Python proqramlaşdırma dili




Download 2.46 Mb.
Pdf ko'rish
bet1/89
Sana10.05.2022
Hajmi2.46 Mb.
#20613
  1   2   3   4   5   6   7   8   9   ...   89
Bog'liq
Python-azV3





Python proqramlaşdırma dili 
1
Abdulla Qəhrəmanov, İlahə Cəfərova 
PYTHON
proqramlaşdırma dili 
Bakı – 2015 
 
 



A.Qəhrəmanov, İ.Cəfərova 
 
 
Python dilinin populyarlığının başlıca səbəblərindən 
biri digər proqramlaşdırma dillərinə nisbətən daha 
sadə olmasıdır. Python dilinin sintaksisi çox aydın və 
anlaşıqlıdır. 
Sizə təqdim edilən “Python proqramlaşdırma dili” adlı 
bu kitab Azərbaycan dilli oxucu üçün nəzərdə 
tutulmuşdur. Bu kitabda material sadə dildə 
verilmişdir və məzmun nümunələrlə müşayiət olunur.
Python dilini ilk dəfə öyrənənlər və bu dildə baza 
bilikləri olanlar bu kitabdan bəhrələnə bilərlər.
 
 
 
 
 
 
 
 
 
ISBN 978-9952-8293-1-0 
 
 
 
 
 
© “Müəllim” Nəşriyyatı, 2015 


Python proqramlaşdırma dili 
3
Əziz oxucu! 
2015-ci il Azərbaycan təhsilində çoxlu sayda novator ideyaların tətbiqi ili kimi 
yadda qalacaq. Bu yeniliklərdən biri də İnformatika fənninin tədrisində Python 
proqramlaşdırma dilinin təhsil prosesində istifadə edilməsidir. Bu o deməkdir ki, 
Python dilinin tətbiqi ilə Azərbaycanda proqramlaşdırma sahəsində yeni dövr 
başlayır. Əlbəttə ki, Azərbaycan dilində bu sahədə ədəbiyyatın olması bu işin 
daha da səmərəli təşkilində böyük rol oynayır. Təəssüf ki, bu günə qədər Python 
proqramlaşdırma dili üzrə ciddi bir ədəbiyyat mövcud deyil. 2015-ci ildə nəşr 
edilən VIII sinif üçün “İnformatika” dərsliyindəbu dil haqqında müəyyən həcmdə 
məlumat verilmişdir. Ancaq bu məlumatın azlığı Azərbaycan dilli oxucu üçün bu 
dilə olan marağı tam ödəmir. 
Son illərdə Python dilinin populyarlığı çox artıbdır. 2015-ci ilin müxtəlif reytinq 
cədvəllərinə görə dünyanın ən yaxşı proqramlaşdırma dilləri arasında Python dili 
3-6-cı yerlərdə yerləşir. ABŞ-da təhsil sistemində istifadə edilən proqramlaşdırma 
dilləri arasında Python dili birinci yer tutur. Bir çox şirkətlər öz Web-
layihələrində (məsələn, Google, YouTube, Yandex və s.) Pythondan olduqca geniş 
istifadə edirlər. Bu sıraya MIT (Massaçusets Texnologiya İnstitutu) və NASA da 
daxildir.
Python dilinin populyarlığının başlıca səbəblərindən biri digər proqramlaşdırma 
dillərinə nisbətən daha sadə olmasıdır. Python dilinin sintaksisi çox aydın və 
anlaşıqlıdır. 
Python dilinin populyar olmasının səbəblərindən biri də İnternetdə çoxlu sayda 
Python sevərlərin icmalarının olmasıdır.
Təəssüflər ki, Azərbaycanda bu günə kimi bu dil populyarlıq qazanmayıb. 
Düşünürəm ki, 2015-ci il Python dilinin Azərbaycanda tətbiqi üzrə dönüş ili 
olacaq.
Python dili ilk dəfə proqramlaşdırmanı öyrənənlər üçün ən əlverişli dildir.
Sizə təqdim edilən “Python proqramlaşdırma dili” adlı bu kitab bu boşluğu 
doldurmaq üçün edilən ilk cəhdlərdən biridir (bəlkə də birincidir). Bu kitabın 
hazırlanmasında çoxlu sayda mənbələrdən istifadə edilsə də, özəllilik və sadə dil 
üslubu əsas meyarlar olmuşdur. Çalışmışıq ki, material daha çox nümunələrlə 
müşayiət edilsin və dili sadə olsun. Düşünürük ki, 6 aylıq zəhmətimiz hədər 
getməyib. Amma yenə də son qiymət sən oxucunun ixtiyarındadır.
Kitab haqqında arzularınızı, istəklərinizi və xüsusilə tənqidi fikirlərinizi aşağıdakı 
ünvanlara bildirə bilərsiniz: 

Download 2.46 Mb.
  1   2   3   4   5   6   7   8   9   ...   89




Download 2.46 Mb.
Pdf ko'rish