44
Dielektrik
nüfuzluğunun
qiyməti
kondensator
lövhələrinin formasından, onlar arasındakı məsafədən asılıdır.
Qazların dielektrik nüfuzluğu
Qazlarda molekullararası məsafənin böyük olması
nəticəsində onların sıxlığı çox aşağıdır. Ona görə də, bütün
qazların dielektrik nüfuzluğunun qiyməti kiçikdir və dielektrik
nüfuzluğu vahidə yaxındır.
Qazlarda əsasən elektron polyarlaşma ola bilər,
lakin
polyar qazlar üçün də elektron polyarlaşması əsas rol oynayır.
Qazların dielektrik nüfuzluğu təzyiq və temperaturdan
asılıdır. Qazların dielektrik nüfuzluğunun temperaturadan
asılılığı onların vahid həcmdəki molekulların sayı ilə təyin
olunur. Vahid həcmdəki molekulların sayı isə təzyiqlə düz,
mütləq temperaturla tərs mütənasibdir.
Havanın dielektrik nüfuzluğuna nəmliyin təsiri aşağıdakı
kimidir:
Havanın nisbi nəmliyi,
0
50
100
Dielektrik nüfuzluğunun
qiyməti
1,00058
1, 00060
1,00064