81
bağlı olan böyük gərginliklərə dözməlidir. Müxtəlif amillərin
dielektriklərə təsirini başa düşmək vacib olduğundan gəmiyə
təsir edən bu amillər ardıcıl olaraq araşdırılmışdır.
Dielektrikdə müxtəlif amillərin təsirindən yaranmış
qüsur, sistemin işləməməsinə səbəb olur. Ona görə də, bu cür
anlayışların araşdırılmasının üstünlüyü ətraf mühitə vurulan
ziyana və iqtisadi itkilərin azaldılmasına, həmçinin qəzaların
qarşısının alınmasına gətirib çıxarır.
III. KEÇİRİCİ VƏ YARIMKEÇİRİCİ MATERİALLAR
3.1. Elektrik keçirici materiallar
Elektrik cərəyanı keçirən materiallar bərk, maye və
müəyyən şəraitdə qaz halında istifadə edilir.
Bərk materiallara
metal və onların ərintiləri aiddir.
Metal keçiricilərdən normal temperaturda xüsusi müqaviməti
≤ 0,05 mkOm.m olan yüksək müqavimətli keçiricilər və
0,3
mkOm
olan ərintiləri göstərmək olar. Yüksək keçiricikli
metallar məftillərdə, kabellərdə, maşın və transformatorların
dolağında, yüksək müqavimətli ərintilər
rezistor,
elektrik
qızdırıcı cihazlar və közərmə lampalarının telində tətbiq
olunur. Olduqca aşağı temperaturda həddən çox kiçik xüsusi
müqaviməti olan yüksək keçiricilikli materiallar xüsusi
əhəmiyyətə malikdir.