• “Tərəflər”
  • MÜQAVİLƏNİN MÜDDƏTİ
  • TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ HÜQUQLARI
  • Podrat müqaviLƏSİ №




    Download 99.5 Kb.
    bet1/4
    Sana30.09.2022
    Hajmi99.5 Kb.
    #26620
      1   2   3   4
    Bog'liq
    1 Azərbaycan VAN HONG Ceramics Co. MMC


    MÜQAVİLƏ № Q/001


    Bakı şəhəri “____” ________ 2022-ci il
    Bundan sonra “Sifarişçi” adlandırılacaq, “Azərbaycan VAN HONG Ceramics Co.” MMC-nin direktoru AAAAAAAAAA bir tərəfdən və bundan sonra “İcraçı” adlandırılacaq, “Geo Company” MMC-nin direktor səlahiyyətlərini icra edən Həsənov Allahverdi (VÖEN 1307578461) şəxsində digər tərəfdən (hər iki tərəf bir yerdə “Tərəflər” adlandırılacaq), aşağıdakı şərtlərlə bu Müqaviləni bağladılar:

    1. MÜQAVİLƏNİN PREDMETİ

      1. Bu Müqavilənin predmetinə əsasən “İcraçı” Ağstafa Köhnəqışlaq sahəsinin geoloji-kəşfiyyat xidmətlərini həyata keçirir (bundan sonra “Xidmətlər” adlandırılacaq), Sifarişçi isə öz növbəsində tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində təqdim edilmiş Xidmətlərin dəyərini bu Müqavilənin razılaşdırılmış şərtləri çərçivəsində İcraçıya ödəyir.

      2. İcraçı təsdiq və bəyan edir ki, bu Müqavilə üzrə nəzərdə tutulmuş müvafiq Xidmətlərin icrası üçün Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş icazə və ya lisenziyalara və keyfiyyət qədər işçi heyətinə sahibdir.


    1. MÜQAVİLƏNİN MÜDDƏTİ

    2.1. Müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 31.12.2022-ci il tarixinədək qüvvədədir.
    2.2. Müqavilə üzrə 1.1-ci bənddə göstərilən xidmətlərin icra müddəti “İcraçı” tərəfindən 3 (üç) ay ərzində yerinə yetirir.
    2.3. Müqavilə müddətinin bitməsi Tərəfləri bu müqavilə üzrə üzərinə düşən icra edilməmiş öhdəliklərin icrasından azad etmir. Buna müvafiq olaraq Tərəflər müqavilə üzrə üzərinə düşən öhdəliklərin icrasını tam təmin etdikdən sonra müqavilə xitam olunmuş sayılır.



    1. TƏRƏFLƏRİN ÖHDƏLİKLƏRİ VƏ HÜQUQLARI



      1. Sifarişçinin hüquqları:

        1. İcraçı tərəfindən bu Müqavilə üzrə nəzərdə tutulan Xidmətlərin vaxtlı-vaxtında və razılaşdırılmış kəmiyyət və keyfiyyət normaları çərçivəsində həyata keçirilməsini tələb etmək;

        2. Xidmətlərin təqdim edilməsi prosesinə və keyfiyyətinə istənilən zaman hər hansı bir məhdudiyyət tətbiq edilmədən nəzarət etmək;

        3. İcraçı tərəfindən Xidmətlər yerinə yetirilmədiyi və ya keyfiyyətsiz surətdə yerinə yetirildiyi halda, bu barədə İcraçıya xəbərdarlıq etmək və nöqsanların əvəzsiz olaraq aradan qaldırılmasını tələb etmək, həmçinin, müvafiq nöqsanlar aradan qaldırılanadək Müqavilə üzrə ödənişlərin icra edilməsini hər hansı bir məsuliyyət daşımadan dayandırmaq;

        4. Xidmətlərin təqdim edilməsi zamanı İcraçının əməkdaşları tərəfindən Sifarişçinin mülkünə vururulmuş zərərin İcraçı tərəfindən dərhal kompensasiya edilməsini tələb etmək və ya belə zərərin məbləğini ödənişi nəzərə tutulan müvafiq fakturaların ümumi məbləğindən azaltmaq;

        5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.

      2. Sifarişçinin öhdəlikləri:

        1. İcraçının tələb edilən kəmiyyət və keyfiyyət normaları çərçivəsində həyata keçirdiyi Xidmətlərin dəyərini tam şəkildə və razılaşdırılmış müddət ərzində İcraçıya ödəmək;

        2. “Sifarişçi” “İcraçı”nı aparılacaq dağ-qazma işləri üçün ekskovator (traktor) ilə təmin edir.




        1. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər öhdəliklər.




      1. İcraçının hüquqları:

        1. Bu Müqavilə üzrə təqdim etdiyi Xidmətlərə görə müəyyənləşdirilmiş xidmət haqqının tam şəkildə və razılaşdırılmış müddət ərzində ödənilməsini Sifarişçidən tələb etmək;

        2. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər hüquqlar.




      1. İcraçının öhdəlikləri:

        1. Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi və bu Müqavilə ilə müəyyən olunmuş tələblərə uyğun olaraq, Xidmətləri peşəkar səviyyədə, keyfiyyətlə və vaxtlı-vaxtında göstərmək;

        2. Xidmətlərin təqdim edilməsi zamanı öz əməkdaşları tərəfindən əməyin mühafizəsi normalarına riayət edilməsini təmin etmək, Xidmətlərin təqdim edilməsi zamanı baş verə biləcək hər hansı bir bədbəxt hadisələrə görə Sifarişçiyə hər hansı bir iddia irəli sürməmək;

        3. Tərəflər arasında qarşılıqlı tərtib olunmuş və razılaşdırılmış ardıcıllıq və qrafik üzrə Xidmətlərin yerinə yetirilməsini həyata keçirmək;

        4. Xidmətlərin icrası üçün tələb olunan avadanlıq, ləvazimat və sərfiyyat materiallarını öz hesabına təmin etmək;

        5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər öhdəliklər.





    1. Download 99.5 Kb.
      1   2   3   4




    Download 99.5 Kb.