olur. Məsələn, ən çox istifadə olunan yarımkeçiricilərdə qadağan olunmuş zonanın eni: Ge- , Si- , GaAs- .
Deyilənlərdən aydın olur ki, keçiricilər ilə qeyri-keçiricilər arasında aşağıdakı prinsipial fərq var: keçiricilərdə istənilən halda böyük miqdarda sərbəst yükdaşıyıcılar var və kiçik elektrik sahəsinin tə’siri ilə onlar istiqamətlənmiş hərəkət edərək cərəyanın keçməsində iştirak edirlər. Qeyri-keçiricilərdə isə sərbəst yükdaşıyıcılar yoxdur, onların yaranması və maddədən cərəyanın keçməsi üçün müxtəlif xarici həyəcanlandırıcı tə’sirlər, məsələn istilik enerjisi, şüalanma, qüvvətli elektrik sahəsi və s. tələb olunur.
Bundan başqa yarımkeçirici və dielektrik materialları bir-birindən kristal quruluşuna görə, yükdaşıyıcıların növü və elektrikkeçiriciliyinin mexanizminə görə, bir çox elektrofiziki, optik, fotoelektrik, istilik və s. xassələrinə görə fərqlənirlər.
|