Radiolampalardan




Download 0,63 Mb.
bet7/15
Sana01.01.2020
Hajmi0,63 Mb.
#7650
1   2   3   4   5   6   7   8   9   10   ...   15
1.6. Keçirici, dielektrik yarımkeçiricilərin zona strukturu

Enerci zonalarının elektronlarla tutulmasına görə bərk cisimlər iki böyük qruppa ayrılır: keçiricilər və qeyri-keçiricilər.



Birinci qrupa o cisimləri aid edirlər ki, onlarda tamamilə dolu enerji zonasından yuxarıda elektronlarla qismən tutulmuş zona yerləşir (şək.1.6.1, a).

Şək.1.6.1.


Qismən dolu zolaqlar birici qrup elementlərinin kristallarında müşahidə edilir, məsələn, qələvi metallarda. Tam dolu zolağın boş zolaq və ya qismən dolu zolağın üzərinə düşməsi ilə də tam dolmayan zolaq almaq olar (şək.1.6.1, b), məsələn, Be və nadir torpaq elementləri. Qismən dolu enerji zonası metallara aiddir, yəni belə kristallar yaxşı keçiricidir. Metallarda qəbul edilir.

İkinci qrup cisimlərdə tam dolu enerji zonası üzərində tam boş zolaq yerləşir (şək.1.6.1, c). Belə cisimlərə misal olaraq dördüncü qrup elementlərini (C, Si, Ge, Sn) və bir sıra kimyəvi birləşmələri- metal oksidlərini, nitridləri, karbidləri, qələvi metalların halogenlərini və s. göstərmək olar.



Kristalla xarici elektrik sahəsi tətbiq etdikdə, birinci növ cisimlərdə elektronlar əlavə enerji qazanaraq qismən dolu enerji zonasında boş yerlərə keçərək elektrik keçiriciliyində iştirak edir. Belə maaddələr yaxşı keçiricidirlər.

İkinci qrup cisimlər üçün elektronlarla tutulmuş valent zonası tamamilə doludur. Fərz edək ki, qadağan zonası kifayət qədər genişdir. Başqa sözlə, valent zonası keçirici zonadan böyük enerji intervalı ilə ayrılmışdır. Belə kristalla xarici elektrik sahəsi tətbiq etdikdə, dolu zona daxilində elektronlar istiqamətli hərəkət edə bilmir, onların qazandığı əlavə enerji isə yuxarı boş zonaya keçməyə kifayət etmir. Nəticədə, belə kristalların elektrik keçiriciliyi praktiki sıfırdır. Qadağan zonasının eninə görə ikinci qrup kristallarını şərti olaraq dielektriklərə və yarımkeçiricilərə bölürlər. Adətən dielektriklərdə , yarımkeçiricilərdə isə
Download 0,63 Mb.
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Download 0,63 Mb.