56
Şəkil 2.20.
Getinaksın görünüşü
Getinaks müxtəlif qalınlıqlarda və ölçüdə istehsal
olunur. Getinaks yüksək və alçaq gərginlikli aparatlar
istehsalında və rabitə texnikasında tətbiq olunur.
Tekstolit
də getinaks kimi hazırlanır, ançaq burada
hopdurulmuş parçadan istifadə olunur. İstifadə olunan
parçadan asılı olaraq pambıq parça istifadə etdikdə tekstolit,
şüşə parça olduqda steklotekstolit adlanır. Getinaksa nisbətən,
tekstolit 5-6 dəfə baha olur. Elektrik maşınlarının yuva
izolyasiyasında, o cümlədən stator yuva civlərinin (klinlərin)
hazırlanmasında tekstolitdən istifadə olunur. Ondan şit,
konstruktiv materiallar və s. hazırlanılır.
Kombinə olunan qatlı plastiklər tekstogetinaks adlanır.
Bunların daxili qatları kağızdan, xarici qatları isə hər iki
tərəfdən parçadan ibarətdir.
İplik parçadan olan teksolitin işçi temperaturu -60 ÷
+105
0
S intervalındadır.