69
dağılması (deşilməsi) deməkdir. Bu proses enerji itkisinə səbəb
olur və onun elektrik qurğularında yaranmasına yol
verilməməlidir.
Qazşəkilli dielektriklərə qiymət vermək üçün onların
voltamper xarakteristikaları aşağıdakı qayda ilə çıxarılır. Tutaq
ki, elektrodlar arasında hər hansı həcmdə qaz kütləsi vardır. Bu
qaz kütləsi həcminə (elektrodlara) gərginlik verildikdə
yüklənmiş qaz hissəciklərinə elektrik sahəsinin gərginliyi (E)
təsir edəcək. Bunun təsirindən qaz həcminin elektron və ionları
bir elektroddan o birisinə hərəkət etməyə başlayacaqlar. Bu
zaman əmələ gələn cərəyanın gərginlikdən asılılığı
voltamper
xarakteristikası ilə ifadə olunur və qrafiki olaraq aşağıdakı
voltamper xarakteristikası ilə göstərilir (şəkil 2.23.).