• _____________________________________________________________________ Tətbiq sahəsi
  • ______________________________________________________________________ Texniki göstəricilər
  • Tətbiq vasitələri
  • Tətbiq edilən zaman diqqət edilməli şərtlər
  • Qablaşdırma
  • Sağlamlıq və təhlukəsizlik şərtləri
  • Təhlükəsizlik xəbərdarlıqları
  • Reviziya tarixi: 01/01/2013 azpol yaxta laki uretan-alkid əsaslı parlaq lak Ünvan: Bakı şəhəri, Albalıq qəs. Sifariş üçün əlaqə nömrəsi




    Download 307 Kb.
    bet1/5
    Sana02.03.2022
    Hajmi307 Kb.
    #678
      1   2   3   4   5



    REVIZIYA TARIXI: 01/01/2013
    AZPOL YAXTA LAKI
    Uretan-alkid əsaslı parlaq lak Ünvan:
    Bakı şəhəri, Albalıq qəs.
    Sifariş üçün əlaqə nömrəsi:
    (+994 12)453 90 50
    Fax: (+994 12)453 90 33
    E-mail: office@nb group.az
    www.nbgroup.az
    Məhsul haqqında ümumi anlayış:
    Alifatik izosianatla modifiyə edilmiş alkid əsaslı, antiseptik əlavəli, bir komponentli
    parlaq yaxta lakıdır.Şəffafdır, taxtanın təbii rəngini dəyişmir. Astarlanmış səthlərin
    üzərinə vurularkən sürtünməyə müqavimətini , dekorativ görkəmini və parlaqlığını uzun
    müddət qoruya bilir. Atmosfer təsirlərinə, günəş işığına, suya, nəmə, maye səthi aktiv maddələrə qarşı dayanıqlıdır. Tez quruyur, elastikdir,səthə yaxşı yayılır və möhkəm yapışır, göbələk və ziyanlı böcəklərə qarşı dayanıqlıdır.
    ______________________________________________________________________Tətbiq_sahəsi'>_____________________________________________________________________
    Tətbiq sahəsi:
    Azpol yaxta lakı qorunması tələb olunan hər cür taxtadan istehsal edilmiş müxtəlif çeşidli qapı, pəncərə, taxta hasarlar, inşaat elementləri, dəniz nəqliyyat vasitələrinin taxta hissələrinin üzərinə dekorativ və qoruyucu örtük olaraq istifadə edilə bilər. Daxili və xarici məkanlar üçün nəzərdə tutulub.
    ______________________________________________________________________
    Texniki göstəricilər:
    Rəngi: Şəffaf, rənqsiz
    Parlaqlıq dərəcəsi: ≥90% (600)
    Quru çöküntü: 56±1,0% (аğırlıqca), 52±1,0% (həcmcə)
    Qalınlıq: 25-35 mikron quru halda qalınlıq nəm
    48-68 mikron qalınlığa ekvivalentdir.
    Nəzəri sərf norması: 19-20 m2/litr (25 mikron quru film)
    Praktiki sərf norması: Faktiki itgilər nəzərə alınmalıdır.
    Rəngləmə qaydası: Havasız püskürtmə, fırça, rulo

    Quruma müddəti: Növbəti qatın rənglənmə müddəti
    Temperatur toz quruma tam quruma minimum maksimum
    müddəti müddəti
    _____________________________________________________________________
    100C 12 saat 36 saat 36 saat məhdud deyil
    150C 8 saat 30 saat 30saat məhdud deyil
    250C 6 saat 24 saat 24 saat məhdud deyil
    Tənzimləyici məlumatlar:
    Alışma tempraturu : 330C
    Məhsulun sıxlığı: 0,91- 0,93 kg/litr
    Viskozite, 250C,Din cap 4 150-180 saniyə
    UAB(uçucu üzvi birləşmələr) : ortalama 421 gr/litr (UK-PG6/23(92)
    Səthinin hazırlanması:
    Taxta səth ən əvvəl cilalama makinası ilə cilalanıb tozdan silinib təmizlənməli, səthin
    üzərində kir, yağ və ləkələr olduqda səthi aktiv maddə ilə və ya kimyavi maddə ilə
    təmizlənməli və sonra təmiz su ilə bir daha silinməlidir. Azpol Yaxta lakı vurulan səth quru
    və təmiz olmalıdır. Cilalanıb təmizlənmış səth qaralmaması üçün dərhal dolğu ilə və yaxud
    parket lakının özü ilə bir qat astarlanmalıdır. Astarlanmış səthə 24 saat sonra Azpol Yaxta
    lakı vurula bilər. Lak vurulmazdan əvvəl səth yüngül cilalanmalı, tozdan təmizlənməli və
    sintetik tinerlə silinib səth azacıq yumşaldılmalıdır ki, son qat lak səthə möhkəm yapışsın.
    Tətbiq vasitələri: Havasız püskürtmə, təbii fırça, tüksüz rulo.
    İncəltmə nisbəti: 4-5% Azpol Aztiner-lə durulaşdırılır.
    Tövsiyə edilən astarlar: Corella taxta qoruyucular rəngsiz və rəngli də ola bilir,
    Corella sellulozik dolğu lakı, İki komponentli Poliuretan
    Dolğu lakı. İstənilən astar 1 və ya 2 qat vurula bilər.
    Vurulma qaydaları: Cilalanmış, tövsiyə edilən astarlarla astarlanmış səth yüngül
    narın şkurka ilə cilalanlanımalı, silinib qurudulmalıdır. Azpol Yaxta lakı lazımı qədər sintetik
    tinerlə durulaşdırılır, homogen olana qədər qarışdırılır və tətbiq vasitələri ilə istənilən
    görüntüyə bağlı səthə 3-4 qat vurula bilər. Qatlar arası müddət gözlənilməlidir.
    Tətbiq edilən zaman diqqət edilməli şərtlər:
    = Azpol Yaxta lakı istifadə edilməzdən əvvəl öz qutusunda
    homogen hala gələnə qədər qarışdırılmalıdır;
    = Ətrafın temperaturu +50C +350C olması tövsiyə edilir;
    = Qatlar arası gözləmə 5-6 saatdan çox olarsa səth narın
    şkurka ilə yüngül cilalanmali və silinməlidir;
    = Tətbiq edilən səth quru , təmiz və tozsuz olmalıdır;
    = Tətbiq üçün təbii ,yumşaq tüklü fırçadadan istifadə edilməlidir;
    = İş günü ərzində tam istifadə edilməyən lak qutuları qapaqla
    kip bağlanmalı , təhlükəsiz yerdə saxlanmalıdır;
    = İşin sonunda tətbiq vasitələri və avadanlıq sintetik tinerlə
    yuyulub təmizlənməlidir,istifadə edilmiş tiner ayrı qaba yığılmalıdır;
    = Təhlükəsizlik tədbirlərinə əsasən tullantılar və istifadə olmuş
    boş lak qutuları ətraf mühitdən təcrid olunaraq, xüsusi ayrılmış
    yerlərdə saxlanmalıdır, tullantılar kanalizasiyaya atılmamalıdır;
    = Tövsiyə edilən və diqqət edilməli şərtlərə riayət edilməlidir.
    Saxlama şərtləri: Günəş işıgı düşməyən və havalandırması olan məkanlarda
    ağzı kip bağlı orijinal qablarda, 0-350C temperaturda,saxlama müddəti 3 ildir.
    Qablaşdırma: 0,75lt.; 2,5lt.; 12lt metal qablarda.
    Öncə görülən təhlükəsizlik tədbirləri:
    Azpol Yaxta Lakı əsasən sənaye məişət tikintiləri üçün nəzərdə tutulduğuna görə
    sifarişçiyə məhsulla birlikdə təhlükəsizlik tədbirləri haqqında təlimatlar təqdim olunur.
    Laklama işləri aparılan zaman ortamda insan orqanizminə təsir edə bilən sintetik tinerin
    qoxusu yayıla bilər.Belə hallarda xüsusi qoruyuculardan və ventelyasiya sistemindən
    istifadə edilməlidir ,ətraf havalandırılmalıdır.
    Sağlamlıq və təhlukəsizlik şərtləri
    Təhlükə xəbərdarlıqları:
    R 10: Alovlana bilər. Alışma tempraturu 330 C
    R 20/21/ 22: Udulduqda, dəri və tənəffüs ilə təmasda olduqda sağlamlığa ziyandır.
    R 36/37/38 : Qoruyucu eynək və respiratordan istifadə edin.
    R 51: Yalnız yaxşı havalandırması olan yerdə istifadə edin
    Təhlükəsizlik xəbərdarlıqları:
    S 2: Uşaqlardan uzaq yerdə saxlanılmalı.
    S 3/7/9 : Sərin yerdə , ağzı qapalı, orijinal qablaşdımada saxlanılmalı.
    S 16: Yanıcı mənbələrdən uzaq saxlanılmalı.
    S 24/25: Göz ,üz və dəri ilə təmasda olmasından qorumalı.
    S 29: Kanalizasiya və su kanallarına atılmamalı.
    S 46: Dəriyə və gözə düşdükdə bol su və sabunla
    yuyulmalı, udulduqda həkimə müraciyət edilməlidir.
    Diqqətinizə çatdırılır: Məhsuldan istifadə edən şəxslər bu sahə üzrə mütəxəssis olmalı və
    əlavə məlumatları tam bilməlidir. İlk dəfə istifadə etdikdə istehsalçı ilə məsləhətləşməli və
    nəzəri məlumatları əldə etmək, təlimatlarlı öyrənmək vacibdir.


    Download 307 Kb.
      1   2   3   4   5




    Download 307 Kb.

    Bosh sahifa
    Aloqalar

        Bosh sahifa



    Reviziya tarixi: 01/01/2013 azpol yaxta laki uretan-alkid əsaslı parlaq lak Ünvan: Bakı şəhəri, Albalıq qəs. Sifariş üçün əlaqə nömrəsi

    Download 307 Kb.