• XİDMƏTLƏRİN DƏYƏRİ VƏ ÖDƏNİŞ QAYDASI
  • TƏTBİQ OLUNAN QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ




    Download 99.5 Kb.
    bet2/4
    Sana30.09.2022
    Hajmi99.5 Kb.
    #26620
    1   2   3   4
    Bog'liq
    1 Azərbaycan VAN HONG Ceramics Co. MMC

    TƏTBİQ OLUNAN QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

      1. Bu Müqavilə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyə əsasən tərtib edilmişdir və “Tərəflər”in bu müqavilə ilə əhatə olunmayan hüquq və vəzifələri həmin qanunvericiliyə əsasən müəyyən edilməlidir.

      2. “Tərəflər” bu Müqavilədən irəli gələn bütün mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışmalıdırlar.


    1. XİDMƏTLƏRİN DƏYƏRİ VƏ ÖDƏNİŞ QAYDASI

      1. Bu Müqavilə üzrə Sifarişçi tərəfindən veriləcək sifarişlər əsasında təqdim ediləcək xidmətlərin tərkib hissəsi, dəyəri və digər xüsusiyyətləri bu Müqavilənin ayrılmaz tərkib hissəsi hesab edilən Əlavələrdə müəyyən ediləcəkdir.

      2. İcraçı Sifarişçiyə Xidmətlərin icrasının sonu məlumatları özündə əks etdirən Təhvil-Təslim Aktı göndərəcəkdir.

      3. Sifarişçi belə Təhvil-Təslim Aktını imzalamalı, tarixi qeyd etməli və İcraçıya qaytarmalıdır, əks təqdirdə bu aktı aldıqdan 5 (beş) iş günü ərzində İcraçıya aktı imzalamaqdan əsaslandırılmış imtina göndərməlidir. Xidmətlərin tam və keyfiyyətli şəkildə göstərilməməsi halında, Sifarişçi təhvil-təslim aktını imzalamaqdan imtina etmək və hər hansı bir əlavə ödəniş etmədən Xidmətlərin lazımi keyfiyyətdə və qaydada göstərilməsini tələb etmək hüququna malikdir.

      4. Bu Müqavilə üzrə ödənişlər Sifarişçi tərəfindən müvafiq hesab-faktura, elektron qaimə faktura təqdim edildikdən və müvafiq təhvil-təslim aktı imzalandıqdan sonra bu Müqavilədə qeyd edilən qaydada imzalanmış təhvil-təslim aktı əsasında 45 (qırx beş) iş günü ərzində bank köçürməsi yolu ilə ödənilməlidir. Ödəniş müddəti bu bənddə qeyd edilən hər 3 (üç) nüans həyata keçirildikdən sonra başlanmış hesab edilir.

      5. Bu Müqavilənin tətbiqi nəticəsində meydana çıxan, Azərbaycan Respublikası ərazisində əmələ gələn, Müqavilənin müddəti ərzində toplanan və ya bundan sonra toplanacaq, Azərbaycan Respublikası və ya digər ölkənin müvafiq dövlət orqanının təyin etdiyi, Tərəflərin cavabdeh olduğu, gəlir, mənfəət, şirkət vergiləri və kapital artımı, dövriyyə və əlavə dəyər vergisi daxil olmaqla, lakin bununla məhdudlaşmayan bütün vergilər, rüsumlar, xərclər və təzminatlar (həmçinin onların üzərinə əlavə edilmiş hər hansı faizlər, penyalar və cərimələr) hər bir Tərəf tərəfindən müstəqil surətdə ödənilir.

      6. Bank köçürməsi zamanı tərəflərin hər biri xidmət həyata keçirdiyi bankda bütün bank komissiyaları və digər ödənişlər üzrə xərcləri müstəqil şəkildə ödəyir.



    1. Download 99.5 Kb.
    1   2   3   4




    Download 99.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    TƏTBİQ OLUNAN QANUNVERİCİLİK VƏ MÜBAHİSƏLƏRİN HƏLLİ

    Download 99.5 Kb.