daxil olmur və maye kiçik dövranla mühırrikin daxilində) hərəkət edir,mühərrik tez
qizir.
a).Kiçik dövranın vəzifəsi qırmızı rəngli oxlar) soyuq mühərriki tez qızdırmaqdır.
Termostatın klapanının açılıb-bağlanma
temperaturu, mühərrikin iş rejimindən asılı
olaraq işçi mayenin temperaturunu optimallaşdırma proqramı ilə müəyyən olunur.
Termostatın klapanı tam açıldıqda sistemdəki bütün maye böyük dövranla hərəkət
edir.
RADİATOR- istilik mübadiləsi elementi olub,ondan keçən mayenin istiliyini ətraf
mühitə, avt-bil hərəkət etdikcə yaranan və ya ventilyator vasitəsilə yaradan axınına
verir.Əlbəttə ki,avt-bil radiatorunun məişət nümunəsini hamı tanıyır.Hər bir evdə
mərkəzi və ya xüsusi konfiqurasiyalı istilik radiatorları (batareyaları) olur.Onlar da
xüsusi konfiqurasiyaya malik olur,radiatorun mürəkkəb səthi nə qədər böyük
olarsa, sizin evdə də bir o qədər isti olar.Bu dövrdə hava daha soyuq olduğu
üçün isitmə sistemində
su tez soyuyur,yəni istiliyini ətraf mühitə verir. Radiatorda
yuxarı və aşağı çənlər sağ və sol çənlər), yuxarı və aşağı çənləri birləşdirən çoxlu
sayda yastı borucuklar və “arakəsmələr “ var ki ,bunlar böyük soyutma sahəsi
yaradır.İstilik mübadiləsini yaxşı təmin etmək üçün radiatorun hər iki çəni və
borucuqları latundan və ya alüminiumdan hazırlanır. Radiatorun aşağı çənində
sistemindən mayeni boşaltmaq üçün kran yerləşdirilir.Soyuducu maye mühərrikdən
radiatorun yuxarı çəninə verilir və soyudulduqdan sonra aşağı çəndən nasos vasitəsilə
mühərrikə qaytarılır.
SU nasosu-mərkəzdənqaçma tipli nasos mayenin soyutma
köynəyində və bütün sistemdə dövranını təmin edir. Su nasosu ventilyatorun oxu
üzərində yerləşdirilir və hərəkəti qayış ötürməsi ilə dirsəkli valdan alır.Mühərrikin
effektiv soyudulması yalnız intiqal qayışlarının lazımi qədər tarımlığında əldə edilir.
Genişlənmə çəni soyuducu mayenin qızanda və soyuyanda həcminin və təzyiqinin
dəyişməsini kompensasiya etmək üçündür. Ventilyator avt-ilin
radiatorunun xarici
səthindən keçən hava axınının miqdarının və sürətinin məcburi artırılması və
həmçinin avt-bil işləyən mühərriklə hərəkətsiz dayandığı halda hava axınının
yaradılması üçündür.İki tip ventilyator istifadə olunur: dirsəkli valın qasnağından
qayış intiqallı daimin qoşulma ventilyator və soyuducu mayenin tempuraturu təxminən
100
o
C-yə yaxınlaşdıqda avtomatik düşən elektrik ventilyatoru. Istifadə olunan
ventilyatorda 4-8 pər olur.Pərlər plastik kütlədən (plasmasdan) və poladdan
hazırlanır. Pərlərin mailliyi fırlanma müstəvisi ilə 35-40
o
təşkil edir.Ventilyatorun
işinin effektivliyini artırmaq üçün bəzən istiqamətləndirici örtük də istifadə edilir.
Soyuducu maye- praktiki olaraq bütün avtomobillərdə soyuducu mayesi kimi aşağı
temperaturda donmayan mayelərdən antifrizlərdən (ing.dilində antifreeze –
donmayan ) istifadə edilir. Antifrizlər ASTM və SAE normalarına uyğunlaşdırılır.
Antifrizin -əsası-disrillə olunmuş su ilə etilenqlikolun (və ya propilenqlikolun )
qarışıdır.Etilenqlikol və ya monoetilenqlikol-iki atomlu spirtdir, rəngsiz,özlü,sıxlığı
1.112-1.113 q/sm
3
olan zəhərli mayedir,dəridən insan orqanizminə daxil ola bilər.
Etilenqikolun qaynama temperaturu 195
o
C,donma +temperaturu isə 12-...13
o
C –yə
yaxındır. Etilenqlikol –su qarışığı soyutma sisteminin detallarının materiallarına qarşı
(polad,çuqun, alüminimum,mis ,latun ,lehim) aqressivdir.Buna görə də antifrizə
müxtəlif aşqarlar qatılır: korroziyaya qarşı (ingibitorlar),köpüklənməyə qarşı və
stabilləşdirici. Antifrizin donma dərəcəsi onun tərkibində olan su ilə etilenqlikolun
nisbətindən asılıdır. Propilenqlikolun xüsusiyyətləri etilenqlikola uyğundur,lakin o daha
az zəhərlidir, qiyməti isə etilenqlikoldan 10 dəfə bahadır. Tosol (Rusiya) və
ya Total
(Almaniya) istehsalçı tərəfindən antifrizə verilən addır,bəzən istehsal çılar antifrizi
xüsusi olaraq adlandırmır,yalnız onun donma tempuraturunu göstərirlər (məs.,
OЖ-40 və ya ОЖ-65).Tossol 40,burada 40 mayenin -40 C-də donmağa (kristallaşmağa)
başladığını göstərir.Uzaq şimalda Tossol A-65 istifadə olunur və o mənfi 65
o
C-də
də donmağa başlayır.Tossol A-40 və ya Tossol A-65 aşqarlar əlavə olunmuş su ilə
etilenqlikolun qarışığıdır.ASTM D 3306,ASTM D 4656 - minik avtomobi 4656 -
minik avtomobilləri üçün,ASTM D 4985 və ASTM D 5345 -isə ağır şəraitdə işləyən
böyük yükgötürmə qabiliyyətli avt-rdə və qurğularda istifadə edilir. Antifrizlər özündə
müxtəlif üstünlükləri birləşdirir.Onlar korroziyaya qarşı, köpüklənməyə qarşı
xüsusiyyətlərə malikdir və praktiki olaraq ərp şəklində adi çöküntülər yaratmır,belə
ki,onların tərkibində distillə olunmuş su daxildir. Buna görə də sistemə yalnız
distillə olunmuş su əlavə etmək olar.Antifrizm üstünlüklərindən biri də qaynama
tempuraturunun suya nəzərən xeyli yüksək olmasıdır.Rezin qol borular və şlanqlar
mühərrikin soyutma köynəklərini termosrat,nasos.radiator və genişlənmə çəni ilə
birləçdirmək üçün istifadə olunur.Mühərrikin soyutma sisreminə salonun isidicinin
də daxildir. Qaynar soyyducu maye isidicinin radiarorundan keçir və avt-bilin salonuna
verilən havanı qızdırır. Salonda havanın temperaturu kran vasitəsi ilə nizamlanır,sürücü
onunla isdicinin radiarorundan keçən maye axınını artırır və ya azaldır.Hava ilə
soyutma sistemində---soyutma səthini artırmaq üçün mühərrikin silindrləri və
silindrlər başlığı qabırğalarla təchiz edilir.Soyuducu hava dirsəkli valdan hərəkətə
gətirilən güclü
ventilyatorla verilir.Hava silindrlərə xüsusi örtüyün köməyi ilə
istiqamətləndilir və onların bərabər soyudulması təmin edilir. Qızmış hava xaricə-
ətraf mühitə,qapağı olan ağzı gen xüsusi borudan keçərək çıxır.Sürücü tərəfindən
və ya avtomatik olaraq qapaq fırladıldıqda soyudulma intensivliyi dəyişir,mühərrikin
optimal temperatur rejimi təmin edilir.Mayeli soyutma sistemi ilə müqayisədə
hava ilə soyutma sisteminin əsas üstünlüyü onun istismarının sadəliyi və aşağı mənfi
temprraturlarda sıradan çıxmasının mümkün olmamasıdır.