2.9.
Bərk dielektriklər
51
Bərk dielektriklər istehsalına, quruluşlarına, sturukturlarına
tərkiblərinə görə olduqca müxtəlifdirlər və onları aşağıdakı
qruplara ayırmaq olar:
► Lifli izolyasiya mterialları
► Qatlı plastiklər
► Şüşə və asbest
► Polimerlər, plastik kütlələr və kauçuk
► Keramik materiallar
► Slüda və onun əsasında olan materiallar
Lifli izolyasiya materialları
Lifli materiallar elektrotexnikada geniş istifadə edilir və
bunlar ayrı-ayrı nazik, elastik elementlərdən - liflərdən təşkil
olunurlar. Liflər uzunluğunun diametrinə nisbətən böyük
olmaları ilə fərqlənir. Məsələn, pambıq liflərin uzunluğu
25mm, qalınlığı isə 0,015mm, kətan liflərdə isə bu ğöstəricilər
uyğun olaraq 25 və 0,002 mm-dir. Şüşə liflərin diametri 0,003-
0,05mm, karton liflərdə isə 0,01-0,03mm-ə qədər dəyişir.
Şəkil 2.17.
Bərk dielektrik materiallar
52
Lifli materiallar təbii və sintetik olmaqla iki yerə
bölünür.
Təbii liflər
bitki, heyvan və mineral mənşəli olurlar.
Pambıq, kətan, kağız, ağac-bitki mənşəli, ipək, yun-heyvan
mənşəli, asbest-mineral mənşəli təbii liflərə aiddir.
Sintetik liflər
poliamid, poliefir və polistrol material-
larından alınır.
Lifli materialların üstünlüklərinə onların kifayət qədər
yüksək mexaniki möhkəmliyə və elastikliyə malik olmaları,
emal edilmələrinin asan, ucuz olması, çatışmazlığına
hiqroskopik olmaları, elektrik möhkəmliyinin və istilik
keçiriciliyinin aşağı olmaları aiddir.
Ağac
elektrik izolyasiya və konstruktiv material olub,
ucuzdur, asan emal olunur və geniş yayılmışdır. Yüksək
hiqroskopiklik; keyfiyyətinin hətta eyni növ üçün standart
olmaması, aşağı istiliyə və yanmaya davamlılıq ağacın
çatışmazlıq cəhətidir. Parafində, kətan yağında və müxtəlif
qətranlarla hopdurulandan sonra ağacın xüsusiyyəti yüksəlir.
Ağcaqayın, vələs, palıd, çökə və s. - dən ağac materialı kimi
istifadə olunur.
Ağac elektrotexnikada yağ açarları və ayrıcılarda
intiqalın
ştanqası
kimi,
kəsən
açarın
dəstəyi,
transformatorlarda
konstruktiv
detal
kimi,
elektrik
maşınlarında yuva izolyasiyası kimi tətbiq edilir.
Kağız və karton
qısa lif quruluşlu vərəqə və ya rulon
şəkllində material olub sellülozdan hazırlanır.
Elektrotexniki kağızlara kabel, telefon, hopdurma, sarğı
və kondensator kağızları aiddir.
53
Kabel kağızları
standarta görə KП, KПM, KПB, KBУ,
KBM və KBMУ markalarında buraxılır (K - kabel; B-yüksək
gərginlikli; M-çoxqatlı; U-gücləndirilən), sonrakı rəqəmlər
(0,15÷240) mikrometrlə kağızın qalınlığını göstərir.
K və KM markalar gərginliyi 35kV-a kimi olan kabellərdə,
KB, KBУ markalar U=35kV və daha çox olan halda, KBM və
KBMУ markalar isə U≥110 kV olan halda tədbiq olunur.
|