Python proqramlaşdırma dili




Download 2.46 Mb.
Pdf ko'rish
bet3/89
Sana10.05.2022
Hajmi2.46 Mb.
#20613
1   2   3   4   5   6   7   8   9   ...   89
Bog'liq
Python-azV3

 
 


Python proqramlaşdırma dili 
7
PYTHON (Ön söz əvəzi) 
Python
—masaüstü kompüterlər üçün nəzərdə tutulan bütün əməliyyat sistemlərində işləyən 
proqramlaşdırma dilidir. Python proqramlaşdırma dili 20 ildən artıqdır ki, yaradılıb və hələ 
də daim təkmilləşdirilir. Python dilinin yaradılması ideyası 1980-cı illərdə yaranıb və 1989-
cu ilin dekabr ayında Hollandiya (Niderland) riyaziyyat və informatika mərkəzinin işçisi 
Qvido van Rossum (Guido van Rossum) tərəfindən yaradılmağa başlanıb.
Qvido o dövrdə Britaniyanın BBC kanalının “Monti Python hava sirki” adlı komediya 
seriyasının fanatı idi. Bu proqramın şərəfinə yaratdığı dili Python adlandırıb. Yəni ilkin 
variantda dilin adının piton ilanı ilə heç bir əlaqəsi olmayıb. Sonradan dilin loqosunda piton 
ilanının şəklindən istifadə edilməyə başlanıb. 
16 oktyabr 2000-cildə dilin populyar 2.0 versiyası istifadəyə verilib.
Python 3.0 versiyası 3 dekabr 2008-ci ildə işıq üzü görüb.
Hal-hazırda onun köhnə 2-ci versiyası və müasir 3-cü versiyası mövcuddur. Bu versiyalar 
arasında ilk baxışda o qədər də fərq görünməsə də, prinsipial uyğunsuzluqlar var. 2-ci 
versiya artıq inkişaf etdirilmir, ancaq hələ də işlənir. Çünki bu versiya üçün çoxlu sayda 
proqramlar və kitabxanalar hazırlanıb. Biz 3-cü versiyadan istifadə edəcəyik. Bu kitabda 
verilən bütün nümunələr 4 fevral 2015-ci il buraxılışı olan Python 3.4.3 versiyasında 
yoxlanılıb. Düşünürük ki, gələcək versiyalarda elə də prinsipial dəyişikliklər olmayacaq. 
Python
— interpretasiya edilən müasir universal proqramlaşdırma dilidir. İnterpretasiya 
edilən proqramlaşdırma dilinin əsas xüsusiyyəti ondan ibarətdir ki, bu dildə yazılan ilkin 
proqram kodu birbaşa mərkəzi prosessor ilə yerinə yetirilən (kompilə edilən dillərdən fərqli 
olaraq) maşın koduna çevrilmir. Xüsusi proqram-interpretator vasitəsilə icra edilir. Onun 
üstünlükləri aşağıdakılardır:
1. 
Krossplatformalı və pulsuzdur. 

Download 2.46 Mb.
1   2   3   4   5   6   7   8   9   ...   89




Download 2.46 Mb.
Pdf ko'rish