See discussions, stats, and author profiles for this publication at




Download 4,11 Mb.
Pdf ko'rish
bet32/100
Sana03.06.2024
Hajmi4,11 Mb.
#259676
1   ...   28   29   30   31   32   33   34   35   ...   100
Bog'liq
Elektrotexnikimateriallar-drsvsaiti20201

Şəkil 2.21. 
Tekstolitin ümumi görünüşü 


57 
Şüşə və asbest. 
Müxtəlif oksidlərin mürəkkəb 
sistemindən ibarət olan şüşə qeyri-üzvi amorf maddədir. 
Buraya SiO
2
, B
2
O
3
oksidləri ilə yanaşı, Na
2
O, K
2
O, Al
2
O
3
- də 
daxildir. Bir çox şüşələrin tərkibini SiO
2
təşkil edir və bunlar 
silikatlar adlanır. Tərkibindən və emal rejimindən asılı olaraq 
şüşənin xassələri geniş sərhəddə dəyişir. Elektrotexniki 
şüşənin təyinatlarından asılı olaraq aşağıdakı növləri vardır: 
• Kondensator şüşəsi (kondensator izolyasiyası kimi istifadə 
olunur); 
• Quraşdırma şüşəsi (teleqraf, antena, keçid və dayaq 
izolyasiyası kimi istifadə olunur); 
• Lampa şüşəsi (işıqlanma və elektron lampalarının 
balonlarının hazırlanması). 
Elektrotexnikada şüşə lifi və şüşə parça geniş istifadə 
olunur. Qalın şüşə kövrək, nazik şüşə isə elastiki olur. Şüşə 
sapı, lenti və parçası yüksək qızmaya davamlı elektrik 
qurğularının dolaqlarının istehsalında tətbiq olunur. 
Asbest - lifli quruluşa malik olan minerallar qrupundan 
ibarətdir. Asbest istehsalında 3MgO·2SiO
2
·H
2
O (xrizotil) 
tərkibli minerallardan istifadə olunur. 
Elektrotexnikada asbest sap, lent, parça və karton 
şəklində istilik və elektrik izolyasiya materialları kimi istifadə 
olunur. Asbestin elektrik izolyasiya xüsusiyyəti yüksək deyil, 
gərginlik və yüksək tezlik qurğularında tətbiq olunmur. 
Asbest əsasında olan materiallara elektronit və asbose-
ment aiddir. Elektronit plastik kütlə olub, əlaqələndirici kimi 
kauçukdan, aşqar kimi asbest lifindən ibarətdir. Elektronit 
qaınlığı 0,1-6 mm olan vərəqələr şəklində buraxılır. Bu mate-
rialın qızmaya davamlılıq sinfi B olub 130
0
S-dir. Elektronit 


58 
alçaq gərginlik aparatlarında kiçik silindir, araqatı və s. kimi 
tətbiq olunur. 
Asbosement qeyri-üzvü kütlə olub, aşqar kimi asbest lifi, 
birləşdirici kimi portlandsement istifadə olunur. Bundan 
müxtəlif ölçülərdə lövhələr, borular, muftalar və digər detallar 
hazırlanılır. Asbosmentin mexaniki xüsusiyyəti, qızmaya da-
vamlılığı və qövsədavamlılığı yaxşıdır. 

Download 4,11 Mb.
1   ...   28   29   30   31   32   33   34   35   ...   100




Download 4,11 Mb.
Pdf ko'rish

Bosh sahifa
Aloqalar

    Bosh sahifa



See discussions, stats, and author profiles for this publication at

Download 4,11 Mb.
Pdf ko'rish