• Yanacaq süzgəcləri
  • T texniki kolleci




    Download 4,76 Mb.
    Pdf ko'rish
    bet12/102
    Sana09.12.2023
    Hajmi4,76 Mb.
    #114579
    TuriMühazirə
    1   ...   8   9   10   11   12   13   14   15   ...   102
    Bog'liq
    NV-konstruksiyası-və-nəzəriyyəsi

    Hava filtrinin- aşağıdakı növləri var: ətalətli –yağlı və dəyişilən filtr elementli. Hazırda
    ətalətli- yağlı filtrlər texniki qulluğun çətinliyi səbəbindən istifadə edimir. Dəyişilən 
    elementli hava filtrinin gövdəsi dairəvi və ya düzbucaqlı şəkildə olur. Dairəvi gövdə
    üçün filtr elementi halqa və ya kəsik konus şəklində hazırlanır. Halqa daxili (və ya
    xarici) metal çərçivə xüsusi qatranlar hopdurudurulmuş karton hər iki başlıqda 
    yerləşdirilmiş (penopoliuretan) kipləşdirici elementlərdən ibarətdir. Dəfələrlə istifadə


    olunan elementlərində karton əvəzinə porolon və hopdurulmuş bir neçə qat xüsusi 
    material edilir.Bu filtr elementlərinin aerodina müqaviməti karton filtr elementinə
    nəzərən azdır, lakin onlarda toz buraxma əmsalı yüksəkdir.Bu elementlər əsasən
    avt-rində istifadə edilir.İnjektorlu mühərriklər üçün filtr elementi b) düzbucaqlı
    şəkilli pərdəyə malik kənarlarda polimer kipləşdiricilərlə bərkidilir.Son zamanlar avt-
    rində sıfır müqavimətli hava filtrləri(şəkil 2.72) geniş istifadə olunur. Adi kağız
    filtrlərdə filtrin materialının sıxlığı böyük olduğundan hava axınına böyük müqavimət
    göstərir. 
    Sıfır müqavimətli filtrlər
    mühərrikin daxilolma prosesində hava axınına müqaviməti maksimal azaltmağa,
    mühərrikin gücünü isə 2—7% artırmağa imkan verir.Sıfır müqavimətli hava filtri
    preslənmiş alüminimum ekran arasında sıxılmış və xüsusi tərkib hopdurulmuş çox
    təbəqəli pambıq təznifdən hazırlanır.Belə konstruksiya təmizlənmə səthini artrmağa
    imkan verir.Pambıq liflərə xüsusi yağ hopdurulması onların adheziya (yapışqanlıq)
    xüsusiyyətini artırır.Sıfır müqavimətli hava filtrləri vaxtaşırı (5-10 min km-dən bir) 
    təmizlənməlidir.Filtr 20 təmizlənmə üçün nəzərdə tutulur. Nəzərə almaq lazımdır
    ki,filtr çirkləndikdə havanın hərəkətinə müqavimət artır, bu da yanacaq sərfinin
    artmasına səbəb olur,belə ki,hava çatışmamazlığı yaranır və yanıcı qarışıq benzinlə
    həddindən artıq çox zənginləşir.Yanacaq süzgəcləri.Həm benzində, həm də dizel 
    yanacağında onun istehsalı və distribusiyası zamanı yaranan çirkləndirici maddələr ola 
    bilər.Toz hissəcikləri,rezervuarların korroziya məhsulları, yanacaqda olan parafin 
    çöküntüləri,su,həmçinin onda yaşayan mikroorqanizimlər mühərrikin çox yüksək 
    dəqiqlikli hissələrinin həddən artıq çox yeyilməsinə səbəb ola bilər.Bu halın qarşısını 
    almaq üçün yanacaq süzgəclərdən keçirilir və təmizlənir. Daxili yanma mühərriklərində
    yanacağın təmizlənməsi bir neçə mərhələdə aparılır.Yanacaq süzgəci (adətən,ayrıca 
    yerləşdirir)- yanacağın sonrakı, üçüncü təmizlənmə mərhləsidir.Süzgəc mühərrik 
    bölməsində yerləşdirilir və yanacaq nasos daxil olan benzinin +(süzgəcin yanacaq
    nasosundan sonra yerləşdirilməsi də mümkündür ) mexaniki qarışıqlardan
    təmizlənməsi üçün nəzərdə tutulur.Avt-bilin yanacaq sistemində iki növ süzgəc



    Download 4,76 Mb.
    1   ...   8   9   10   11   12   13   14   15   ...   102




    Download 4,76 Mb.
    Pdf ko'rish