|
Məlumat kommutasiya metodu
|
bet | 12/40 | Sana | 11.01.2024 | Hajmi | 0,59 Mb. | | #134863 |
Bog'liq DOC-20231205-WA0020.27. Məlumat kommutasiya metodu.
Məlumat kommutasiya metodu: Bu metodun xarakterik cəhəti odur ki, stansiyanın verici və qəbuledici stansiyalar arasında əvvəlcədən birləşdirici trakt təşkil edilmir, əksinə məlumatın əvvəlində, təqdim edilən ünvana görə, lazımi istiqamətdə ancaq məlumatı vermək üçün rabitə kanalı təşkil edilir.
`Məlumatlar selinin verilişində yaranan fasilə müddətlərində eyni rabitə kanalı digər məlumatların verilişi üçün istifadə edilir. Bu kommutasiya üsulunda məlumatlar seli şəbəkəyə kod şəklində (paketlərə bölünməsi) daxil edilir və bir kommutasiya mərkəzindən n digərlərinə ötürülə-ötürülə gətirilib çağırılan abunəçinin qoşulmuyş kommutasiya mərkəzinə çatdırılır və oradan istifadəçiyə ötürülür. Bu halda kommutasiya stansiyasına (qovşağına) daxil olan məlumatlar seli və ya onun müəyyən hissəsi yaddaş qurğusuna (bufer yaddaşına) daxil olub yadda saxlanılır. Sonra isə məlumatın ilkin ünvanına görə istiqamətin ünvan təhlil edilir və onun tələb edilən istiqamətlər üzrə verilməsi və xidmət olunması üçün növbəyə qoyulur(düzülür). Məlumatların kommutasiyası metodunda məlumatlar selinə gözləmə xidmət sistemində xidmət edilir və əsas keyfiyyət xarakteristikası məlumatların orta gecikmə müddəti hesab edilir. Məlumatların kommutasiyası metodu verilənlərin kommutasiyası, faksmil rabitə, elektron poçt rabitəsi kimi rabitə növlərinin təşkilində istifadə edilir. Adları sadalanan rabitə növləri real vaxt tələb etmir. Kanal kommutasiya metodu ilə müqayisədə, məlumatların kommutasiyasında kanalların səmərəliliyi kifayət qədər yüksək olur, ümumi traktın ayrı-ayrı sahələrində müxtəlif tezlik diapazonlu kanallardan istifadə etmək imkanı yaranır və ən vacibi məlumatların kommutasiyası mərkəzində məlumatların paket selləri qeyd edilməklə yanaşı onların qısa və uzun müddətli yadda saxlanılması prosesi təmin edilir. Ümumiyyətlə, adları sadalanan metodların hər birinin özünə məxsus spesifik müsbət və mənfi cəhətlərinin olması ilə fərqlənir. Odur ki, müəyyən növ informasiya selinə xidmət etmək üçün müəyyən şəraitdə olduqca səmərəli nəticələr verir.
|
| |