şəraitə çevik uyğunlaşmasını cavab verir.Məhz RAM müasir
    avt-bil “öyrədilməsini” təmin edir.Onun kömək kompüter, əsasən səmərəlilik və 
    işlənmiş təmizliyi meyarına görə iş rejimlərini analiz edir onlardan ən yaxşısını seçir. 
    Sonrakı dəfələrdə mühərriki işə salıb yola düşdükdə RAM icra quruluşların məhz
    optimal rejimini təmin kombinasiyasını yenidən yaratmağa çalışacaq.Bu modulun
    yaddaşa mühərrikin iş rejimi haqqında məlumatlardan başqa mühərrikin iş rejimi
    haqqında məlumatlardan başqa mühərrikin kodları da yazılır.Onun işində gözə 
    çarpan “hiss” edilən uzaqlaşmalar olduqda keyfiyyət, sıcrayışlar və pozuntular
    olması qara tüstü peyda olduqda ) TXS –də diaqnostika kompüterinin köməyi ilə
    bu saya bilər və narahatlığın səbəbini müəyyən edə bilərsiniz. Lakin, əgər elektrik
    sistem qidalanma itərsə, adətən, akkumlyatorun çıxması və ya birləşməsinin ayrılması
    RAM blokunda məlumat itirilir.Bundan sonra müəyyən müddət avt-bil özünü “bir
    növ pis” aparır, yenə də optimal rejimlər haqqında məlumatları toplayır və 
    yazır.Üçüncü blok PROM (Programmable Read Only Memory) adlanır və birincidən
    fərqli olaraq dəyişdirilə bilər.Adətən bu mikrosxemi blokundan çıxartmaq olur,bunun 
    üçün xüsusi deşik və süsusi bərkidilmə edilib.Bu mikrosxem ( onu da deyək ki, 
    bütün mikrosxemlər kimi) xalq arasında çip adlandırılır.Onun köməkliyi ilə mühərrikin
    imkanını 30-40% artırmaq olar. Burada ümumi qayda belədir: mühərrikin gücünü 
    artırmaqla biz onun burucu momentini (N
    .
    m) azaldırıq.Eyni zamanda gücü və burucu 
    momenti də artırmaq olar,lakin bu halda mühərrikin idarəetmə sisteminin onun tipinə,
    ölçüsünə, silindrlərin sayına, transmissiyanın xarakteristikalarına və başqa
    xüsusiyyətlərinə görə “fərdiləşdirilməsi”ni müəyyən edir.Avt-bili daha çox çevik və ya 
    səmərəli etmək üçün xarakteristikaları dəyişmək lazım gəlmir.Vaxt keçdikcə 
    mühərrikin işçi səthlərinin yeyilməsi baş verir,PROM çipini dəyişməklə onun əmsalı
    təmirə qədər parametrlərini korreksiya etmək olar.Bir nöqtəli püskürmə.Benzin
    mühərrikləri üçün “Mono-Jetronic” (monojet –bir şırnaqlı) adlandırılan bir nöqtəli
    impulslu püskürmə ilk dəfə BOSCH firması tərəfindən 1975-ci ildə üratorunhazırlanıb 
    və “Volkswagen” avt-lində yerləşdirilib.Bu sistemin əsas xüsusiyyəti elektromaqnit
    klapanı ilə idarə olunan mərkəzi yanacaq forsunkasının olmasıdır.Şəkil 2.74—də 
    “Mono-Jetronic” sisteminin sxemi göstərilmişdir.


    Mərkəzi forsunka standart 
    kollektorda adi karbüratorun əvəzinə yerləşdirilir. Karbüratorda yanıcı qarışıq
    mexaniki üsulla hazırlandığı halda mono-püskürmə sistemində bu elektron
    ibarəlidir.Bu sistem 4 silindrli mühərriklərdə istifadə edilir. Yanacaq şırnağı birbaşa
    gövdə ilə drossel qapağı şəkilli araboşluğuna istiqamətləndirilir.Daxilolma yolunun
    divarlarında yanacağın çökməsinə imkan verməyən böyük təzyiqlər fərqi optimal
    yanacaq qarışdırmanı təmin edir.Aşağı təzyiqli elektron idarəli bu sistemdə forsunka 1 
    bar izafi təzyiqdə işləyir. Sistemdə havanı dozalaşdırmaq üçün drossel qapağında 
    istifadə edilir. Yanacağın silindrlər üzrə paylanması daxilolma kollektoru ilə həyata 
    keçirilir. Yanacağın forsunkadan püskürülməsi alışdırma impulsları ilə sinxronlaşdırılır. 
    Müxtəlif vericilər mühərrikin bütün əsas işçi xarakterisrikalarına nəzarət edir.Bu
    göstəricilər sistemin forsunkasının və digər icra edici quruluşlarının idarə olunması 
    üçün lazım olan siqnalların hesablanmasında istifadə olunur. Sistemin işinə təsir
    edən başlıca amillərə dirsəkli valın dövrlər sayını,axında havanın həcminin onun 
    kütləsinə olan nisbətini, havanın və soyuducu mayenin temperaturlarını, kollektorda
    havanın mütləq təzyiqini və drossel qapağının açılma vəziyyətini aid etmək olar. 
    Bu sistemdə hava –yanacaq qarışığının kütlə nisbətinin dəqiqliyi yüksək deyil. 
    Drossel qapağının vəziyyəti potensiometr vasitəsi ilə təyin edilir. ”Mono—Jetronic “
    yanacaq püskürmə sistemi daxililma kollektoruna benzinin elektron variantında 
    püskürməsini təmin edilir. ”Mono—Jetronic” yanacaq püskürmə sistemi daxilolma
    kollektoruna benzinin elektron püskürməsini təmin edir.”Mono—Jetronic” püskürmə
    sistemi Bosch “Mono—Motornic” (şəkil 2.75)hazırlana bilər.” “ Mono—Motronic” 
    sistemi yanıcı qarışığın hazırlanmasının və alışdırılmasının elektron quruluşlarını
    sistemdir.”Mono—Motornic sistemində bütün silindrlər üçün bir mərkəzi forsunka 4
    olur.(şəkil2.75) Ayrı-ayrı silindrlərə yanacağın paylanması karbüratorlu mühərriklərdə
    olduğu kimi - daxilolma kollektoru vasitəsilə baş verir.Hava , hava filtri vasitəsilə
    sorulur və püskürmə qurğusuna daxil olur. İnjektorun korpusunda elastik trosla
    idarə olunan drossel qapağı 12 var. Drossel qapağının açılma bucağı drossel qapağı
    potensiometri ilə 8 ölçülür və idarəetmə blokuna 6 siqnal verilir. Mühərrikin ani
    dövrlər sayının qiymətindən asılı olaraq sorulan havanın miqdarı müəyyən edilir. 
    İdarəetmə bloku havanın ölçülmüş miqdarına və mühərrikin dövrlər tezliy haqda


    məlumatlara görə püskürmə anını və miqdarını nizamlayır.Forsunka nə qədər
    uzun müddətə açılmışsa,bir o qədər daha çox yanacaq püskürdülür.Əlavə vericilər
    hərəkətin müxtəlif rejimləri yanacağın miqdarının düzgün ölçülməsinə verir.Drossel 
    qapağı potensiometri 8 boş işlə rejimində drossel qapağının vəziyyətini idarə
    blokuna 6 bildirir.Idarəetmə bloku servomotor vasitəsilə drossel qapağını ya açır ,ya 
    da bağlayır və beləliklə, işləmə gedişi dövrlərini sabit saxlayır. Temperatur vercisi 14
    mühərrikin tempuraturunu ölçür. Qəbul kanalında havanın tempuraturunu hava
    tempuratur vericisi ölçür.Lyamba –verici 15 işlənmiş qazların tərkibi oksigenin
    miqdarını ölçür.İdarəetmə bloku siqnalına görə yanacağın miqdarı artırıb-azaltmaq
    işlənmiş qazların tərkibində zərərli tullantılar miqdarını aşağı səviyyədə saxlayır. 
    Katalizatorlu avt-rdə işlənmiş qazların tərkibi katalizatorda axıra qədər yanmanı
    təmin ən edən səviyyədə saxlanılır.Əks əlaqəli –oksigen vericili (lyambda –zondlu ) 
    ,üç komponetli katolik neytrallaşdırıcı ilə birlikdə işləyən bu ekoloji tələbləri
    daha yaxşı ödəməyə imkan verir.Sistem mühərrikin silindr- porşen qrupunun əyilməsini 
    (kompressiyanın düşməsini ) nəzərə ala bilir. 

    Download 4,76 Mb.
    1   ...   9   10   11   12   13   14   15   16   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    kobud və zərif yanacaq süzgəcləri olur.Birincilər yanacaq qəbuledicidə

    Download 4,76 Mb.
    Pdf ko'rish