• 16. Analoq siqnallarının kodlanması.
  • AİM tipli siqnalların parametrləri




    Download 0,59 Mb.
    bet8/40
    Sana11.01.2024
    Hajmi0,59 Mb.
    #134863
    1   ...   4   5   6   7   8   9   10   11   ...   40
    Bog'liq
    DOC-20231205-WA0020.

    15. AİM tipli siqnalların parametrləri.
    Amplitud implus modulyasiyası siqnalların rabitə xətləri ilə ötürülməsinin məhdud olması danışıq siqnallarının çevrilməsinin başqa üsullarının axtarılması məcburiyyəti yaratmışdır. Belə üsullardan biri analoq siqnallarının implus kod modulyasıyalı (İKM) üsulu ilə çevrilməsidir. Bu üsulun əsasını V.A.Kotelnikov qoymuşdur. V.A.Kotelnikov teoreminə görə diskretləşmə tezliyi analoq siqnalının maksimum tezliyindən 2 dəfə çox olmalıdır. Analoq siqnallarının İKM siqnallarına çevrilməsi prosesi 3 ardıcıl mərhələdən ibarətdir. Bunlar aşağıdakılardır.

    1. Diskretləşmə -analoq siqnalının zamana görə öz tərkib hissələrinə ayrılması;

    2. Kvantlama-zamana görə diskretləşdirilmiş siqnalın səviyyəyə görə yuvarlaqlaşdırılması;

    3. Kodlama –kvantlanmış siqnalın kodlanması;

    İKM-ı mahiyyət etibarı ilə siqnalın formasının kodlanması deməkdir. Lakin bu zaman kanalın tezlik zolağına daha ciddi tələblər irəli sürən mürəkkəb alqoritmlər tələb olunur.
    Kodlamanın alqoritmləri aşağıdakılardır.
    -Siqnalın xarakterindən asılı olaraq kvantlanma parametrləri dəyişdirilir. Bu parametr kvantlama addımı adlanır və dəyişən kəmiyyətdir. Onu asanlıqla idarə etməklə tələb edilən səviyyədə yaranan nöqsanları aradan qaldırmaq mümkündür;
    -Siqnalların formasının kodlanması üsullardan biri də differensial kodlanma və ya xətti kodlanma adlanır. Bu halda giriş siqnalını birbaşa kodlamaq əvəzinə iki giriş siqnalı arasındakı vaxt müddəti kodlanır. Buna differensial İKM metodu deyilir
    16. Analoq siqnallarının kodlanması.
    Rəqəmli kommutasiya və veriliş sistemlərinin sxemlərinin işlənməsinin nəzəri əsaslarının səmərəli texniki qərarlarının (ideyaların) axtarışı, tarixən güclü elmi-tətqiqat işləri ilə əlaqədar ol- muşdur. Bu sahəyə bənzəri olmayan görkəmli elm adamları özlərinin süurlu həyatlarını həsr etmişlər(Naykvist, Kotelnikov, Bell, Şennon və s.). Kommutasiya və rəqəmli veriliş texnikası sahəsində aparılan bir çox elmi-praktik tətqiqat işlərinin əsasını analoq formalı siqnalların çevrilməsi, onların rabitə xətləri(traktları, elektrik dövrələri) ilə ötürülməsi (retranslyasiyası), kommutasiya sahəsində kommutasiya edilməsi və stansiyalararası rəqəm traktları ilə son istifadəçilərə çatdırılması metodları təşkil edir. Bu sahədə aparılan elmi-tətqiqat işləri çoxsaylı elmi kəşflər, ixtiralar və görkəmli elm fədailərinin adı ilə birbaşa bağlıdır. Elektrik siqnallarının rabitə xətlə- ri(kanalları) ilə veriliş metodları, rabitə qovşaqlarında(tele- fon stansiyalarında), səs (danışıq) tipli siqnalların (informasiya sellərinin) kommutasiyası, onların rəqəm formasına çevrilməsi,retranslyasiyası, modulyasiyası(demodulyasiyası),s ıxılması (genişləndirilməsi), kodlanması,kod çevrilməsi və bəzi başqa proseslər ilə əlaqədar olmuşdur. Aparılan işlərin par- laq nəticəsindən sonra əvvəlcə kvazielektron, sonra elektron, daha sonralar isə rəqəmli kommutasiya sistemlərinin, hal-hazırda isə paket kommutasiyalı kommutasiya sistemlərinin (stasionar və ya mobil rabita sistemlərinin) yaradılmasının elmi-bazasının təşkilində görkəmli rol oynamışdır.Elektron-rə- qəm kommutasiya sistemlərinin qurulma və işləmə prinsiplərini öyrənmək üçün ilkin olaraq analoq impuls modulyasi- ya(AIM) metodları əsasında modulyasiya, analoq formalı siqnalların rəqəm formasına əksinə çevrilməsi prosesləri ilə əlaqədardır.Rabitə xətləri(elektrik dövrələri) ilə informasiya sellərinin verilməsi metodları ixtira edilib,kəşf ediləndən sonra elektron kommutasiya sistemlərinin qurulma ideyası real- laşmışdır. Elektron kommutasiya sistemlərinin qurulması və iş prinsipini başa düşmək üçün, analoq siqnallarının rəqəmli siq- nallara çevrilməsi prosesini öyrənmək lazım gəlir. Məlumdur ki, kommutasiya stansiyalarına qoşulan müxtəlif kateqoriyalı abunəçi-telefon,yükmənbələrindən daxil olan informasiya selləri-yəni analoq formalı siqnalları rəqəm seli formasına çevirmədən rəqəmli kommutasiya sistemlərini qurmaq mümkün deyildir.Bu ideyanın banisi kimi görkəmli rus alımi, Nobel mükafatçısı akademik V.A.Kotelnikov sayılır (1933-cü il). Məhz Kotelnikov öz görkəmli elmi işləri ilə sübut etmişdir ki, aşağı tezlik spektri ilə məhdudlanan(yerləşən) analoq formalı siqnalları, özünün elementar ani qiymətləri formasında göstərmək olur(tarixi məlumatlara əsasən bu işlərlə əslində ilk dəfə Şennon məşğul olmuşdur və ona görə Kotelnikovun ilk olması tarixi cəhətdən səhfdir, lakin onun bu sahədə gördüyü işlərin sonrakı inkişafında görkəmli xidmətlərini danmaq mümkün deyildir).

    Download 0,59 Mb.
    1   ...   4   5   6   7   8   9   10   11   ...   40




    Download 0,59 Mb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    AİM tipli siqnalların parametrləri

    Download 0,59 Mb.