Akseptor səviyyələri. Fərz edək ki, Ge kristall qəfəsində atomların bir hissəsi III qrup elementi (Al, In) ilə, məsələn, indiumla əvəz edilmişdir. Dörd yaxın qonşusu ilə kimyəvi əlaqə yaratmaq üçün In-un bir valen elektronu çatışmır. Başqa sözlə, kimyəvi rabitələrdən biri dolmamış boş qalır. Bu boş rabitə (yer) özünü müsbət yüklü zərrəcik, yəni deşik kimi aparır (şək.1.8.2). Bu deşik aşqar atomu ilə zəif kimyəvi əlaqədə olur. Ona enerji verdikdə, deşik asanlıqla öz atomundan ayrılır və sərbəstləşir.
Zona nəzəriyyəsi baxımından In atomlarının boş səviyyələri qadağan zonasında valent zonasının tavanına çox yaxın, təxminən 0,01eV məsafədə yerləşir. Çox aşağı temperaturlarda valent zonasındakı elektronlar bu boş səviyyələrə keçir. In atomu ilə əlaqəyə girən bu elektronlar bağlı halda olur və keçiricilikdə iştirak etmir. Elektrik keçiriciliyində valent zonasındakı deşiklər iştirak edir.
Şək.1.8.2.
Yarımkeçiricinin valent zonasında elektronları qəbul edən aşqarlar akseptor aşqarları, onların yaratdığı enerji səviyyələri isə akseptor səviyyələri adlanır. Akseptor aşqarlı yarımkeçirici p-tip və ya akseptor yarımkçirici adlanır.
|