146
Şəkil 4.10.
Bərk maqnitin maqnitsizləşmə və maqnit enerjisinin
dəyişmə qrafiki
Metalplastik
maqnitlərin
alınması
plastik
kütlə
məmulatlarının alınması kimidir, ancaq ovuntuda doldurucu
kimi maqnit bərk xəlitələrin xırdalanmış dənəcikləri olur.
Doldurucu sərt material olduğundan ona yüksək təzyiqlə təsir
göstərmək lazımdır. Metalovuntulu maqnitlər məmulatların
kiçik
ölçülərlə
və
mürəkkəb
konfiqurasiyalarla
avtomatlaşdırılmış kütləvi istehsalında iqtisadi cəhətdən
səmərəlidir. Metalkeramik maqnitlərdə məsamələr 3-5%-dır,
maqnit xassələri zəifdir.
Sabit maqnit mümkün qədər böyük maqnit enerjisinə
malik olmalıdır, yəni bərk maqnitlər böyük qiymətli koersitiv
qüvvəyə (H
L
) və qalıcı maqnit induksiyasına (B
L
) malik olmalı
dır.
Sabit maqnitlərin maqnit seli vaxt keçdikcə azalır və
beləliklə, xüsusi maqnit enerjisi də azalır. Bu proses maqnitin
köhnəlməsi adlanır. Əgər maqnitin köhnəlməsi vibrasiya,
zərbə, temperaturun kəskin dəyişməsi nəticəsində baş veribsə,
onu təkrar maqnitləndirməklə əvəlki vəziyyətinə qaytarmaq
olar. Əgər köhnəlmə bərk maqnitin struktur dəyişikliyi
nəticəsində baş veribsə, bu, dönməyən prosesdir. Buna görə
də, bərk maqnit materialı köhnəlməyə dayanıqlı olmalıdır.
H
W
L
=B
L
H