Polimerlər.
Dielektriklər içərisində yüksək malekulyar
üzvü materiallar olan polimerlər xüsusi əhəmiyyətə malik-
dirlər. Yüksək molekulyarlı maddələr təbiətdə rast gəlinən
sellüloz, ipək, kauçuk və s. materiallardır.
Süni sürətdə alınan yüksək malekulyar materiallar iki
sinfə bölünür:
1.
Yüksək molekulyar təbii maddələrin kimyəvi emalı yolu
ilə hazırlanan süni materiallar;
2.
Elektrik izolyasiya texnikasında və texnikanın digər sa-
hələrində tətbiq olunan aşağı malekulyar cisimlərdən
hazırlanan yüksək molekulyar sintetik materiallar.
Bu materialların çoxu ucuz və asan əldə oluna bilən
maddələrdən (neft, qaz, kömür və s.) alınır. Buna görə də, belə
materialların olduqca müxtəlif məqsədlər üçün, o cümlədən
elektrik izolyasiya məqsədi ilə işlənilməsi, öyrənilməsi və
tətbiqi durmadan genişlənir.
Təcrübi vacib olan yüksək molekulyar birləşmələr öz
kimyəvi təbiəti etibarı ilə polimerlərdir, yəni onların mole-
kulları çoxlu sayda olmaqla eyni quruluşlu atomlar qrupundan
təşkil edilir ki, bu maddələr monomerlər adlanır.
Monomerdən polimer alınması reaksiyası polimerizasiya
adlanır. Polimerizasiya zamanı molekulyar kütlə artır, ərimə
və qaynama temperaturu yüksəlir, özlülük artır. Polimerizasiya
59
nəticəsndə maddə qaz və ya maye vəziyyətindən qatı, daha
sonra isə bərk cismə çevrilir.
Müəyyən şəraitdə (nisbətən yüksək temperatur, mexani-
ki emal və s.) polimer daha az dərəcəli polimerizasiyaya
ayrılır. Bu proses depolimerizasiya adlanır.
Polimerlər xətti və fəza polimerlərinə ayrılır. Xətti po-
limerlər zəncir və ya xətt şəkilində olurlar. Fəza polimerlərinin
molekulları bərabər istiqamətdə olmaqla üç ölçülü olurlar.
Təcrübədə polimerlərin qızmasına görə onlar iki qrupa
ayrılır: termoplastik və termoreaktiv materiallar.
Termoplastik materiallar kifayət qədər aşağı temper-
aturda bərk, qızdırdıqda isə yumşalır, asanlıqla deformasiya-
lara məruz qalır; onlar müəyyən məhlullarda əriyə bilir, dönən
prosesə malikdir.
Termoplastik materiallar qrupuna əks olan termoreaktiv
materiallar qızma zamanı dönməyən xüsusiyyətə malik olur:
belə ki, onlar qızdırılarkən əriyir, sonra isə bərkiyərək yüksək
mexaniki möhkəmliyə malik olaraq ərimə xüsusiyyətini itirir.
Əgər elektrik izolyasiyası istismar zamanı yüksək temperatur
təsirinə yumşalmadan və deformasiyaya uğramadan mexaniki
möhkəmliyini saxlamaqla, maye toxunarkən dayanıqlığını
saxlamaqla (misal üçün, yağ transformatorunun dolaq izolya-
siyası) davam gətirməlidirsə, belə izolyasiya üçün termoplastik
materiallar uyğun gəlir.
Qeyd olunmalıdır ki, son zamanlar yüksək qızmaya da-
vamlılığa malik olan termoplastik materialların tətbiqi
genişlənir. Buraya polietilen, polipropilen, polivinilxlorid,
polikarbonat və s. termoplastik materiallar aiddir. Bu material
məftil və kabel istehsalında geniş tətbiq olunur.
60
Hazırda termoplastik materiallar dünya elektrotexnika
sənayesinin tələb etdiyi polimer materiallarının 75%-dən
çoxunu təşkil edir.
|