54
eni 12÷750 mm olur. Kondensator kağızlarının kiçik qalınlığı
onlardan hazırlanan kondensatorun xüsusi tutumunun yüksək
olmasını təmin edir.
Kartonlar
kağızlardan qalınlıqlarının çox olmaları ilə
fərqlənirlər. Kartonlar havada işləmək üçün ЭB markalı, yağda
işləmək üçün isə ЭM markalı hazırlanılır. ЭB markalı
kartonlar, nisbətən, bərk və elastiki hazırlanır, elektrik
maşınlarında yuva izolyasiyası kimi tətbiq edilir. ЭM markalı
isə yumşaq olmaqla yağ transformatorlarında tətbiq olunur.
Elektrik izolyasiya kartonları
= 0,3...3
mm
qalınlıqda
olmaqla ağac və pambıq sellülozundan istehsal edilir.
Sellüloz əsaslı karton.
Karton kağızından əsasən
qalınlığının böyük olması ilə fərqlənir. Elektroizolyasiya
kartonları iki növə ayrılır; yağda və havada işləyən kartonlar.
Yağda işləyən karton, qalınlığı 1-6 mmintervalında,
maxsimum 3x4m formatda vərəq şəklində buraxılır. Onlar
sulfat sellülozundan və ya sulfat sellülozu ilə pambıq
sellülozunun qatışığından alınır.