Şəkil 4.11. Maqnit materialların xarakterik xüsusiyyətləri Diamaqnetik, paramaqnetik və antiferromaqnetiklərin
zəif maqnit, ferro və ferrimaqnitləri isə güclü maqnit
materialları qrupunda birləşdirmək olar.
Ferromaqnit maqnitləndikdə o deformasiya olunur və bu
hadisə maqnitostriksiya adlanır. Məsələn, ferromaqnit
intensivlikli maqnit sahəsində öz ölçülərini 10
-5
-10
-6
tərtibində
dəyişir. Bu ferromaqnitin təbiətindən, kristalloqrafik oxların
maqnit sahəsinə görə yönəlməsindən, maqnit sahəsinin
intensivliyindən asılıdır.
Ferromaqnit xassələr metal birləşmələrində, əsasən metal
oksidlərində olur və ferritlər daha yüksək praktiki əhəmiyyət
kəsb edib. Elektrotexnikada maqnit materialları kimi
ferromaqnit və ferrimaqnit materiallar tətbiq edilir.
DİAMAQNETİK PARAMAQNETİK FERROMAQNETİK
149
V. NANOMATERİALLAR 5.1. Nanomateriallar haqqında ümumi məlumat Nanomateriallar elə maddələrə və ya kompozitlərə deyilir
ki, onların baza elementleri nanometrlik xarakterə malik olub,
süni və ya təbii nizamlı, yaxud da nizamsız düzülüşə malik
olmaqla, materialda miqyas faktoru ilə müəyyənləşən və əvvəl
məlum olmayan mexaniki, kimyəvi, elektrofiziki, optik, eləcə
də istilik fiziki xassələri özlərində daşımış olsun.
Nanomateriallara verilən bu tərifə əsasən, onlar aşağıdakı sxem
üzrə qruplara ayırmaq olar.
Istənilən materialın forması onun üç həndəsi ölçüsü ilə
müəyyən olunur. Makroskopik cismin ölçüləri tədricən
kiçildilməyə başlanılsa, onun xassələrində dəyişiklik müşahidə
olunmur. Lakin ölçülər 100 mm-dən kiçik olduqda cismin
xassələrində kəskin deyişmələr baş verir. Bu üç həndəsi
ölçünün müəyyən qayda ilə dəyişməsindən asılı olaraq,
150
material kvant çuxuru, kvant teli (sapı) və kvant nöqtəsi
adlanır. Əgər baxrlan materialdan hazırlanmış nimunənin bir
istiqamatdə ölçüsü nanometer diapozonunda digər ölçüsü isə
kifayət qədər böyük olarsa belə material