(1.5.1) tənliyiyndəki funksiyası periodik funksiyadır, yəni kristall daxilində potensial sahəsi periodik dəyişir. Tənliyi həll etmək üçün ifadəsinin analitik şəklini bilmək lazımdır.
Kristalda potensial enerjinin paylanmasını təsvir edən modellərdən biri Kroninq-Penni modelidir (şək.1.5.1). Bu modeldə kristalda potensialın paylanması düzbucaqlı çüxur və çəpərlə əvəz edilmişdir. Belə sadələşmə məsələnin məhiyyətini dəyişmir, tənliyin həlli isə sadələşir.
Funksiyanın amplitud qiyməti periodikdir və onun periodu qəfəsin perioduna bərabərdir, yəni . Kroninq-Penni modelinə əsasən kristall üçün birelektronlu yaxınlaşmada Şredinger tənliyinin həlli göstərir ki, elektronun enerjisi müəyyən intervallar üzrə dəyişir. Bu intervallar enerjinin qadağan olunmuş qiymətləri ilə məhdudlaşır.
Bərk cisimlərin fiziki xaassələri əsasən valent və həyəcanlanmış elektronlarla müəyyən olunur. Bu baxımdan həmin elektronların yaratdığı enerji zonaları əhəmiyyət kəsb edir və bərk cisimlərin enerji diaqramında məhz bu zonalar göstərilir. Valent zonası ilə keçirici zona arasındakı qadağan olunmuş enerji intervalı qadağan zonası adlanır və kimi işarə olunur. Valent zonasının yuxarı hissəsi (tavanı) adətən , keçirici zonanın dibi isə kimi işarə olunur (şək.1.5.2). Enerji zonalarının eni artdıqca qadağan olunmuş zonaların eni azalır. Temperatur və təzyiq dəyişdikdə enerji zonalarının eni, eləcə də qadağan olunmuş zonaların eni dəyişir. Enerji zonaları çoxlu sayda bir-birinə çox yaxın enerji səviyyələrindən ibarətdir. Məsələn, zonanın eni 1 eV-sa, həmin zonadakı səviyyələr arasındakı fərq 10-22eV tərtibində olur, yə’ni enerji zonası daxilində enerjinin kvazikəsilməz dəyişdiyini qəbul etmək olar.
Valent zonasında olan elektronlar qadağan zonasını keçərək keçirici zonaya daxil olur və keçiricilikdə iştirak etməyə- elektrik sahəsinin təsir altında hərəkət etməyə başlayırlar.