|
Kanal kommutasiya metodu(KK)
|
bet | 11/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134863 |
Bog'liq DOC-20231205-WA0020.Kanal kommutasiya metodu(KK):Ümumi istifadəli telefon şəbəkələrində(ÜİTŞ) uzun illər ərzində ancaq KK metodu tətbiq edilmiş və hələ də qismən də olsa istifadə edilməkdədir. KK metodunun xarakterik cəhəti odur ki, abunəçilər ünvan informasiyasını verməmişdən əvvəl onlar arasında birbaşa danışıq kanalı yaradılır və yalnız bundan sonra istifadəçilər ilkin ünvanları əsasında(verici mikrofon və qəbuledici telefon arasında) real vaxt ərzində, telefon kanalları (traktları) məşğul edilir.
Məlumat kommutasiya metodu: Bu metodun xarakterik cəhəti odur ki, stansiyanın verici və qəbuledici stansiyalar arasında əvvəlcədən birləşdirici trakt təşkil edilmir, əksinə məlumatın əvvəlində, təqdim edilən ünvana görə, lazımi istiqamətdə ancaq məlumatı vermək üçün rabitə kanalı təşkil edilir.
Paket kommutasiya metodu(PK): Hal-hazarda yeni istismara verilən kommutasiya sistemlərində PK metodundan geniş istifadə edilir. Bu metodda analoq formasında olan ilkin informasiya seli əvvəlcə,xüsusi texnologiya və alqoritm əsasında, rəqəm formalı informasiya selinə-düzbucaqlı impulslar-simvollar ardıcıllığına çevrilir(müasr kommutasiya sistemində bu funksiyanı yerinə yetirən qurğu şlyuz adlanır) və yalnız bundan sonra paketlər formasında rabitə kanalları ilə (virtual və deytaqram(verilənlər) rejimində verilişi təşkil edilir. Bu halda kanalla artıq analoq seli və ya rəqəm seli deyil,paket selləri translyasiya edilir.
Hibrit kommutasiya metodu-(ATM və cəld kommutasiya metodu),həm paket həm də məlumat-ların kommutasiyası metodu ilə işləyən şəbəkələrə aiddir.
26. Kanal kommutasiya metodu.
Kanal kommutasiya metodu(KK):Ümumi istifadəli telefon şəbəkələrində(ÜİTŞ) uzun illər ərzində ancaq KK metodu tətbiq edilmiş və hələ də qismən də olsa istifadə edilməkdədir. KK metodunun xarakterik cəhəti odur ki, abunəçilər ünvan informasiyasını verməmişdən əvvəl onlar arasında birbaşa danışıq kanalı yaradılır və yalnız bundan sonra istifadəçilər ilkin ünvanları əsasında(verici mikrofon və qəbuledici telefon arasında) real vaxt ərzində, telefon kanalları (traktları) məşğul edilir.
KK metodunun nöqsan cəhəti odur ki, kommutasiya stansiyasından keçməklə iki son terminal arasında təşkil edilən birləşmə traktı, fasilələrin olması nəticəsində, vaxta görə faydalı iş əmsalı olduqca aşağı olur.Danışıq növlü informasiya selinin verilişi prose- sində kanalların məşğul olması baxımından vaxta görə səmərəliliyinin azalması tələb olunur və çağırış sellərinə lazım olan xidmət keyfiyyətini təmin etmək üçün birləşdirici xətt(BX) dəstələrinin sayının artırılmasını tələb edir. KK metodu əsasında fəaliyyət göstərən kommutasiya sistemləri(kommutasiya stansiyaları) üçün əsas keyfiyyət xarakteristikaları(kriteriyası),itkili xid- mət sistemində çağırışlara xidmət keyfiyyəti(itki ehtimalı),gözləmə xidmət sistemində isə gözləmə müddətidir. Həm itki, həm də gözləmə ehtimalı kimi parametrlər standart normativlərə malikdir və bunları BTİ öz qərarları ilə tövsiyyə etmişdir.
|
| |