• Maşın kodu;  Aşağı səviyyəli proqramlaşdırma dili – Assembler;  Yüksək səviyyəli dillər;  Obyekt-yönümlü dillər.
  • Proqram. Translyator. Python proqramlaşdırma dili




    Download 2.46 Mb.
    Pdf ko'rish
    bet6/89
    Sana10.05.2022
    Hajmi2.46 Mb.
    #20613
    1   2   3   4   5   6   7   8   9   ...   89
    Bog'liq
    Python-azV3

    Proqram. Translyator. Python proqramlaşdırma dili 
    Proqram konkret icraçı üçün nəzərdə tutulmuş təlimatlar toplusudur. İcraçı deyəndə müxtəlif 
    növ kompüterlər, avtomatlar, rəqəmsal məişət avadanlıqlar və s. nəzərdə tutulur.


    10 
    A.Qəhrəmanov, İ.Cəfərova 
    Bildiyimiz kimi bütün rəqəmsal avadanlıqlar (kompüter, məişət cihazları və s.) ikilik say 
    sistemi ilə işləyən icraçılardır. Deməli həmin icraçıların konkret iş görməsi üçün hazırlanan 
    proqramlar (təlimatlar) da ikilik say sistemində işləyirlər. İxtiyari icraçının mikroprosessoru 
    modelindən asılı olaraq müəyyən sayda idarəedici əmrlərə malikdir. Bütün icra olunan 
    proqramlar həmin ikilik koda malik əmrlərdən təşkil olunublar. İlk kompüterlər üçün 
    proqramlar ikilik kodda yazılırdı. Mən özüm də 1973-cü ildə ilk proqramımı ikilik say 
    sistemində yazmışam (A.Q.). Əlbəttə ki, bu qaydada proqram yazmaq xüsusi peşəkar 
    hazırlıq tələb edirdi. Buna görə proqramlaşdırma işini asanlaşdırmaq üçün proqramlaşdırma 
    dilləri yaradılmağa başladı və bu proses hələ də davam edir.
    Proqramlaşdırma dili proqram yazmaq üçün (adətən kompüter üçün) nəzərdə tutulmuş 
    formal dildir. 
    Proqramlaşdırma dillərinin evolyusiyasının əsas mərhələləri aşağıdakılardır: 

    Maşın kodu; 

    Aşağı səviyyəli proqramlaşdırma dili – Assembler; 

    Yüksək səviyyəli dillər; 

    Obyekt-yönümlü dillər. 
    Aşağı səviyyəli dil (Assembler) prinsipcə maşın kodu şəklində verilmiş əmrlərin Müəyyən 
    hərflərlə işarə edilməsi yolu ilə yaradılmasıdır, prinsipcə bu elə maşın kodunda yazılmış 
    əmrlərə yaxındır. Siyahıdan göründüyü kimi, evolyusiyanın daha inkişaf etmiş səviyyəsində
    yüksək səviyyəli dillər və obyekt-yönümlü dillər yer tutur. Bu dillərin əsas xüsusiyyəti 
    onların insan dilinə yaxın formal dil olmasıdır. Belə çıxır ki, yüksək səviyyəli dildə və 
    obyekt-yönümlü dildə hazırlanmış proqram kodu icraçıda (bizim halda kompüterdə) icra 
    olunmaq üçün maşın koduna çevrilməlidir. Bu həmin dillərin əskiklikləri hesab edilə bilər. 
    Əlbəttə ki, bu əlavə vaxt və əlavə xərc deməkdir.
    Ancaq üstünlüklər çoxdur. Birinci həmin dillərdə proqram yazmaq çox asandır. Çünki, 
    formal dil özü insana daha anlaşıqlıdı, deməli vaxt nöqteyi-nəzərincə proqram hazırlanması 
    müddəti azalır. İkincisi, bu dillərdə yazılan proqram kodu daşınandır. Bu o deməkdir ki, 
    həmin dillərdə yazılmış proqramlar kiçicik dəyişiklik edilməklə (bəzən də tam olduğu kimi) 
    müxtəlif tipli kompüterlərdə icra oluna bilər. Aşağı səviyyəli dildə yazılmış proqram yalnız 
    konkret bir növ kompüterdə icra olunmaq üçün hazırlanır. Digər növ kompüterdə icra 
    olunmaq üçün yenidən yazılmalıdr.
    Bizim öyrənəcəyimiz Python dili də yüksək səviyyəli obyekt-yönümlü proqramlaşdırma 
    dilləri qrupuna aiddir. Yəqin ki, Siz C++, PHP, Java kimi proqramlaşdırma dilləri ilə də 
    tanışsınız, ya da onlar haqqında eşitmişiniz.
    Sadaladığımız üstünlüklər nəticəsində artıq demək olar ki, bütün proqramlar yüksək 
    səviyyəli və obyekt-yönümlü dillərdə yazılır. Aşağı səviyyəli dillər çox az sayda xüsusi 
    proqramları yazmaq üçün istifadə edilir.
    Translyator
    – hər hansı yüksək səviyyəli proqramlaşdırma dilində hazırlanmış proqramın 
    ilkin kodunun maşın dilinə çevirən xüsusi proqramdır. Yəni, proqramlaşdırma dilində 


    Python proqramlaşdırma dili 

    Download 2.46 Mb.
    1   2   3   4   5   6   7   8   9   ...   89




    Download 2.46 Mb.
    Pdf ko'rish

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Proqram. Translyator. Python proqramlaşdırma dili

    Download 2.46 Mb.
    Pdf ko'rish