• MARAQLARIN TOQQUŞMASI
  • HÜQUQLARIN SAXLANMASI VƏ ÖTÜRÜLMƏSİ
  • DİGƏR ŞƏRTLƏR
  • MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAM ŞƏRTLƏRİ




    Download 99.5 Kb.
    bet3/4
    Sana30.09.2022
    Hajmi99.5 Kb.
    #26620
    1   2   3   4
    Bog'liq
    1 Azərbaycan VAN HONG Ceramics Co. MMC

    MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAM ŞƏRTLƏRİ

    1. Bu Müqavilə bağlandığı andan hüquqi qüvvəyə minir və 1 (bir) il müddətində etibarlıdır.

    2. Sifarişçi bu Müqaviləni Xidmətlərin icrası zamanı İcraçıya 15 (on beş) təqvim günü əvvəlcədən şifahi və ya yazılı bildiriş verməklə xitam edə bilər.

    3. Bu Müqaviləyə aşağıdakı şərtlər çərçivəsində Sifarişçi tərəfindən dərhal və birtərəfli olaraq xitam verilə bilər:

      1. İcraçı tərəfindən üzrsüz səbəblərdən öz öhdəliklərinin davamlı olaraq icra edilməməsi və ya lazımınca icra edilməməsi;

      2. İcraçı tərəfindən Sifarişçinin işgüzar nüfuzuna zərər gətirə biləcək əməllərin edilməsi hallarında (antikorrupsiya haqqında qanunvericiliyin pozulması və digər oxşar hallar);

      3. Müqavilənin ləğvi ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda;

      4. Qanunvericilikdə nəzərdə tutulan digər hallar.

    4. Tərəflər bu Müqavilənin hüquqi qüvvəsinin sona çatması və ya xitamı səbəbindən heç bir halda hər hansı kompensasiya, zərər və ya digər ödənişin edilməsinə cəlb edilə bilməz.




    1. MARAQLARIN TOQQUŞMASI

      1. Tərəflər zəmanət verir ki, bu Müqavilə üzrə götürülmüş öhdəliklərlə bağlı maraqların toqquşmasına səbəb olan öhdəlik yaxud məhdudiyyətə malik deyildirlər.

      2. Nəticədə, Tərəf digər Tərəfi uyğunsuzluqlar, müdaxilələr yaxud maraqların toqquşması ilə əlaqədar kənar şəxslərin qaldırdığı iddialardan müdafiə və azad edir.




    1. HÜQUQLARIN SAXLANMASI VƏ ÖTÜRÜLMƏSİ

      1. Müqavilədə xüsusi olaraq başqa qayda müəyyən olunmadığı halda, Tərəflər Müqavilə və qanunlara əsasən bir-birlərinə qarşı istifadə edə biləcəkləri hüquq və öhdəlikləri özlərində saxlayırlar.

      2. İcraçı Sifarişçinin qabaqcadan yazılı razılığı ilə hazırkı Müqavilə üzrə hüquq və öhdəliklərini hər hansı üçüncü tərəfə ötürə bilər.

      3. Sifarişçi İcraçıya yazılı məlumat verməklə hazırkı Müqavilə üzrə hüquq və öhdəliklərini hər hansı üçüncü tərəfə ötürməkdə sərbəstdir.


    1. DİGƏR ŞƏRTLƏR

      1. Bu Müqavilə Tərəflər arasında bütün öhdəlikləri əks etdirir və Tərəflər arasında bundan əvvəl bağlanmış bütün müqavilələr və anlaşmaları əvəz edir və onlara xitam verir. Burada qeyd olunanlar istisna olmaqla, Tərəflər arasında Müqavilənin predmeti ilə bağlı şifahi və yaxud yazılı əldə edilmiş heç bir öhdəlik yoxdur.

      2. Bu Müqavilə, burada məxsusi olaraq göstərilən hüquq və öhdəliklər istisna olmaqla, Tərəflər üçün əlavə hüquq və ya öhdəlik yaratmır.

      3. Bu Müqavilənin bütün əlavələri və dəyişiklikləri onun tərkib hissəsini təşkil edərək yalnız yazılı şəkildə yerinə yetirildikdə və hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalandıqda etibarlıdır.

      4. Hər hansı səbəbə görə bu Müqavilənin istənilən şərti öz hüquqi qüvvəsini itirsə və ya etibarsız hesab olunsa, bu Müqavilənin başqa şərtlərinə təsir etmir. Tərəflər ixtilaf və ya mübahisə yaradan, yaxud etibarsız olan hissənin dəyişdirilməsi, yeni mətndə verilməsi, yaxud çıxarılması ilə əlaqədar qarşılıqlı müzakirə aparmağı öhdələrinə götürürlər.

      5. Tərəflər bir-birinə ödəniş, bank, digər məlumatlardakı dəyişikliklə, habelə ünvan dəyişiklikləri barədə, belə dəyişikliklərin qüvvəyə mindiyi gündən ən geci 10 (on) təqvim günü ərzində yazılı qaydada məlumat verməlidirlər.

      6. Bu müqavilə Azərbaycan dilində, 2 (iki) nüsxədə tərtib edilmişdir, nüsxələr eyni hüquqi qüvvəyə malikdir, Tərəflərin imza və möhürü ilə təsdiq edildiyi andan qüvvəyə minir və nüsxələrdən biri Sifarişçidə, digəri isə İcraçıda saxlanılır.





    1. Download 99.5 Kb.
    1   2   3   4




    Download 99.5 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    MÜQAVİLƏNİN MÜDDƏTİ VƏ XİTAM ŞƏRTLƏRİ

    Download 99.5 Kb.